Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinin nəticələrini açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə əsasən, I-IV siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 77 dərslik, 91 ədəd müəllim üçün metodik vəsait, 58 iş dəftəri müzakirə edilib, bunlardan 12 dərslik komplektinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilməyib. V siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 25 dərslik və 27 ədəd müəllim üçün metodik vəsait müzakirə edilib. Bunlardan 6 dərslik komplektinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab olunmayıb. Beləliklə, görülmüş işlərin nəticəsində hazırlanmış yekun rəylər (I-V siniflər üzrə) müəlliflərə və Təhsil Nazirliyinə göndərilməklə bərabər, www.tqdk.gov.az saytında da yerləşdirilib.
Hazırda VII siniflər üzrə bütün dərsliklərin, VIII siniflər üzrə "Azərbaycan dili" (variativ dərsliklər), "Ədəbiyyat", "Rus dili" (ana dili kimi), "Ədəbiyyat" (təlim rus dilində olan məktəblər üçün), "Rus dili" (xarici dil kimi), "Cəbr", "Həndəsə", "Fizika", "Kimya", "Azərbaycan Respublikasının fiziki coğrafiyası", "Zoologiya" , "İngilis dili", "Fransız dili", "İnformatika", "Musiqi", "Rəsmxət", IX siniflər üzrə "Rus dili" (ana dili kimi), "Ədəbiyyat" (təlim rus dilində olan məktəblər üçün), "Rus dili"(xarici dil kimi), "Cəbr", "Biologiya (İnsan)", "Kimya", "Fizika", "Musiqi", "Rəsmxət", X siniflər üzrə "Rus dili"(xarici dil kimi), "Fizika", "Kimya"," Ümumi biologiya" (variativ dərsliklər) dərsliklərinin elmi-metodiki monitorinqi başa çatmış və yuxarıda göstərilən prosedur qaydalara uyğun olaraq yekun rəylər üzərində iş aparılır. Yekun rəylər yaxın vaxtlarda Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək.
Qeyd edək ki, prezidentin fərmanına əsasən, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə olunub. Fərmanın icrası olaraq, TQDK tərəfindən yeni təhsil proqramları üzrə (kurikulum) fənn standartları əsasında hazırlanmış I-V sinif, həmçinin hələlik qüvvədə olan tədris proqramları əsasında hazırlanıb və istifadədə olan VII-X sinif dərsliklərinin elmi-metodiki monitorinqi aparılıb. Dərslik müəllifi olmayan mütəxəssislərin sırasından ekspertlərin hazırlanması və pedaqoji ictimaiyyətin nümayəndələrindən dərsliklərə dair informasiyanın toplanması aparılıb. Komissiyada [email protected] elektron ünvanı yaradılıb və pedaqoji ictimaiyyətə müraciət olunaraq onların qeyd, irad və təkliflərinin bu ünvana göndərilməsi xahiş olunub. Hazırda bu ünvana I-XI sinif dərslikləri barədə 10 minə yaxın (9802) qeyd və təklif daxil olub. Bundan əlavə, monitorinqlər çərçivəsində dərslik müəllifi olmayan ekspertlər tərəfindən dərsliklərin ilkin ekspertizasının keçirilməsi, II və III mərhələlərin nəticələrinin (ictimaiyyətin və ekspertlərin rəylərinin) müqayisəsi, müqayisəli təhlilin nəticələrinin ümumi açıq müzakirəyə çıxarılması aparılıb, ümumi müzakirələr zamanı səslənən fikirlər, irad və təkliflər nəzərə alınmaqla tərtib olunmuş rəylər dərslik müəlliflərinə təqdim olunub, cavab olaraq müəlliflər hansı iradları qəbul etdiklərini, hansıları qəbul etmədiklərini bildiriblər. Həmçinin dərslik müəlliflərinin cavablarının müstəqil ekspertlər tərəfindən təhlili aparılıb.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
TQDK 12 dərsliyi məqsədəuyğun saymadı
11 İyun 2013 11:24
Baxış: 882

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Yaxşı məsləhət alın
-
ÜST-nin Azərbaycandakı nümayəndəliyi media nümayəndələri ilə bir araya gəldi - FOTOlar
-
Sözə Tanrının gözü ilə baxan adam.. - YUNUS OĞUZ - 65
-
İlham Əsgərova ağır itki - FOTO
-
Günün qoroskopu: Özünüzlə bağlı böyük bir qərar verə bilərsiniz
-
Azərbaycanda qadın sevgilisinə görə 6 uşağını atdı - efirdə yerə SƏRİLDİ
XƏBƏR LENTİ
-
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
-
Leyla Əliyeva Türkmənistan Xalq Məsləhəti sədrinin qızı Oquldjaxan Atabayeva ilə görüşüb
-
Ayşənin qətli ilə bağlı YENİ DETALLAR - Cemil izi itirmək üçün külli miqdarda pul verib
-
"Faladdin" həbs olundu - FOTO
-
Temperatur daha da artacaq - Küləyə aldanmayın
-
"Yuventus"dan Kenan Yıldızla bağlı son QƏRAR
-
"Paşinyanın başı kəsilsin" - Erməni keşiş - VİDEO
-
Xanım boksçumuz erməniyə qalib gələrək Avropa çempionu oldu - VİDEO
-
Çamadanda cəsədi tapılan Ayşənin polis əməkdaşı ilə son görüntüləri - VİDEO - FOTO
-
Prezident: Azərbaycan və Türkmən xalqlarını dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi
-
Məşhur model toya bu geyimdə gəldi, qonaqların gözü onda qaldı - FOTOlar
-
Azərbaycanda məktəbli qız vəfat etdi – FOTO
-
Bu il ali məktəblərə qəbul planı 90 faizdən artıq dolacaq - DİM sədri
-
İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub - FOTO
-
Şans qapınızı döyür - İyulun ortasında parlayacaq 4 BÜRC
-
Ermənistanda nazir işdən çıxarıldı - FOTO
-
BDYPİ sürücülərə növbəti dəfə xəbərdarlıq edib
-
Gənc yazıçımız Türkiyədə ağır qəzaya düşdü - Vəziyyəti ağırdır - FOTO
-
"Qalatasaray" rəhbərliyi İkardiyə qəzəbləndi
-
Bu rayonda su olmayacaq - Qəza baş verdi
-
4 kənd təcili boşaldıldı - Yanğın genişlənir
-
İran naməlum tanker ələ keçirdi - Saxlanılanlar var
-
Birinci Qarabağ müharibəsində itkin düşən daha bir hərbçi dəfn olunacaq
-
"Trampın üzünə telefonu qapadım" - BBC-nin müxbiri