Sentyabrın 9-da və 10-da 2013-2014-cü tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanı keçiriləcək.
Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) şöbə müdiri Natiq Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. Birinci mərhələdə namizədin təhsil aldığı baza ali tibb təhsilinə müvafiq olaraq baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas sahəsində bilikləri yoxlanacaq. Birinci mərhələnin imtahanları sentyabrın 9-da, ikinci mərhələnin imtahanları isə sentyabrın 10-da keçiriləcək.
Şöbə müdirinin sözlərinə görə, bu il rezidenturaya qəbul aparılacaq plan yerlərinin sayı 528-dir. İmtahanında iştirak etmək üçün 1297 nəfər elektron ərizə təsdiqlədib. Onlardan 942 nəfəri qız, 355 nəfəri oğlandır. Bakı şəhərində 1281, Naxçıvanda isə 16 namizədin imtahan verəcəyi nəzərdə tutulur.
N.Əliyev deyib ki, rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra aparılacaq. İxtisas seçiminə iki mərhələ üzrə imtahandan topladığı ümumi balı ilə yanaşı, baza və ixtisas fənləri üzrə ayrılıqda topladığı balı da TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılacaqlar.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Rezidenturaya qəbul imtahanı nə vaxt keçiriləcək?
6 Sentyabr 2013 12:44
0 Şərh
Baxış: 655

DİGƏR XƏBƏRLƏR
-
Bakıda daha bir bina yaşayış ola-ola sökülür - İDDİA
-
"JEK"lərin pul toplması qanunsuzdur - AÇIQLAMA
-
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub - FOTO
-
Ağalıda yaşayan qız "üsyan etdi": "Bu VİDEOnu çəkməyə məcbur oldum"
-
Toydan sonra nağara - Bir günə görə bir ömür kredit
-
Bakıda tanınmış bloqerlər vətəndaşları aladadıb - İDDİA
XƏBƏR LENTİ
-
6 nəfər sosial şəbəkədə fahişəliyə cəlb edilib - Cinayət işi AÇILIB
-
Kadırovun 17 yaşlı oğlu yenidən mükafatlandırıldı - FOTO
-
Bakıda daha bir bina yaşayış ola-ola sökülür - İDDİA
-
Bakı metrosunda YENİLİK - "Gedişhaqqı məsafəyə görə təyin ediləcək"
-
Prezident Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul edib - FOTO
-
Bu universitetin dekanı vəfat etdi - FOTO
-
Azərbaycanlılar ən çox bu ölkələrdə insan alverinin qurbanı olublar
-
"iPhone"lar kəskin bahalaşacaq
-
İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib - FOTO
-
Paytaxtın məşhur dairəsi ləğv olunur - VİDEO
-
Azərbaycanda 2 ay sonra qadağa qüvvəyə minir - Evlənənlərin sayı artdı - VİDEO
-
Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli
-
Ərdoğan PKK-nın ləğvini belə şərh etdi
-
Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə
-
Bakıda yeni park salınır, məşhur şirkətin binaları söküləcək
-
İşdən çıxarılan direktorun başqa vəzifəsi var imiş
-
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - İZAH
-
Məşhur şirkət 10 min nəfəri işdən çıxaracaq
-
Türkiyədə üçüncü zəlzələ oldu - YENİLƏNİB
-
Bakıda 14 yaşlı yeniyetmə itkin düşdü
-
“Fənərbağça”nın futbolçusunun ayağı kəsiləcək? - FOTO
-
Türkiyəli müğənni vəfat etdi - FOTO
-
Məşhur müğənni Vəfanı MƏHKƏMƏYƏ VERDİ
-
“Kişi sambalını qorumalıdır”