Cəmiyyət

İTV-də rəhbər dəyişikliyi - YENİLƏNİB - FOTO

25 Noyabr 2013 18:02
Baxış: 3 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinatlar olub


18:02

Modern.az xəbər verir ki, İctimai Radionun proqram direktoru vəzifəsinə Aygül Məmmədova təyin olunub.

Bu təyinatadək Aygül Məmmədova AzTV-də çalışıb.

Yeri gəlmişkən, İctimai Radionun proqram direktorunun müavini də AzTV-nin yetirməsidir. Proqram direktorunun müavini Cəfərova Vüsalə İTV-yə gələnədək AzTV-də müxtəlif vəzifələrdə çalışıb.

-----------
15:05

Milli.Az xəbər verir ki, İTV-nin mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, İctimai Radioya proqram direktoru təyin edilib. Bundan sonra ictimai radiodakı proqramlara Aygül Məmmədova rəhbərlik edəcək.

Məlumata görə, A. Məmmədova bundan öncə AzTV-də çalışıb.

Bundan başqa, İctimai televiziyanın sabiq proqram direktoru Fuad Vəlixanov İTV-də məsləhətçi vəzifəsinə təyin olunub: "Fuad müəllimin peşəkarlığını, işgüzarlığını nəzərə alaraq, rəhbərlik belə qərara gəldi ki o, TV-də məsləhətçi kimi fəaliyyət göstərsin. Fuad Vəlixanov öz ərizəsi ilə vəzifəsindən azad olunmuşdu".

Lent.az-ın etibarlı mənbədən aldığı məlumata görə, İctimai Televiziyanın Analitik proqramlar departamentinin direktoru Füzuli İsmayılov işdən çıxarılması ilə bağlı ərizə yazsa da, rəhbərlik qəbul etməyib. Bununla bağlı mətbuat xidmətindən bildiriblər ki, F. İsmayılov hazırda iş başındadır: "Füzuli müəllim seçkilər zamanı yorulduğu üçün məzuniyyətə çıxmaqla bağlı müraciət etmişdi. Artıq məzuniyyətdən qayıdıb və hazırda vəzifəsini davam etdirir".

Milli.Az

-----------
18:02

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.