Əllamə Məclisi "Hilyətül-müttəqin" kitabının "Xatimə" bölümündə İmam Əlidən (ə) rəvayət edir ki, süpürülmüş toz-torpağı atmayıb evin içində saxlamaq, evin divarlarındakı hörümçək torunu dağıtmamaq (yəni divarları təmiz saxlamamaq) ruzini aaldar və kasıblığa səbəb olar. Digər mənbələrdə qab-qacağı yumayıb kirli halda səhərə saxlamaq və gecə evi süpürmək də kasıblıq gətirən səbəblərdən sayılıb. Bir daha qeyd edirik ki, bunlar mütləq deyil və tövsiyə xarakteri daşıyır.
Milli.Az