Cəmiyyət

Günün qoroskopu: zalım həddini aşarsa, yalan həqiqəti üstələmək istərsə...

20 Mart 2013 00:01
0 Şərh     Baxış: 655
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qoç - Kallisto və Pasifenin münasibətləri təmkinli, soyuqqanlı davranmağı tələb edir. Məntiqli olun. Gün yenilənmə impulsu vəd edir və yaxın aylarda məşğul olacağınız işlərin konturları indidən bəlli olur. "ilham pərisi" sizi yeni təşəbbüsə vadar edə bilər.

Yeni hansı işlə məşğul ola biləcəyinizi düşünün, əlavə problemlər və qayğılar yaratmayın. Maraqlarınızla fikrinizin tərəfdaşlarla üst-üstə düşməyəcəyi məqamlarda sayıq, ehtiyatlı, eyni zamanda kompromisslərə meylli olun.
Ünsiyyət dairəsini ağılla seçin. Bədxərclik etməyin.

Buğa - Sinope və İonun münasibətləri işin çətin hissəsinin qaydaya salınmasını tələb edir. Şübhələndiyiniz məqamı araşdırın, yəqinlik əldə etməyə çalışın.

Emosiyalarınıza lazım olduğundan artıq diqqət ayırmayın, yaxın ətrafınızdakı insanlara ifrat tələbkar olmayın. Təmasların sayını azaldın. Boş söhbətlər və şayiələrə qatılmayın, yaxşı tanımadığınız insana etiraflarınızı ünvanlamayın.

Çox gərgin olmaq səhhətinizə mənfi təsir edə bilər.
Axşam saatlarında yaxşıca dincəlin.

Əkizlər
- Ariel və Qanimedin münasibətləri tələskənlik, gərginlik vəd edir. Çalışdığınız insanlar emosional olacaq, hadisələr sürətli ritmlə inkişaf edəcək.

Emosiyalar nəzarətinizdən çıxmağa başlayan mövzu ilə bağlı olacaq. Zəhmətkeş və aktiv olun. Danışıqlarda vasitəçilik edə bilərsiniz.
Yaşam məkanında qayda yaradın, köhnəlmiş hisslər və mənasız gözləntilərdən qurtulun. Yeni planların gerçəkləşməsi üçün çevik fikirlərə, mütəhərrik davranışa ehtiyac var.

Xərçəng
- Fobos və Qanimedin münasibətləri zahiri problemlərə rəğmən qüvvənizin qorunmasını tələb edir. İşlər öz axarındadır - sadəcə, onlara dürüst yön vermək gərəkdir. İşdə özünzü fəda etməyin. Sonradan peşman olmamaq və yenidən çalışmamaq üçün işlərə süni təkan verməyin, tələsik davranmayın.

Əsaslı, miqyaslı işi iki gün təxirə salsanız, pis deyil. Bu gün təcili həllini tələb edən işlərlə məşğul olun, ünsiyyəti minimuma endirin. Mühüm iş baş verəcəksə, olayı yaxınlaşdırmaq üçün təşəbbüs göstərməyin.

Prioritetlərin yenilənməsi, yeni məşğuliyyətə istiqamətlənmək mümkündür.
Baş verənlərin izahını arayın, əlavə məlumat almağa çalışın.

Şir
- Triton və Deymosun münasibətləri sizə tələsməməyi məsləhət bilir. Hətta təcili şəkildə, dərhal nəyəsə başlamaq istəsəniz, təmkinli olun. Gələcək işlər hələ formalaşmadığından istənilən impuls sizi fərqli yönə çevrilməyə və yeni istiqamət seçməyə vadar edə bilər. Nə isə təkrarlanırsa, taleyin sizdən nə istədiyini, nəyə işarə vurduğunu düşünün.

Dostlarla görüş, müxtəlif planların müzakirəsi, yarımçıq qalmış işlərin başa vurulması üçün əlverişli vaxtdır.
Fiziki iş çox faydalıdır.
Axşam saatlarında yaxşıca çalışın.

Qız - Elara və Haronun münasibətləri cari işlər çərçivəsində fəaliyyət göstərməyinizi tələb edir. Təcili iş yaranarsa, onu mütləq şəkildə həll edin. Bunun üçün enerjiniz və qətiyyətiniz yetərincədir. Genişmiqyaslı, yeni heç nəyə başlamayın.
İndi işlərdə dönüş mərhələsidir və hər şey sizdən asılıdır.
Mühüm planlar yetişməkdədir.

Ətrafınıza baxın: dərhal həllini tələb edən çox iş var. Fiziki iş, intensiv əmək faydalıdır. Lakin özünüzü izafi dərəcədə yormayın, yoxsa gün başağrısı ilə başa çata bilər.

Şəxsi münasibətlərdə yenidən dəyərləndirmə vaxtıdır. Artıq qulaqardına vura bilməyəcəyiniz məqam yaranıb. Fəaliyyət zamanıdır.

Tərəzi - Saturn və Yupiterin münasibətləri tələb olunan işlərin hamısının yerinə yetirilməsini tələb edir. Hətta çalışmaq istəməsəniz belə, tənbəllik etməyin. Xırda məsələlərdə güzəştə gedin, yaxın ətrafınızdakı insanları diqqətlə dinləyin.

