Cəmiyyət

Beşbarmaq pirində möcüzə?: "Xızır peyğəmbəri gördüm" - FOTO

29 İyul 2013 12:50
29 Şərh     Baxış: 31 877
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Daimi oxucularımızdan biri Beşbarmaq dağında möcüzə ilə qarşılaşdığını iddia edir

Milli.Az-ın daimi oxucularından biri Səidə Məmmədova redaksiyaya məktub yazaraq Beşbarmaq dağında qarşılaşdığı ecazkar hadisədən bəhs edib.

O, qayaların üzərində Xızır Peyğəmbərin simasının zühur etdiyini iddia edir.

S.Məmmədova yazıb: "Yaxınlarım Beşbarmaq pirinə ziyarətə gedirdilər. Beşbarmaq uşaqlıq illərimdən bəri ziyarət etməyi çox arzuladığım pir olduğu üçün mən də onlarla getdim.

Həm də Xızır peyğəmbər haqda Müqəddəs Quran-i Kərimdə "Kəf" surəsində oxumuşdum. Hər dəfə öncəgörənlərdən danışanda mən də onu misal gətirirdim. Allah istədiyini seçib öncəgörənliyi verə bilər.

Oraya çatanda artıq adam əlindən tərpənmək olmurdu. İstər əcnəbilər, istərsə də yerli camaat...

Maşını düz pirin yanında saxladıq. Bu zaman telefonumla həmin möhtəşəm dağın şəklini çəkdim. Adam çox olduğundan, piri çətinliklə ziyarət edə bildik. Bundan sonra bir ağacın altına xalça salıb istirahət etməyə başladıq.

Ziyarətdən evə qayıdıb orada çəkdiyim fotolara baxanda isə möcüzə ilə rastlaşdım.

Fotolardan birində qayada sanki Xızır peyğəmbər görünür. Həmin şəkli neqativə salanda isə gənc Kəf mağarasında yaşayan möminlərə bənzəyir".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.