Dini ədəbiyyatda yazılır ki, müsəlmanın bütün əməlləri Allah rizasına uyğun olmalıdır. Demək, Allah rizası bir növ həyatın anlamı, bizim üçün ən ali niyyət olmalıdır.
Bəzi mənbələr "Allah rizası" ifadəsinin yerinə "Allaha xatir" və ya "Allah xatirinə" yazırlar.
Bəzi mənbələr isə bu ifadəni daha da açaraq, "Allah rizasını qazanmaq üçün" şəklində işlədirlər.
Mövzu o qədər həssas, o qədər incədir ki, bir söz deyəndə ifadənin ehtiva elədiyi fikir yükünü mümkün olduğu qədər saxlamağa və ya fikirdən yayınmamağa çalışırsan.
"Riza" sözü "razılıq"la eyni kökdən gəlir, həm də icazə mənasında razılıq yox, məmnunluq, xoşnudluq mənasında razılıq nəzərdə tutulur.
"Allah rizası üçün" deyildiyində də "Allahı məmnun etmək, xoşnud etmək" kimi mənalar ön planda tutulur. Bəndənin Allahı məmnun etməsi isə, heç şübhəsiz, Onun əmrlərini yerinə yetirməklə, yasaqlarından uzaq durmaqla mümkündür.
Səndən çox şey istəyə bilərlər, hər kəs də öz istəyinin önünə "Allah rizası üçün" yapışdıra bilər. Amma sən düşünməlisən, sənin səndən istənən işi yerinə yetirməyin Allahın buyruqlarına uyğundur, ya yox. Əgər uyğun görmürsə, o işi yerinə yetirməyin Allahın əmrlərinə uyğun deyilsə, Allah rizasına uyğun olan seçim ondan imtina etməkdir.
Müsəlmanın bütün əməlləri Allah rizasına uyğun olmalıdır deyildikdə o başa düşülür ki, müsəlman hər addımını Allahın istəyinə, Quranda buyruqlarına uyğun atmalıdır ki, Onu məmnun, xoşnud edə, yəni Onun rizasını qazana bilsin.
"Zaman Azərbaycan"
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
"Allah rizası" dedikdə nə anlaşılır?
17 Aprel 2013 19:17
0 Şərh
Baxış: 670

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Gəlir əldə etmək şansı var
-
Bu bitki evin temperaturunu 4 dərəcə aşağı salır
-
Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA
-
Yeni Klinikanın direktoru orqanlarını bağışladı
-
Bu mobil operator şirkətinə yeni direktor təyin olundu - FOTO
-
Kənd təsərrüfatı nazirinə yeni müşavir təyin edildi
XƏBƏR LENTİ
-
İstirahət günü Bakıda 39 dərəcə isti olacaq
-
27 yaşlı gəlini əri öldürübmüş - Kamp qurarkən yaxalandı - FOTOlar
-
Azərbaycan qazının Suriyaya ixracına başlanıldı - YENİLƏNİB - FOTO
-
Bu gün burada baş verən hadisə birgə işin, birgə nəticənin aydın nümunəsidir - Nazir
-
BDYPİ səhhətində ciddi problemlər olan sürücülərə müraciət etdi
-
Tanınmış aktrisamız vəfat etdi - FOTO
-
Hər gün şokolad yemək sağlamlığa zərərdirmi, yoxsa faydalıdır?
-
Əyləncə mərkəzində atışma: Aktrisanın keçmiş əri yaralandı - VİDEO - FOTOlar
-
Azərbaycan-İran sərhədində insdent - 6 kq marixuana aşkarlandı - FOTO
-
Zelenski Putinə danışıqlar təklif etdi
-
Yaxın Şərqin səma qambiti: İsrailin üstünlük dövrü başa çatır?
-
Ukrayna Aİ-yə üzv olmaq üçün eynicinsli nikahları tanımalıdır
-
Bu gün 41 dərəcə isti GÖZLƏNİLİR
-
Maykl Ceksonun qızı “mükəmməl kişi” dediyi nişanlısından ayrıldı - FOTO
-
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edildi
-
Daha bir ölkədə güclü zəlzələ oldu
-
Bu şənbə dörd bürcü uğur dalğası bürüyəcək: Onlardan biri sən ola bilərsənmi?
-
"Tramp ölkəni qaranlıq bir dövrə sürükləyir" - Bayden
-
Azərbaycan qazı Ukraynada: Trans-Balkan marşrutu ilə yeni enerji xəritəsi
-
Qatığın içinə 1 qaşıq əlavə edib yeyin - Şişkinliyi kökündən yox edir
-
Keçmiş prezidentə 12 il ev dustaqlığı cəzası verildi
-
Səhər oyana bilməyənlər bunu etsin
-
Saç niyə tökülür və keçəlliyə çarə varmı? - Mütəxəssislər izah edir
-
40 dərəcə istidə niyə çay içirik?