Münaqişələr yarana bilər. Fəqət, problemi kiçik rahatlıqla bitirərək kəskin məqamları yumşaldın. Baş verənləri diqqətlə müşahidə edin. Kimsəni sizə təzyiq göstərməyə qoymayın.

Yeni işə və ya layihəyə başlamayın. Maddi rifah və ya maliyyə durumunuzu yaxşılaşdıra biləcək ünsürə maksimum diqqət yetirin. Evdə rahatlıq və əminlik yaradın.
Qarşıda sizi yeni planlar, işlər gözləyir. Yeni çağırışların öhdəsindən uğurla gəlməyə mane ola biləcək nə varsa, ondan qurtulun.

Əqrəb
- Uran və Marsın münasibətləri işdə həmkarlarla münaqişələrə yol verməməyi tələb edir. Belə mübahisələrdə həqiqət doğulmur və çəkişmələrdən yaxşı heç nə gözləməyin. İş qrafikində yerdəyişmə, yeni tapşırıq, təcili əlavə iş yarana bilər. Durumla barışın, amma yalnız görə biləcəyiniz işə boyun olun.

Ailədəki məsələləri də dinc yolla həll edin. Seçim qarşısında qalmağınıza imkan verməyin, çünki bu gün seçim uğurlu olmaya bilər.
Tələsməyin. Tələskənlik etsəniz, problemin optimal həll variantını əldən verə bilərsiniz.

Axşam saatlarında aktiv istirahəti seçin. Rəğbət və maraq müstəvisində yeni stimullar, maraqlar yarana bilər. Ənənəvi davranış patternlərinin çərçivəsindən kənara çıxmasanız, hər şey uğurlu olacaq.
Televizor və internetdən sirdaş, həmsöhbət olmaz.

Oxatan - Neptun və Yerin münasibətləri informasiya, ya da bilik çatışmazlığının aradan qaldırılmasını tələb edir. Yaranmış boşluqları sürətlə doldurmağa can atmayın. Planlaşdırılmış işləri başa vurun. Nigaran qalmayın, az sonra situasiya daha harmonik olacaq, yeni imkanlar yaranacaq. İşin müəyyən mərhələsini nizamlayın və yeni işə hazırlaşmağa başlayın. Həmin işə üç gün sonra başlamaq olar.

Şəxsi münasibətlərdə emosiyalar bolluğudur. Rahat əlbisələr geyinin. Axşam saatlarında vaxtınızın çox hisəsini rahat, sakit məkanda keçirin.
Emosiya və enerji bolluğundan qurtulmaq üçün fiziki işi artırın.

Oğlaq
- Serera və Veneranın münasibətləri məqsədə çatmaq, istəkləri reallaşdırmaq üçün təşəbbüslə çıxış etməyinizi istəyir. Ötənlərdən nişanələr peyda olarsa, onları qulaqardına vurmayın. Daxili gərginliyi azaltmaq, müəyyənliyə nail olmaq, suallara cavab almaq olar. Nəyisə vəd versəniz, öhdəlik götürsəniz, sonradan imtina etmək çətin olacaq.

Evdə rekonstruksiya, təmir, qayda yaradılması ilə məşğul olmaq mümkündür. Köhnə əşyalar arasında gərəksiz nəsnələrdən qurtulun, məkanı yeniliklərə hazırlayın. Əsəblərinizi qoruyun, münaqişələrə qatılmayın.
Özünüzü yormayın. Əks təqdirdə başağrısı ola bilər.

Dolça
- Merkuri və Haumeananq münasibətləri yaşanan olaylara aktiv təsir göstərməyinizi tələb edir.
Praktiki olun, stabilliklə riks etməyin. Perspektivlərin qeyri-müəyyən olduğu layihənin taleyi həll olunur. Sizdən ciddi səylər tələb olunur. Nəyisə qurban vermək gərəkdir.

İlk əvvəl ən təcili, mühüm məsələləri həl edin.
Ehtiyac yaranarsa, daha ciddi problemləri də həll etmək olar.

Şəxsi münasibətlərdə son söz haqqı sizdədir. İşlərin həllində ailə üzvlərinin də sizə yardım göstərmələrinə çalışın.

Balıqlar - Erida və Makemakenin münasibətləri bu gün planların reallaşması üçün əlahiddə səylərin göstərilməsini tələb edir.

Yaxın ətrafınızdakı insanlar sizi söhbətlər, şikayətlər, istəklərlə işdən ayıra bilərlər. Söhbəti çox usta şəkildə başqa məcraya keçirin və uzun müddət şikayətlərə qulaq asmaq istəmirsinizsə, söhbəti bitirin.

Maliyyə məsələlərində xüsusilə diqqətli olun. Kredit götürməyin, iri məbləğdə, bahalı heç nə almayın.

Anlaşma və ya razılaşmalar pozula bilər. Etibar etdiyiniz insanın sizi aldatmağa çalışması istisna deyil.
Yalnız özünüzə inanın. Gələn informasiyanı yoxlayın və dəqiqləşdirin.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.