Cəmiyyət

İctimati TV-də bir neçə tanınmış şəxs işdən çıxarıldı - YENİLƏNİB

3 Sentyabr 2013 20:05
0 Şərh     Baxış: 3 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:05

İctimai Televiziya və Radio Yayımları Şurasının sentyabrın 3-də keçirilən toplantısında İTV-də baş tutan bir sıra kadr dəyişiklikləri rəsmən təsdiqlənib.

İTV-dən Trend-ə verilən məlumata görə, öz ərizəsi ilə işdən gedən Oqtay Bayramovu bundan sonra baş direktor müavini vəzifəsində Şaiq Məmməd oğlu Məmmədov əvəzləyəcək. O, bundan əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində Beynəlxalq proqramlar redaksiyasının baş redaktoru, ingilis dilində "Həftə" analitik-informasiya proqramının müəllifi və aparıcısı olub. Ş.Məmmədov Azərbaycan Dillər Universitetinin Sinxron tərcümə fakültəsinin və Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur, ingilis, rus, ərəb və türk dillərini bilir.
 

İTV-nin Analitik proqramlar departamentinin direktoru Anar Yusifoğlu da yazdığı ərizə əsasında tutduğu vəzifədən azad edilib. Kino və dublyaj departamentinin direktoru Füzuli İsmayılov baş direktorun sentyabrın 3-də imzaladığı əmrə əsasən, bundan sonra Analitik proqramlar departamentinin rəhbəri işləyəcək. F.İsmayılov 2005-ci ildən İTV-də müxtəlif sahələrə rəhbərlik edib, bir sıra analitik proqramların müəllifi və aparıcısı kimi də tanınıb.
 

İnformasiya proqramları departamentinin direktoru vəzifəsinə 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində bir sıra analitik proqramların müəllifi və aparıcısı kimi fəaliyyət göstərmiş Mehparə Quliyeva təyin edilib. Bu departamentə rəhbərlik etmiş İlham Sərxanlı isə öz ərizəsi ilə İctimai Radioya aparıcı vəzifəsinə keçirilib.


---------
17:05

Tanınmış jurnalist, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Analitik Proqramlar Departamentinin direktoru Anar Yusifoğu işdən çıxarılıb. Bu barədə modern.az saytına İTV-dəki mənbədən məlumat daxil olub.

Bildirilib ki, Anar Yusifoğlu Cəmil Quliyevin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib.

Məsələ ilə bağlı jurnalistin özü ilə əlaqə saxlamağa çalışsaq da, o telefonlara cavab verməyib.

Qeyd edək ki, Anar Yusifoğlu İTV-dəki fəaliyyətinədək "ANS" Müstəqil Teleradio Yayımları Şirkəti, "525-ci qəzet", "Sara" Teleradio Şirkəti, "Qanun" jurnalında çalışıb.

A.Yusifoğlu bu gün İctimai Televiziya və Radio Yayımları (İTV) Şirkətində işdən çıxarılan 3-cü şəxs olub. Belə ki, İTV sədrinin ictimai-siyasi məsələlər üzrə direktor müavini Oqtay Bayramov və Xəbərlər Departamentinin direktoru İlham Sərxanlı da bu gün vəzifəsindən azad olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.