Belə insanlara əsla etibar etmə...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Molla Hadi Səbzəvarinin nəvəsi xatırlayırdı ki, bir gün qapılarına bir dərviş gəlir. O zamanlar qələndər dərvişlər şəhər meydanlarında qəsidə deyər, gözbağlıca oyunlar göstərərdilər, camaat da onlara pul verərdi. Bəzən isə dərvişlər özləri qapı-qapı gəzib pul yığardılar. Molla Hadinin evinə gələn dərviş də onlardan bir az yağ istəyir. Qapını açan xidmətçi elə bilirdi ki, evdə yağ qurtarıb. Ona görə də dərvişə "evdə yağ yoxdur" cavabını verir. Dərviş isə razı düşməyib deyir: "Filan otağın filan divarındakı taxçada yağ qoymusunuz. Onu gətir, mənə ver". Nökər evə gedib deyilən yerə baxır, həqiqətən, orada yağla dolu bardaq görür. Sən demə, bundan xeyli əvvəl nökər yağı ora qoyub, sonra yerini unudubmuş. Nökər ağasının yanına gəlib əhvalatı danışır, soruşur ki, yağı dərvişə verim ya verməyim. Səbzəvari heç bir təəccüb əlaməti göstərmir, sadəcə olaraq "ver" deyir.
Nökər otaqdan çıxandan sonra Səbzəvarinin nəvəsi babasına deyir: "Bu dərviş qeybdən xəbər verməyi bacarırmış. Qapıda dura-dura evimizin içində nə olduğunu söyləyir. Amma siz buna heç təəccüblənmədiniz. Niyə dərvişlə maraqlanmadınız? Onu çağırıb söhbət etsəydiniz, bu bacarığı haradan qazandığını soruşsaydınız yaxşı olmazdımı?"
Milli.Az İslam.az-a istinadən bildirir ki, Səbzəvari nəvəsinə belə cavab verir: "Bala, sən dərsini oxumaqla məşğul ol. Sənin vəzifən budur ki, oxuyub savadlı olasan, zehnin açılsın. Bu cür məsələlərlə fikrini qarışdırma. Mən ona görə dərvişə etina etmədim ki, o özünü gözə soxub mənim diqqətimi cəlb etmək istəyirdi. Dərvişin məqsədi yağ istəmək deyildi, bunu bəhanə edib öz bacarığını mənə göstərmək istəyirdi. Onun bu işi mənim üçün heç qəribə deyil. Çünki mən də bu kimi işləri bacarıram. Amma bunu da bilirəm ki, qeybdən xəbər verməyi bacaran adam qapı-qapı gəzib yağ dilənməz. Sən də bunu yadda saxla ki, özünü başqalarının gözünə soxan adama etina etmək lazım deyil".
Bu yerdə dini kitabların birində yazılmış aşağıdakı sözləri xatırlamaq yerinə düşər: Əsil alimlə özünü alim sayıb gözə soxan adam arasındakı fərq, qiymətli ləl-cəvahirat alveri edən tacirlə ləbləbi satan adamın fərqinə bənzəyir. Ləl-cəvahirat taciri səhər gəlib dükanı açar, səliqə ilə oturub alverini edər, axşam da dükanın qapısını bağlayıb evinə gedər. Gündə cəmi bircə dəfə də alver etsə, ona bəsdir; çünki satdığı bir bəzək əşyasından yaxşı qazanc götürər. Amma ləbləbi satan səhərdən axşama kimi küçə-küçə gəzib haray salar. Gündə yüz ovuc ləbləbi satsa da, qazancı qəpik-quruş olar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
"Vahid məktəbli forması sağlam təhsil mühitinin yaradılmasına xidmət edə bilər "
-
Sabah Culfada işıq olmayacaq
-
Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
-
Meteohəssas insanların diqqətinə
XƏBƏR LENTİ
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
-
Günün qoroskopu: Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
“Slaviya” Bakıdadır - (Video)
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Şəkil çəkdirmək istəyən şəxsi parçalayan pələnglə bağlı qərar verildi
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
Mehmet Aslantuğ yenə özündən kiçik, kasıb qızla “evləndi" - (Video)
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Toralın klubu məğlub oldu
-
Kredit faizləri ilə bağlı meyar dəyişdi - (Video)
-
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - (Video)
-
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var





