Cəmiyyət

TDQK: "Qəbul imtahanlarının buraxılış imtahanları ilə birləşdirilməsi məqsədəuyğun deyil"

6 Sentyabr 2013 13:57
2 Şərh     Baxış: 2 435
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul imtahanlarının buraxılış imtahanları ilə birləşdirilməsini hazırda da məqsədəuyğun hesab etmir"

Trend-in məlumatına görə, bunu TQDK-nın şöbə müdiri Natiq Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, buraxılış imtahanı fənlərinin nəticələri ali məktəblərə qəbul imtahanında nəzərə alına və qəbul imtahanında fənlərin sayı azaldıla bilər, lakin bu iki imtahanın birləşdirilməsi hələ gündəmdə deyil: "Həmişə bizə Qazaxıstanı misal göstərirlər ki, onlarda buraxılış imtahanı ilə qəbul imtahanı birlikdə keçirilir. Rusiyada isə vahid imtahanların keçirilməsində müəyyən problemlər yaranır".

Komissiya rəsmisinin sözlərinə görə, Qazaxıstanda ali məktəblərə qəbul imtahanları ilə orta məktəblərin buraxılış imtahanları vahid formada keçirilsə də, bu ölkə artıq həmin təcrübədən imtina edir. Həmin ölkə bu imtahanları yenidən bir-birindən ayıracaq. Hazırda Qazaxıstan Azərbaycanın tələbə qəbulu təcrübəsini öyrənir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.