Azərbaycan Təhsil Nazirliyi ölkənin təhsil sistemi Boloniya prosesinə qoşulduqdan sonra respublikanın ali məktəblərində təhsil alan bakalavr və magistrlərin təhsillərini tez başa vura bilib-bilmədiyinə aydınlıq gətirib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir.
Azərbaycan 2005-ci ildə Boloniya prosesinə qoşulduqdan sonra tələbələr tələb olunan kreditləri yığmaqla məktəbi daha tez başa vura bilərlər. Ancaq Boloniya prosesinə qoşulduqdan sonra respublikanın ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların təhsilini normativ müddətdən tez başa vurma halları olmayıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin ötən ilin dekabrında təsdiqlədiyi "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları"na əsasən, ixtisasın təhsil müddətindən asılı olaraq, tələbələr bakalavriat səviyyəsində 240-300 kredit toplamalıdırlar. Həmin vaxtadək isə bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 200-dən az olmamalı idi. Bakalavr səviyyəsi üzrə səhiyyə ixtisaslarına yiyələnmək istəyən tələbələr təhsil aldıqları 6 il ərzində 300-360 kredit toplamalıdırlar.
Tələbələr tələb olunan kreditləri toplaya bildikləri təqdirdə, bu müddəti daha tez başa vura bilərlər.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Nazirlik: "Azərbaycanda tələbələr təhsillərini normativ müddətdən tez başa vura bilmirlər"
7 Oktyabr 2013 16:30
0 Şərh
Baxış: 312

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Gəlir əldə etmək şansı var
-
Bu bitki evin temperaturunu 4 dərəcə aşağı salır
-
Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA
-
Yeni Klinikanın direktoru orqanlarını bağışladı
-
Bu mobil operator şirkətinə yeni direktor təyin olundu - FOTO
-
Kənd təsərrüfatı nazirinə yeni müşavir təyin edildi
XƏBƏR LENTİ
-
İstirahət günü Bakıda 39 dərəcə isti olacaq
-
27 yaşlı gəlini əri öldürübmüş - Kamp qurarkən yaxalandı - FOTOlar
-
Azərbaycan qazının Suriyaya ixracına başlanıldı - YENİLƏNİB - FOTO
-
Bu gün burada baş verən hadisə birgə işin, birgə nəticənin aydın nümunəsidir - Nazir
-
BDYPİ səhhətində ciddi problemlər olan sürücülərə müraciət etdi
-
Tanınmış aktrisamız vəfat etdi - FOTO
-
Hər gün şokolad yemək sağlamlığa zərərdirmi, yoxsa faydalıdır?
-
Əyləncə mərkəzində atışma: Aktrisanın keçmiş əri yaralandı - VİDEO - FOTOlar
-
Azərbaycan-İran sərhədində insdent - 6 kq marixuana aşkarlandı - FOTO
-
Zelenski Putinə danışıqlar təklif etdi
-
Yaxın Şərqin səma qambiti: İsrailin üstünlük dövrü başa çatır?
-
Ukrayna Aİ-yə üzv olmaq üçün eynicinsli nikahları tanımalıdır
-
Bu gün 41 dərəcə isti GÖZLƏNİLİR
-
Maykl Ceksonun qızı “mükəmməl kişi” dediyi nişanlısından ayrıldı - FOTO
-
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edildi
-
Daha bir ölkədə güclü zəlzələ oldu
-
Bu şənbə dörd bürcü uğur dalğası bürüyəcək: Onlardan biri sən ola bilərsənmi?
-
"Tramp ölkəni qaranlıq bir dövrə sürükləyir" - Bayden
-
Azərbaycan qazı Ukraynada: Trans-Balkan marşrutu ilə yeni enerji xəritəsi
-
Qatığın içinə 1 qaşıq əlavə edib yeyin - Şişkinliyi kökündən yox edir
-
Keçmiş prezidentə 12 il ev dustaqlığı cəzası verildi
-
Səhər oyana bilməyənlər bunu etsin
-
Saç niyə tökülür və keçəlliyə çarə varmı? - Mütəxəssislər izah edir
-
40 dərəcə istidə niyə çay içirik?