Modern.az saytı elmi müsahibələri davam etdirir. Budəfəki müsahibimiz ezoterika üzrə mütəxəssis, filologiya elmləri üzrə fəlsəfə doktoru Mətanət Abdullayevadır. Onun müəllifi olduğu "Klassik ədəbiyyat: ezoterik xəzinə" adlı kitabında 3 dahinin (Nizami, Nəsimi, Füzuli) şeirlərindəki ezoterik məqamlara toxunulur.
- Ezoterika nədir?
- Bu termini elmə Pifaqor gətirib, mənası gizli, sirli deməkdir. İnsan və aləm haqqında təsəvvürləri maddi keyfiyyətlərlə məhdudlaşdırmadan mikrokosmosla makrokosmosun vahidliyini və bunların daxilində olan gizliliyi təsdiqləyən metoddur. Bu metodun mərkəzində insan durur. Belə ki, biz mikrokosmos dedikdə məhz insanı nəzərdə tuturuq. Həm Qərb, həm də Şərq ezoterizmin məqsədi insana özünüdərk etməkdə kömək göstərməkdir.
- Sizin üçün ezoterik aləmin sirli qapılarını açmaq çətin olmadı ki?
- Sırf elmi müstəvidən ezoterikaya gəlmək mümkün deyil. Hər bir dövrün poetik fikri həmin dövrün fəlsəfəsinin poeziya prizmasından açılışıdır. Bu, yeni araşdırma sahəsidir. Fəlsəfi poeziya Akademiyanın Fəlsəfə İnstitutu tərəfindən də araşdırılır. Amma mənim araşdırmam tamam ayrı müstəvidən aparılıb. Məsələn, Nizaminin "Yeddi gözəl" əsərində yeddi gözəl əslində yeddi məqamın göstəricisidir. İnduizmdə də, sufizmdə də mistik eşq yolçuluğunu özündə əks etdirəm mərhələlər var. Qədim biliklərdə bunlar yeddi qat, yəni yeddi çakra kimi göstərilmişdi.
- İnsan öz daxili aləmində eşqə gedən yolları necə aça bilir?
- Mistik eşq yolçuluğuna qədəm qoymaq istəyən insanın həyatı 3 mərhələyə bölünür. Birinci mərhələ - şəriət daha çox zahiri məqamla bağlıdır. Belə ki, burada müəyyən davranışlara riayət olunma, dini ayinlərin həyata keçirilməsi əsas rol oynayır. İkinci mərhələ təriqət isə artıq batini (daxili) prosesdir. Lakin burada mütləq müəllim (mürşid, şeyx) olmalıdır. Çünki bu, idrakı prosesdir. Eşq yolçuluğunda eşq artdıqca idrak da güclənir, kamilləşir. Eşq yolçuluğunda dünyanın dərki və özünüdərk dərinləşir. İnsan dünyanı dərk etmək üçün öncə özünü dərk etməlidir. Ona görə də eşq yolçuluğu insanın daxili cihadıdır. Cihad zamanı pillə-pillə yeddi ruhi mərhələ keçilir, dünya sevgisi azalır və eşqə aparan qüvvə güclənir.
- İnsan bu yolların xəritəsini hansı gizli kodlarda qoruyub saxlayır?
- Bu insanın yeddi energetik mərkəzi ilə bağlıdır. Bunlar maddi olmayan, insanın efir bədənində yerləşən mərkəzlərdir. İnduizm mistik ənənələrində bunlara çakra deyilir. Lakin "Avesta"da da bu anlayış var. Bu energetik mərkəzlər insanın onurğa sütunu boyunca yerləşir. Lakin bu fiziki mənada deyil. O energetik mərkəzlərin hərəsinin öz rəngi var, öz musiqisi var və öz əlaqəli planeti var. İnsan özü-özülyündə böyük bir supersistemdir. Energetik müstəvidə o təkcə fiziki bədən yox, həm də çoxqatlı bir energetik sistemdir.
- İnsan və Kainatın enerji mübadiləsi zamanı birincidə hansı dəyişikliklər baş verir?
