Cəmiyyət

İTV-nin daha aparıcı qovuldu?

13 Noyabr 2013 14:29
0 Şərh     Baxış: 1 989
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İTV-nin aparıcısı Füzuli İsmayılov efirdən uzaqlaşdırılıb
Milli.Az aznews.az-a istinadən məlumatına görə, onun aparıcısı olduğu "Yekun" analitik informasiya proqramını İTV direktorunun informasiya və ictimai-siyasi verilişlər üzrə müavini Şaiq Məmmədov aparır.

Məsələ ilə bağlı İTV-dəki mənbələrdən bəzi dəqiqləşdirmələr apardıqda isə başqa məqamlar ortaya çıxdı. Şirkətdən bildirdilər ki, Füzuli İsmayılovun "vurulması" başqa məsələlərlə bağlıdır. Belə ki, İctimai Televiziyanın Analitik Proqramlar Departamentində neqativ hadisə baş verib.

Televiziya rəhbərliyi isə bu məsələdə qurumun direktoru Füzuli İsmayılovu günahlandırıb. Bundan sonra isə F.İsmayılov departament rəhbərliyindən və aparıcısı olduğu verilişlərin birbaşa idarəçiliyindən uzaqlaşdırılması məqsədilə məzuniyyətə göndərilib.

İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədov F.İsmayılovun məzuniyyətdə olduğunu deyib, lakin onun işdən çıxarılması xəbərini təsdiq etməyib.

Füzuli İsmayılov isə sayta açıqlamasında xəbərin həqiqətə uyğun olmadığını deyib. O qeyd edib ki, hazırda məzuniyyətdə olsa da, bu, işdən çıxarılması anlamına gəlməməlidir: "Prezident seçkiləri dövründə işlədiyimdən məzuniyyətə çıxa bilməmişəm. İndi isə illik məzuniyyətə çıxmışam".

Qeyd edək ki, Füzuli İsmayılov 2005-ci ildən İctimai Televiziyada işləyir. Bir müddət Gənclər və İdman verilişləri departamentinə rəhbərlik edib, Musiqi, bədii və əyləncəli verilişlər departamentinin direktoru, İnformasiya və analitik proqramlar departamentinin Baş redaktoru, Kino və dublyaj departamentinin direktoru vəzifələrində çalışıb.

Həftəlik "Yekun" analitik informasiya proqramı ilə efirə çıxıb və "Gecənin aydınlığı", "Aləm Ailəm" verilişlərinin müəllifi və aparıcısı, Prezident seçkiləri-2013 teledebatlarının moderatoru olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.