"Təmiz Şəhər" ASC-nin təşkilatçılığı, Fransanın "CNIM S.A." şirkətinin maliyyə dəstəyi və Azərbaycan Diplomatik Akademiyası, Tullantıdan Enerjiyə Tədqiqat və Texnologiya Şurası (SYNERGIA), ABŞ-ın Kolumbiya Universiteti, Xəzər Enerji və Əraf Mühit Mərkəzinin tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə "Tullantıdan enerjiyə tullantıların davamlı idarə olunmasının ayrılmaz hissəsi kimi və Bakı şəhərinin təcrübəsi" adlı beynəlxalq seminar keçirilir.
ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 5 gün davam edəcək tədbirdə Almaniya, Böyük Britaniya, ABŞ, İtaliya, Belçika, Avstriya, Yunanıstan, Türkiyə, İndoneziya, Braziliya, Hindistan, Oman, Livan, Qana, Nigeriya və s. ölkələrin nümayəndələri iştirak edəcək. Tədbir çərçivəsində SYNERGIA təşkilatının prezidenti professor Efstratios Kalogirou, ABŞ-ın Kolumbiya Universitetinin professoru və Yer Mühəndisliyi Mərkəzinin rəhbəri Nikolaos Themelis, Tullantıdan Material və Enerji Tədqiqat Mərkəzinin (MatER) rəhbəri, professor Stefano Consonni, Leuven Universiteti Kimya Mühəndisliyi fakültəsinin professoru Carlo Vandecasteele, UV&P Ətraf Mühitin İdarə olunması və Mühəndisliyi şirkətinin baş direktoru Franz Neubacher, həmçinin bu sahədə fəaliyyət göstərən qurum və layihə rəhbərləri, yerli mütəxəssislər mühazirələrlə çıxış edəcəklər.
Seminar zamanı tullantıdan enerjiyə sahəsinin texniki aspektləri, ətraf mühitin mühafizəsinə müsbət təsirləri və iqtisadi səmərəliliyi, mexaniki-bioloji emal, bioqazların bərpası sistemi və tullantıların basdırılması kimi mövzular müzakirə ediləcək.
Bu gün seminarın açılışı mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycanda bu sahədə görülən işlər və qurumun həyata keçirdiyi layihələr barədə geniş məlumat verib. Qeyd olunub ki, tullantıların düzgün idarə edilməsi məqsədilə müasir standartlara uyğun poliqon yaradılıb, ildə 500 min ton məişət tullantısını zərərsizləşdirməklə yanaşı, alternativ enerji kimi 231,5 milyon kVt/s elektrik enerjisi istehsal edəcək zavod və illik 200 min ton gücə malik tullantıların çeşidlənməsi zavodu istifadəyə verilib. Balaxanı Sənaye Parkının yaradılması ilə bağlı görülən işlər, nəzərdə tutulan tədbirlər və Azərbaycanda "yaşıl biznes"in inkişaf imkanları barədə tədbir iştirakçılarına geniş məlumat verən Z.İbrahimov tullantıların idarə edilməsi sahəsində Azərbaycan təcrübəsinin inkişaf etməkdə olan ölkələr üçün uğurlu nümunə ola biləcəyini vurğulayıb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Tədbirdə çıxış edən Azərbaycan Diplomatik Akademiyasının icraçı prorektoru Fariz İsmayılzadə beynəlxalq seminarın Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayıb. Seminar təqdimatlarla davam etdirilib.
Qeyd edək ki, "Tullantıdan enerjiyə tullantıların davamlı idarəolunmasının ayrılmaz hissəsi kimi" mövzusunda beynəlxalq seminar hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il Bakıda keçirilən tədbir haqqında ətraflı məlumatı "Təmiz Şəhər" ASC-nin rəsmi internet səhifəsindən (http://tamizshahar.az/seminar.php) əldə etmək mümkündür.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bakıda tullantıların davamlı idarə olunması sahəsində ilk beynəlxalq seminar keçirilir
17 İyun 2013 11:57
Baxış: 299

DİGƏR XƏBƏRLƏR
-
Din xadimləri yaslarda "ehsan"ın qalmasında niyə maraqlıdır və dövlət müdaxilə etməlidirmi?
-
Kondisioner alarkən bu nüanslara diqqət edin
-
Milli Məclis sədrinin təşəbbüsü ilə Şəmkirdə növbəti pulsuz hüquqi yardım aksiyası keçirilib - FOTO
-
Aşura günü nə vaxtdır?
-
Məşhur kosmetoloq fəaliyyətini dayandırdı, mərkəzi satışa çıxarıldı - FOTO
-
Azərbaycanda radiasiya təhlükəsi var? – AÇIQLAMA
XƏBƏR LENTİ
-
İstanbul nəhənglərinin keçmiş ulduzu başını BAĞLADI - FOTO
-
İlham Əliyev: Son 20 il ərzində biz Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq
-
Trampdan İsrail və İrana MÜRACİƏT
-
Prezident: “8 Noyabr” Elektrik Stansiyası Mingəçevirin Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək
-
Cahan Namazova Londonda keçirilən Golden Time Talent Festival ilk mükafatına layiq görülüb – VİDEO - FOTO
-
Prezident: “8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək
-
Bəzi qəsəbələrdə qaz olmayacaq
-
Milli Məclisin deputatına ağır itki üz verdi
-
Prezident İlham Əliyev Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində çıxış edir
-
İranla İsrail arasında atəşkəs elan olundu
-
Türkiyədə zəlzələ baş verdi
-
Lirə və avro bahalaşdı, dollar isə bu qiymətə satılır - RƏSMİ
-
Skuterin vurduğu aktrisa: "Gəldi evimə, üzr istədi"
-
Din xadimləri yaslarda "ehsan"ın qalmasında niyə maraqlıdır və dövlət müdaxilə etməlidirmi?
-
Məhərrəm ayı qabağı qızıl bazarında vəziyyət necədir? - VİDEO
-
Yayda şans bu bürclərin üzünə güləcək
-
Moruqla arıqlaya bilərsiniz
-
Paltaryuyan maşından gələn qoxunun qarşısını necə almaq olar?
-
“Yalı Çapkını”nın ulduzu brendlə 86 min manatlıq müqavilə imzaladı
-
Kondisioner alarkən bu nüanslara diqqət edin
-
Yer kürəsinin nüvəsindəki gözlənilməz kəşf alimlərin kainat anlayışını dəyişdirdi
-
Həyat və ölüm arasında üçüncü mərhələ də var?
-
Tramp: İran gözlədiyimizdən zəif reaksiya verdi
-
Nişan mərasimində DAVA - 3 nəfər SAXLANILDI - VİDEO