- Kainatla enerji mübadiləsi həmin o sistem vasitəsilə baş verir. İnsanın onurğasında sakrum sümüyü var. Kosmik enerji məhz orada yerləşir. Təbabətdə bu işlənilmir. Lakin ən qədim biliklərdə bu Kundalini enerjisi kimi göstərilir. Kundalini ilan kimi qıvrılan deməkdir. Bu enerji kosmik enerjidir və təsəvvüfdə buna can deyirlər. Yəni canın Allaha istiqamətlənməsi. İnduizm fəlsəfi bilikləri bizi məlumatlandırır ki, o enerji bu yeddi qatı keçərək sonuncu mərhələyə çatır. Kundalini enerjisi bir-bir onları qidalandırır. Bu zaman insan həm fiziki, həm də ruhi cəhətdən sağlamlaşır. "Sağlam bədəndə sağlam ruh olar" ifadəsi də buradan irəli gəlir.
- "Yeddi gözəl" kainatdan alınan enerjinin sayəsində yazılmışdı?
- "Yeddi gözəl"in ilkin müstəvidə nağıla bənzəyir. Lakin burada xeyli kosmoqonik məqamlar var. Bəhram şahın yeddi çadır qurması, onların hərəsinin ayrı-ayrı planetlərlə əlaqələndirilməsi sırf fəlsəfi anlamdadır. Nizami bildirir ki, mən bunları ağlımın yox, qəlbimin ötürdüyü məlumatlar əsasında yazmışam. Ağılla bunları yazmaq qəti mümkün deyil. "Allah insana şah damarından daha yaxındır" həqiqəti də buradan qaynaqlanır. İnsan hərdən həmin mənbəyə baş vurur və oradan bəhrələnir.
- Ezoterizmin sirli pəncərəsindən sosial reallıq necə görünür?
- Sosial reallıq bir çox prizmadan öyrənilir. Amma ezoterika bunun ən dərin qatını araşdırır. Çünki insan tək sosial fərd deyil, o həm də ilahi varlıqdır. Bizim öz özəyimiz, mahiyyətimiz var. O mahiyyətə gedib çıxmayınca, sosial həyatda istədiyimiz səviyyəyə çatmaq qeyri-mümkündür. Çünki ictimai münasibətlər daxili intizamla tənzimlənməlidir. İçəridən tənzimlənən qanunlar cəmiyyəti idarə edəndə böyük ədalət yaranar.
- Bu gün ölkədə və dünyada baş verən siyasi hadisələr öz-özlüyündə gizli bir kod şəklində saxlanılır. Belə ki, görünənlər əsl həqiqətdən çox kiçik bir hissədir. Əgər həmin görünməyən şifrələr kod şəklində açılsa, bizlərə hansı məlumatı ötürə bilərlər?
- Heç bir informasiya ötürə bilməzlər. Çünki ezoterik kodlar özlərində gizli, qiymətli nüansları saxlayırlar. Amma siyasətdə sakral nə var? Siyasətlə ezoterizmi heç vaxt eyni müstəviyə qoymaq olmaz. Siyasətçilər əgər ezoterikanı bilsəydilər, heç vaxt siyasətçi olmazdılar.
- Yəni demək istəyirsiz ki, ezoterika heç vaxt siyasət səviyyəsinə enməz?
- Heç vaxt. Çünki ezoterika hər şeyin fövqündədir. Çünki ezoterikada nə siyasət var, nə zaman, nə də məkan. Orada ancaq insan və idrak fenomeni var. Bütün ezoterik biliklər hansısa sənət və yaradıcılıq formasında əks olunur. Belə ki, ezoterik musiqi, ezoterik rəngkarlıq, ezoterik rəqs dediklərimizi özündə müəyyən qədər əks etdirə bilir. Məsələn, mövləvilərin səmavi rəqsləri tam olaraq makrokosmosun mikrokosmos səviyyəsində transformasiyasıdır. Burada əslində enerjinin sistemlər arasında qarşılıqlı əlaqəsi var və biz də buna bəsit formada da olsa, rəqs deyirik. Səmavi rəqslər məhz bunları ifadə edir.
- İnsanlarda baş verən idraki proseslər "enerji vibrasiyaları"nı necə hərəkət etdirir?
- Orta yaşlı insanlara baxanda gənclər daha çox şey etməyə qadirdirlər. Onların daxili enerjiləri buna daha yaxşı reaksiya verə bilir. Amma orta və yaşlı nəsildə də bəzi istisnaları yaddan çıxarmaq olmaz. Onların arasında da ezoterik müstəvidən xeyli inkişaf etmiş adamlar var. İnsan yüz il də ibadətlə məşğul olursa, yenə də açıb danışmalı deyil. Bir şəxs özünə sufi deyirsə, deməli, o hələ sufi deyil. Əgər insanda Kundalini enerjisi aktivdirsə, energetik çakralar düzgün fəaliyyət göstərirsə, deməli, onda idrak səviyyəsi yüksəkdir. Bu onun aurasında çox gözəl görünür. Bəsirət sahibi olan insan çox parlaq simalı olur. Bəsirət gözü açıq olmayanlar isə onları çox adi qəbul edir və onların ətrafında özlərini çox rahat hiss edirlər. Bu insanlarla ünsiyyətdə insanın pozitiv tərəfi aktivləşir. Xristian rəngkarlığındakı ikonalarda başdakı işıqlar artıq ezoterik məqamların qət edildiyini, xoşbəxtlik, həqiqət müstəvisinə çatılmasını göstərir. Yeddinci çakra insanın kosmik mühitə, energetik aləmə çatmasına işarədir. Sufizmdəki vəhdəti-vücud da özünü burada göstərir. Bu andan başlayaraq insan özünü kainat, Allah ideyası içərisində görür. Bu məqamdan sonra insanın ümman kimi özünü dərki başlayır. Həllac Mənsurun dediyi də əslində bu idi. O özünü həqiqətdə yox etmişdi. Onun fəlsəfəsi yarananın yaradıcının içərisindəki yox olmasından ibarətdir. Burada damlanın ümmana, şüanın isə günəşə qovuşma anı var.
- Enerji insanı hansı sirli dünyalara aparacaq?
- Hər bir insan enerji formasıdır. Materiya da enerjinin sıxlaşmış formasıdır. İnsan ruhani təkamül keçə-keçə enerji vibrasiyaları dəyişir və bu zaman o tamam fərqli aləmlərin, paralel dünyaların sakini olur.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ezoterika üzrə mütəxəssis: "Allah insana şah damarından daha yaxındır" - MÜSAHİBƏ
8 Mart 2013 10:50
1 Şərh
Baxış: 7 709

DİGƏR XƏBƏRLƏR
-
QMİ sədri: “Azərbaycanda məzhəblərarası qarşıdurma yoxdur”
-
Kamaləddin Qafarov: “Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir”
-
Bu gün bu avtobuslar pulsuz olacaq
-
Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda ailələrə qurban payları çatdırılıb - FOTO
-
Günün qoroskopu:
-
Bayramda rayona gedənlərin DİQQƏTİNƏ
XƏBƏR LENTİ
-
Millimiz Qazaxıstanı məğlub etdi
-
Bu qan qrupundan olan insanlara pis xəbər
-
Paşinyan ilk dəfə Azərbaycanı Qurban bayramı münasibətilə təbrik etdi
-
“Sihirli Annem”in aktrisası xərçəng xəstəliyindən əziyyət çəkir - FOTO
-
Fransalı nazirdən qeyri-etik hərəkət – VİDEO
-
Bu qablar xərçəng yaradır - XƏBƏRDARLIQ
-
Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata
-
Qurban bayramında rayonlara turist axını - Kirayə evlərin qiyməti artıb?
-
"Bakı axşamı dostlar əhatəsində" konserti keçiriləcək
-
Abituriyentlərə keçid balları ilə bağlı şad xəbər
-
Sürücülərin nəzərinə!
-
“Balacalar üçün Sirk” adlı teatr tamaşası bütün ailəni sevindirəcək
-
Tom Kruzdan yeni rekord: Yanan paraşütlə Ginnesə düşdü!
-
Toyda döyülmüşdü - 9 gün sonra öldü - VİDEO
-
Bu ixtisaslara qəbul olmaq asandır - SİYAHI
-
Tovuzda ruhi-əsəb xəstəsi anasını öldürdü, bacısını yaraladı - Daha sonra evlərini yandırdı
-
QMİ sədri: “Azərbaycanda məzhəblərarası qarşıdurma yoxdur”
-
Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - VİDEO - FOTO
-
Boksçumuz Qazaxıstanda bürünc medal qazanıb
-
Aerodromlar, neft bazası və digər obyektlər: Rusiyaya endirilmiş zərbənin miqyası açıqlandı
-
“Gənclərə dəstək” layihəsi çərçivəsində “Yürekten Ürəyə” adlı konserti baş tutdu - FOTO
-
İlon Mask ABŞ-da yeni siyasi partiya ideyasını gündəmə gətirdi
-
3 avtomobil toqquşub, sərnişin sıxılı vəziyyətdə qalıb - FHN - VİDEO
-
Həmin qəzada şəhid qardaşı da həyatını itirib - FOTO