12:23
Azərbaycanda İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Cəmil Quliyev seçilib.
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 4 iddiaçı - Quliyev Cəmil Elşad oğlu, Şəfiyev Şamil Əli oğlu, Mustafayev Nicat Qafur oğlu və Hüseynov Emin Rafik oğlu sənədlərini təqdim etmişdi.
"İctimai Televiziyaya keçmək niyyətimin səbəbi onun imkanlarının daha geniş olmasıdır", - bunu İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru vəzifəsinə keçirilən seçkilər zamanı namizədlərdən biri, Azərbaycan Dövlət Film Fondunun direktoru, "Mədəniyyət" kanalının baş direktoru Cəmil Quliyev bildirib.
Quliyevin sözlərinə görə, onun İTV-nin rəhbəri seçilmək istəməsində məqsədi milli-mənəvi dəyərlərimizi qorumaq, tamaşaçıların bədii estetik zövqünü formalaşdırmaqdır.
"Televiziya cəmiyyətin gözüdür və İctimai Televiziyada yayımlanan proqramlar xüsusi diqqətlə hazırlanmalıdır", - o deyib.
Quliyev bildirib ki, verilişlərin hazırlanmasında mədəniyyətimizdən, incəsənətimizdən qaynaqlanmalıyıq.
"İTV böyük yol keçib, ötən 8 il ərzində səmərəli fəaliyyət göstərib. İTV-də mədəniyyət, incəsənət sahəsində, gənclərin təlim-tərbiyəsində yeni addımlar atmağa çalışacağam", - Quliyev qeyd edib.
Qeyd edək ki, "İctimai televiziya və radio yayımı haqqında" qanunun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib.
Xatırladaq ki, bundan öncə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru olmuş İsmayıl Ömərov seçkilərdə öz namizədliyini irəli sürməyib.
Cəmil Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub. Kinorejissor, ssenarist, aktyor, Azərbaycan Dövlət Film Fondunun direktoru, "Mədəniyyət" kanalının baş direktoru, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibidir. O, Ümumittifaq Kinematoqrafya İnstitutunda Kinorejissorluq ixtisası üzrə təhsil alıb. 1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb. Bir neçə bədii, sənədli, qısametrajlı bədii filmin, "Mozalan" satirik jurnalının bədii süjetlərinin müəllifidir. Quruluş verdiyi filmlər bir neçə xarici festivalda nümayiş etdirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar incəsənət xadimidir.
----------
11:44
APA-nın məlumatına görə, İTV Yayım Şurası yeni sədri açıq debat yolu ilə seçir. İTV-nin Yayım Şurasının sədri Cahangir Məmmədli deyib ki, seçki 8 Şura üzvünün iştirakı ilə keçirilir.
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 4 iddiaçı - Şəfiyev Şamil Əli oğlu, Quliyev Cəmil Elşad oğlu, Mustafayev Nicat Qafur oğlu və Hüseynov Emin Rafik oğlu sənədlərini təqdim edib.
"İctimai televiziya və radio yayımı haqqında" qanunun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İctimai TV-nin baş direktoru seçildi - YENİLƏNİB
23 Aprel 2013 12:23
Baxış: 6 015
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
İnsan ömründə neçə dəfə EŞQƏ DÜŞÜR?
-
30 ildən sonra Horovlu Baharı azad şəkildə qarşıladı - FOTO - VİDEO
-
"Novruz"da bunu etmək qəti QADAĞANDIR
-
Bayrama görə həyatı zəhər olan adam - Şıxəli Qurbanov niyə ÖLDÜRÜLDÜ?
-
Bunu bu gün etsəniz, həmişə PULUNUZ OLACAQ
-
Rektor: Dövlət qulluğunda yeni əməkhaqqı modelinə keçid strateji baxımdan düzgün qərardır
XƏBƏR LENTİ
-
Dünyanın ən uzun BİNASI - FOTO
-
Bir porsiya belə təhlükəlidir - Xəbərdarlıq
-
“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur”
-
"Cinsiyyət öyrənmə partsi"ndə qayınana aranı QATDI - VİDEO
-
İnsan ömründə neçə dəfə EŞQƏ DÜŞÜR?
-
Futbolçular buna görə corablarını kəsib oynayırlarmış - VİDEO
-
Serenay Sarıkaya FOTOları ilə diqqət çəkdi
-
Ürəyin işini yaxşılaşdıran 6 QİDA
-
Rus ulduzlarını illər belə DƏYİŞDİRİB - VİDEO
-
Nəriman ABŞ-də ilk oyununa çıxdı
-
Sumqayıtda tonqal partlayışı zamanı xəsarət alanların vəziyyəti açıqlanıb
-
Elxan Şirinovun fərqli qidalanma sirri
-
Musəvi İsrailə kütləvi raket hücumunun olacağını açıqlayıb
-
Sumqayıtda tonqal belə partladı - ANBAAN GÖRÜNTÜLƏR
-
Goranboyda bıçaqlanma - Yeniyetmə saxlanıldı
-
“Doktor Albiyeri” vəfat etdi
-
Kubilayın müəmmalı ölümünə görə Aleynaya əlavə nəzarət tələbi
-
Sumqayıtda tonqal partladı: Yaralılar var - VİDEO YENİLƏNİB
-
İran İraqa qaz tədarükünü bərpa edib
-
1.5 milyonluq uduş "buxarlandı" - İnanılmaz hadisə
-
54 yaşlı kişi hamamda yıxılıb öldü
-
“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib”
-
Oğuzda oğluna xəsarət yetirən atanı polis saxlayıb
-
İran ABŞ bazalarına bu qədər ziyan vurub





