Trend xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə Arxeoloji Ekspedisiyası apardığı arxeoloji tədqiqatlar nəticəsində Göygöl rayonundakı Zurnabad qalasının qədim Gəncə şəhərinin ərazisinə daxil olmadığını üzə çıxarıb.
Ekspedisiyanın rəhbəri, tarixçi alim Arif Məmmədov bildirib ki, Zurnabad qalasında aparılmış arxeoloji tədqiqat işləri zamanı onun XIII-XIV əsrlərə aid olduğu təsdiqlənib. Qala öz tikinti xüsusiyyətlərinə görə demək olar ki, Bakıdakı Mərdəkan, Nardaran, Ramana qalalarına oxşardır. Beş bürcü olan qalanın eni, uzunu, hündürlüyü bir-birlərinə tən şəkildə hörülüb. Qalanın həm eni, həm də hündürlüyü 9 metrdir.
A.Məmmədov deyib ki, indiyədək Zurnabad qalasının qədim Gəncənin yeri olması haqqında fikirlər irəli sürülürdü. Ancaq tədqiqatların nəticəsinə görə, bu fikirlər doğru deyil və Zurnabad qalası heç vaxt qədim Gəncə ərazisi ola bilməz. Çünki Zurnabad qalasının mövcud olduğu dövrdə artıq Gəncə indiki Gəncə çayı sahillərində böyük bir şəhər kimi mövcud idi.
A.Məmmədov onu da qeyd edib ki, şəhərin müəyyən əlamətləri var. Zurnabad isə feodal qəsri olub. Bu qala adi bir feodalın ailə üzvlərinin, onun əmlakının qorunmasına xidmət edib və müdafiə xarakterli olmayıb.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Göygölün bir hissəsinin qədim Gəncə ərazisinə aid olmadığı aşkarlandı
27 Avqust 2013 16:15
0 Şərh
Baxış: 2 311
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Həftədə ən azı bir dənə şokolad yesəz görün nə baş VERƏCƏK
-
XİN bəyanat yaydı
-
Azərbaycanda zəlzələ OLDU
-
Qapınızı əsla 3 dəfə kilidləməyin! Səbəbini kilid ustaları açıqladı
-
Yaponlar işə götürərkən qan qrupunu soruşurlar: Budur səbəbi
-
Nə ayran, nə də süd: İçən anındaca yuxuya gedir
-
Dünyanın ən bahalı əşyası - Trilyon dollar dəyərində
-
Uzun müddət güzgüyə baxmaq görün nəyə səbəb OLUR?
-
Saç tökülməsi nə zaman təhlükəli sayılır?
-
Xərçəng halları niyə atır? - SƏBƏBLƏR
-
Kartınızı bankomata taxmazdan əvvəl bunu edin
-
Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
-
Günün qoroskopu: Gəlirlərinizi artırmaq üçün yeni yollar axtara bilərsiniz
-
Mətbəxdə paxlalıların içinə mütləq bundan qoyun!: Xarab olmasının qarşısını alan ən sadə üsul
-
“Meydanda olan orada qalır”
-
Gürcüstanda azərbaycanlı gənci qisas üçün qətlə yetirdilər - YENİLƏNİB
-
Hər kəs pəncərəsinin önünə darçın qoymağa başladı
-
"İcazə vermərəm ki, haqqımda bunu desinlər"
-
Kartof püresi soyuduqdan sonra qızdırıla bilərmi?
-
Böyük enerji böhranına qarşı ölkələrin ilginc addımları: İşçilərə qısaqollu köynək çağırışı
-
“Yeraltı” izləyicilərinə pis xəbər
-
Bəzi avtobusların hərəkətində ləngimə olacaq
-
Gəmi kapitanı qəfil vəfat etdi - FOTO
-
"Qarabağ" "Sabah"la heç-heçə etdi





