Cəmiyyət

İşsizlik üçün necə müavinət almaq olar?

18 Mart 2013 17:40
10 Şərh     Baxış: 9 991
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Bu iş hər kəsin başına gələb bilər. Bəs işsiz qalarkən müavinət necə əldə etmək olar?

Milli.Az xəbər verir ki, bu suala aydınlıq gətirmək üçün Day.Az saytının əməkdaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bildiriblər ki, işsizliklə əlaqədar müavinət almaq üçün vətəndaş, ilk növbədə, Məşğulluq İdarəsində qeydiyyata düşməlidir. Bunun üçün şəxsiyyət vəsiqəsi, əmək kitabçası, ixtisas dərəcəsini göstərən sənəd (ehtiyac olduqda), sonuncu iş yerində aldığı əmək haqqının miqdarını göstərən arayış təqdim olunmalıdır. Bu sənədlər təqdim olunduqdan sonra 11 gün ərzində müvafiq iş təklif olunmasa o işsiz kimi qeydiyyata düşür.

Əgər vətəndaş son 12 ayın 26 təqvim həftəsi ərzində işləyibsə, bu zaman ona sonuncu ay aldığı əmək haqqının 70%-i məbləğində aylıq vəsait ödənilir. Əgər son iş yerindəki əmək haqqı barədə arayış təqdim olunmursa, onda aylıq 55 manat vəsait alır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.