2013-cü ilin birinci yarısında nazirliyin müəssisələrində istehsal olunmuş məhsulların ümumi həcminin 86,4 faizini müdafiə və xüsusi təyinatlı, 13,6 faizini isə mülki təyinatlı məhsullar təşkil etmişdir. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 750-ni ötmüşdür. Trend-in məlumatına görə, bu barədə məlumat Müdafiə Sənayesi Nazirliyinin bu ilin birinci yarımilliyinin yekunlarına həsr olunan kollegiya iclasında məlumat verilib.
Nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edildi. Bildirildi ki, aparılan məqsədyönlü işlər nəticəsində nazirliyin müəssisələrində müvafiq proqramlar əsasında müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üçün yeni istehsal sahələrinin yaradılması işləri davam etdirilmişdir.
2013-cü ilin İstehsal Proqramına uyğun olaraq nazirliyin müəssisələri tərəfindən yaradılma üzrə 70 mövzunu və 208 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işlərinə başlanılmışdır. Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 11 mövzu üzrə elmi tədqiqat və və təcrübi konstruktor işləri uğurla davam etdirilir.
Cari ildə Respublika Prezidenti İlham Əliyevin iştirakı ilə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində iki yeni istehsal sahəsinin - "Şərq" İstehsalat Birliyinin "Telemexanika" zavodunda iriçaplı patronların istehsalı və "Üfüq" İstehsalat Birliyinin Şirvan "Araz" zavodunda döyüş sursatlarının utilizasiya mərkəzlərinin açılışları olmuşdur. 2013-cü ildə təhvil verilməsi nəzərdə tutulan digər yeni istehsal sahələrində isə son tamamlanma işləri aparılır.
Kollegiyada qeyd olundu ki, nazirliyin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar mütəmadi olaraq beynəlxalq sərgilərdə nümayiş etdirilir. İlk dəfə 27 adda müdafiə təyinatla məmulatla beynəlxalq sərgiyə qatılan Müdafiə Sənayesi Nazirliyi cari ilin may ayında Türkiyədə keçirilən "İDEF-2013" sərgisində 130 adda məmulatla təmsil olundu. Ötən sərgilərdə olduğu kimi, "İDEF-2013" sərgisində də nazirliyin nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanmışdır.
İclaslarda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənildi.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Azərbaycanda 750 çeşiddə müdafiə təyinatlı məmulat istehsal edilir
30 İyul 2013 14:43
Baxış: 440

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Yaxşı məsləhət alın
-
ÜST-nin Azərbaycandakı nümayəndəliyi media nümayəndələri ilə bir araya gəldi - FOTOlar
-
Sözə Tanrının gözü ilə baxan adam.. - YUNUS OĞUZ - 65
-
İlham Əsgərova ağır itki - FOTO
-
Günün qoroskopu: Özünüzlə bağlı böyük bir qərar verə bilərsiniz
-
Azərbaycanda qadın sevgilisinə görə 6 uşağını atdı - efirdə yerə SƏRİLDİ
XƏBƏR LENTİ
-
"Qalatasaray" rəhbərliyi İkardiyə qəzəbləndi
-
Bu rayonda su olmayacaq - Qəza baş verdi
-
4 kənd təcili boşaldıldı - Yanğın genişlənir
-
İran naməlum tanker ələ keçirdi - Saxlanılanlar var
-
Birinci Qarabağ müharibəsində itkin düşən daha bir hərbçi dəfn olunacaq
-
"Trampın üzünə telefonu qapadım" - BBC-nin müxbiri
-
İyulun 16-dan bu ölkəyə vizasız gedəcəyik
-
Klublar dünya çempionatında "qaz vurub, qazan doldurdular"
-
Dünya onu gözəlliyi ilə tanıdı - Bu FOTOları ilə interneti fəth etdi
-
Daha bir maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - VİDEO - FOTOlar
-
Tanınmış türkiyəli aktyor vəfat etdi - FOTO
-
MMA döyüşçüsü küçədə belə güllələndi - VİDEO
-
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib - FOTO
-
Azərbaycanda kütləvi dava - Xəsarət alanlar var
-
Azərbaycanda bu valyuta gözlənilmədən bahalaşdı - RƏSMİ
-
Bu kredit təşkilatı bağlandı - RƏSMİ
-
"Altı aydır sənsizəm" - FOTO
-
“Evlənmədim, çox xoşbəxtəm...” - Teymur Əmrah
-
Göbələk xərçəngin dərmanı imiş
-
Yuxuda tanımadığın biri ilə sevişmək nə deməkdir? – Maraqlı yozumlar
-
Gündə 1 stəkan iç - Min bir dərdin dərmanı...
-
Azərbaycanlı blogerin yarım milyonluq MAŞINLARI - FOTO
-
Yekaterinburqdakı Azərbaycan diaspor rəhbərinin oğlunun evində axtarış aparılacaq - yenilənib
-
Günün qoroskopu: Yaxşı məsləhət alın