Cəmiyyət

Dəstəmaz alarkən başqa birisi suyu adamın əlinə töksə...

6 Noyabr 2013 18:51
26 Şərh     Baxış: 7 101
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Dəstəmaz alarkən başqa birisi suyu adamın əlinə töksə, bu dəstəmaz düzgün sayılırmı?

Milli.Az İslam.az-a istinadən bildirir ki, dəstəmazın şərtlərindən biri də onun təkbaşına alınmasıdır. Yəni dəstəmazın əməlləri - üzü və qolları yumaq, başa və ayaqlara məsh çəkmək - insanın özü tərəfindən edilməlidir. Kimsə adamın əvəzinə bunları eləsə, dəstəmaz batildir. Yalnız zəruri hallarda, məsələn, insan şikəstdirsə, onun dəstəmaz almasına kömək etmək olar. Amma müctəhidlərin fətvalarından görünür ki, bunlar dəstəmazın bilavasitə əməllərinə aiddir, dəstəmazın müqəddiməsinə bu aid deyil.

Yəni məsələn, bir adam başqası üçün dəstəmaz suyu hazırlasa, onu daşıyıb gətirsə, dəstəmaz alanın əlinə su töksə, maneçiliyi yoxdur (mərhum Ayətullahül-üzmalar Behcət, Təbrizi, Lənkərani). Amma qeyd edək ki, bunu caiz bilən müctəhidlər də bu işin məkruh olduğunu qeyd etmişlər. Çünki bu hal insanda təkəbbür yaranmasına gətirib çıxara bilər.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.