Milli.Az EL TV-yə istinadən xəbər verir ki, hələ Sovet dönəmində Azərbaycanda dəmir yolu çəkilənə qədər at, qatır və uzunqulaqdan fərqli olaraq yükdaşımada əsas heyvan dəvə sayılırdı. Çünki bir dəvənin yükü 2-3 at yükünə bərabərdir. Saatda 4-5 kilometr sürətlə hərəkət edən yüklü dəvə bir gündə fasiləsiz olaraq 50 km, fasilə verməklə isə 30-35 kilometr məsafə qət edə bilir.
Susuzluğa dözümlü olan bu heyvanlar fəsil dəyişkənkliyindən aslı olmayaraq otlaq sahələrində və səhralarda qidalanır. Dəvələri saxlamaq o qədərdə çətin deyil və vəsait tələb etmir. Elə bu səbədən də Respublikamızda az sayda olsa da, dəvə saxlayan şəxslərə rast gəlmək mükündür. Nizami Allaverdiyev də belə şəxslərdəndir. Mingəçevir şəhərində yaşayan müsahibimiz özünün fermer təsərrüfatında dəvə saxlayır.
Ancaq digər təsərrüfat sahiblərindən fərqli olaraq Nizami Allahverdiyev dəvələrə qazanc mənbəyi kimi baxmır. Dəvələri saxlamağının əsas səbəbi isə ata-bablarının ənənəsini saxlamaq və yaşatmaqdır. Təsərrüfat sahibi dəvələrinə ad verməyi də unutmayıb. Mərcan, Kəklik, Nər və Qumral... Onu da qeyd edək ki, dəvə normal halda 2 ildən bir bala verir. Ancaq yük heyvanı kimi istifadə etdikdə nəsil artırma prosesi
4-7 il arası çəkir. 500 kiloqrama dək yükü rahatlıqla daşımaq gücündə olan dəvələr gün ərzində 30-40 litir su içir. Ancaq dəvələrin özünəməxsusluğu bununla da bitmir. Dəvə yatmaq və ya sadəcə istirahət etmək məqsədi ilə uzanıbsa, onu yerindən qaldırmaq çox çətindir. Bunun üçün müəyyən zaman gözləmək lazım gəlir. Amma ferma sahibi deyir ki, dəvələr kinli olduğundan onları qıcıqlandırmaq olmaz.
Əks təqdirdə sahibinə belə xəsarət yetirə bilər. Dəvələrin ağıllı heyvan adlandırılması da təsadüfi deyil. Çünki sahibi yanında olmadan səhrada yem axtaran dəvə 15-16 km məsafə qət etdikdən sonra saxlanıldığı yerə qayıtmaqda çətinlik çəkmir. Məlumat üçün bildirək ki, bu heyvanın əti kimyəvi tərkibinə görə mal ətindən zəngindir. Südünün yağlılığı 50 faizdən artıqdır. Həmçinin dəvəni südündən müalicə məqsədi ilə də istidafə olunur. Dəvə yeganə heyvandır ki, dənizin şor suyunu içməklə orqanizminin suya olan tələbatını ödəyə bilir. Dəvələr 70 dərəcə istiyə, 50 dərəcə soyuğa davam gətirə bilirlər.
Qeyd edək ki, təsərrüfat sahibi Nizami Allahverdiyev gələcəkdə dəvələrinin sayını artırmağı düşünür.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bu şəxs şəhərdə dəvələr saxlayır - VİDEO
16 Mart 2013 19:03
Baxış: 1 255
