25 yaşlı qız Bakıda icra başçısının müavini oldu və açıqlama verdi: "Kimə nə maraqlıdırsa..." - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Binəqədinin icra başçısı 25 yaşlı qızı yeni müavin təyin etdi
18:24
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının yeni təyin olunan 25 yaşlı müavini Aygün Əliyeva yeni vəzifə təyinatına qısa münasibət bildirib.
İcra başçısının yeni müavini A.Əliyeva Publika.Az-a açıqlamasında deyib:
"Mənim heç bir açıqlama verməyə ixtiyarım yoxdur. Bu gün ərzində isə Binəqədi Rayon İcra Hakimiyyətinin internet səhifəsinə bütün məlumatlar yerləşdiriləcək və "Binəqədi" qəzetində dərc olunacaq. Bu barədə kimə nə maraqlıdırsa, buradan tanış ola bilər. İndi mən bu barədə daha heç bir söz demək istəmirəm".
A.Əliyeva onun hər hansı vəzifəli şəxsin qızı olması barədə dolaşan söhbətlərə isə bu cür cavab verib: "Mən məmur qızı deyiləm".
Xatırladaq ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bir neçə gün öncə birinci müavini Qəzənfər Novruzovu tutduğu vəzifədən azad edib.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 4 dekabr 2013-cü il tarixli əmri ilə, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının baş təlimatçısı Əliyeva Aygün Nəzif qızı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini təyin olunub.
Əliyeva Aygün Nazif qızı 29 iyul 1988-ci ildə anadan olub. 2010-cu ildə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsini, 2012-ci ildə müvafiq ixtisas üzrə magistratura pilləsini bitirib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsi üzrə distant təhsil alır.
2010-cu ildə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ideoloji məsələlər üzrə sədr müavini seçilib. 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatında baş təlimatçı vəzifəsində çalışır. Azərbaycanda çox az rast gəlinən gənc yaşda yüksək vəzifəyə təyinat faktı həm ölkə mediasında, həm də cəmiyyətdə maraq doğurub. Onun böyük ehtimalla hansısa məmurun qohumu olması ilə bağlı versiyalar səsləndirilib.
"Qafqazinfo" bununla bağlı kiçik araşdırma aparıb. Məlum olub ki, 25 yaşlı gənc müavin heç də təsəvvür edildiyi kimi, yüksək vəzifəli məmurun qızı və ya qohumu deyil. O, sadə bir ailənin övladıdır. Rusiyada anadan olub, əslən Quba rayonundandır. Orta məktəbi Bakının Nizami rayonunda bitirib. Ailəlidir və bir qızı var.
Qeyd edək ki, Aygün Əliyeva YAP-ın 4-cü qurultayında prezident İlham Əliyevin qarşısında uğurlu çıxış edib. Binəqədi Rayon İcra Hakimiyyətindən redaksiyamiza bildirlib ki, Aygün Əliyeva birinci müavin yox, başçının humanitar məsələlər üzrə müavini təyin olunub.
---------
11:37
Xəbər verdiyimiz kimi, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bir neçə gün öncə birinci müavini Qəzənfər Novruzovu tutduğu vəzifədən azad edib.
Modern.az saytına məlum olub ki, Xaləddin İsgəndərov özünə yeni müavin təyin edib. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 4 dekabr 2013-cü il tarixli əmri ilə, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının baş təlimatçısı Əliyeva Aygün Nəzif qızı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini təyin olunub.
Əliyeva Aygün Nazif qızı 29 iyul 1988-ci ildə anadan olub. 2010-cu ildə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsini, 2012-ci ildə müvafiq ixtisas üzrə magistratura pilləsini bitirib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsi üzrə distant təhsil alır. 2010-cu ildə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ideoloji məsələlər üzrə sədr müavini seçilib. 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatında baş təlimatçı vəzifəsində çalışır.
Milli.Az
Böyütmək üçün şəkilə klikləyin.

---------
18:24

DİGƏR XƏBƏRLƏR
-
Ayın 28-də intensiv yağış yağacaq - Proqnoz
-
Azərbaycanda hüquq-mühafizə və məhkəmələrə 3,4 milyard manat ayrılacaq
-
Bu şəxslərin iş və istirahət saatları dəyişdirilir - Yeni qərar
-
Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür
-
"Həzi Aslanov" stansiyası açıldı - (Yenilənib)
-
Bakıda yeni park salınır - (Foto)
XƏBƏR LENTİ
-
Ayın 28-də intensiv yağış yağacaq - Proqnoz
-
Xəstəxananın şöbə müdiri 100 min manat mənimsəməkdə ittiham olunur
-
Qazaxda hamamda partlayış - 36 yaşlı kişi xəsarət aldı
-
Azərbaycanda hüquq-mühafizə və məhkəmələrə 3,4 milyard manat ayrılacaq
-
Yaponiya vətəndaşlara xəbərdarlıq etdi: Fəlakətə hazır olun
-
Bu şəxslərin iş və istirahət saatları dəyişdirilir - Yeni qərar
-
BMT-nin Baş katibi kim olacaq? - Azərbaycan mövqeyini açıqladı
-
Dünyada bu meyvə bahalaşacaq
-
Nəzakət Məmmədovanın qızının toyundan görüntülər - (Video)
-
Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür
-
Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq
-
Prezident İlham Əliyev: Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb - (Video)
-
Vurulan gəmidən sağ çıxan dənizçinin övladlarına qovuşduğu an - (Video)
-
Türkiyənin 30 vilayətində əməliyyat: 85 nəfər tutuldu
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür - (Video)
-
Evlənməyə vaxtları yoxdur
-
Prezident İlham Əliyev: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil - (Video)
-
Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir - (Video)
-
Prezident İlham Əliyev: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır
-
Prezident İlham Əliyev: Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Prezident İlham Əliyev Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb
-
"Həzi Aslanov" stansiyası açıldı - (Yenilənib)
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir





