Hazırda yüzlərlə kimsəsiz uşaq uşaq evlərində böyüyür. Məlumdur ki, uşaq evlərindəki körpələr nə qədər qayğı ilə böyüdülsələr də, isti bir ocağı, bütöv bir ailənin göstərdiyi nəvazişi, verdiyi tərbiyəni əvəz edə bilməz. Onların "ata", "ana" demək, yaxud "oğlum", "qızım" kəlməsini eşitmək istəkləri bütün arzulardan güclüdür.
Bununla yanaşı, övlad həsrəti ilə yaşayan kifayət qədər ailələr də mövcuddur. Belə ailələrin yetim uşağı öz himayələrinə qəbul etmək istəməsi, ona doğmalığı, istiliyi bəxş etməsi təqdirəlayiq bir haldır. Amma övladlığa uşaq götürmək heç də asan proses deyil. Olduqca uzun və məsuliyyətli bir prosesdən sonra ailələr uşağı himayəyə ala bilirlər. Bəzən isə əlverişsiz şərtlər buna əngəl olur.
Vəkil Anar Zeynalovun sözlərinə görə, hər hansı bir körpəni övladlığa götürmə halı Ailə Məcəlləsinə və Nazirlər Kabinetinin qərarına uyğun olaraq həyata keçirilir. Körpə dünyaya gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanında qeydə alınır və yalnız bundan sonra övladlığa verilə, yaxud götürülə bilər. Bəzi hallar istisna olmaqla qardaş və bacı olan uşaqların ayrı-ayrı ailələrə övladlığa verilməsi isə mümkün deyil: "Övladlığa uşaq götürmək istəyən ailə əvvəlcə ərizə ilə məhkəməyə müraciət edir. Bu proses məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmədə övladlığa götürmə barədə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş xüsusi icraat qaydasında baxılır. Hər hansı şərtlər altında, yaxud nümayəndələr vasitəsi ilə uşağın övladlığa götürülməsi isə yolverilməzdir".
Uşağı iki ayrı şəxs övladlığa götürə bilməz. Övladlığa götürən insanlar mütləq evli olmalıdır. Əgər Azərbaycandan kənarda yaşayan insan, hər hansı bir Azərbaycan vətəndaşı olan uşağı götürmək istəyirsə, bunun üçün ümumi uçota götürüldüyü gündən 6 ay sonra körpəni ala bilər.
A.Zeynalov bildirir ki, hər insan istədiyi zaman uşaq götürüb saxlamaq hüququna malik deyil. Övladlığa uşaq götürmək üçün götürən şəxslərin yetkinlik yaşına çatması mütləqdir. Məhkəmə tərəfindən valideynlik hüququndan məhrum edilmiş, yaxud valideyn hüquqları məhdudlaşdırılmış şəxslər övladlığa uşaq götürə bilməz: "Əvvəla, uşağı götürmək üçün ailənin fəaliyyət qabiliyyəti olmalıdır ki, uşağı saxlama imkanı olsun. Qanunla üzərinə qoyulan vəzifəsi yerinə yetirmədiyinə görə qəyyum və himayəçilikdən uzaqlaşdırılan şəxslərə təbii ki, uşaq verilməyəcək. Övladlığa götürəcək insanlar sağlam olmalı, ən azından uşağa baxa bilmə imkanında olmalıdırlar. Aralarında qanuni nikah uşaq götürmək üçün vacibdir. Əgər nikah yoxdursa və yenə uşaq götürmək istəyirlərsə, o zaman uşağın yaşı 16-dan yuxarı olmalıdır. Məhkəmə tərəfindən üzrlü səbəb ola bilərsə, uşağın yaş həddi azaldıla bilər. Uşaq dünyaya gətirmə imkanı olmayan, ana olmaq şansı olmayan qadınlar da bunu təsdiq edən sənəd vasitəsi ilə övlad götürə bilərlər".
Yetim olmayan, valideynləri olan uşaqları övladlığa götürmək üçün isə uşağın öz valideynlərinin razılığı alınmalıdır. Məhkəmə qətnaməsi qəbul edilən zamana qədər isə valideynlər öz uşaqlarını övladlığa verməkdən imtina edə bilərlər. Razılıq məhkəmə zamanı şifahi olaraq da verilə bilər.
Vəkil qeyd edir ki, bir sıra hallarda uşağın valideyninin icazəsi alınmır. Əgər valideyn öz valideynlik hüququnu itiribsə və artıq üstündən 1 il keçibsə, yaxud fəaliyyət qabiliyyətini itiribsə, bu zaman onların razılığı tələb olunmur. Valideyn 6 aydır övladı ilə birlikdə yaşamırsa və onun tərbiyəsindən imtina edirsə, övladlığa götürmə onların razılığı olmadan da həyata keçirilə bilər.
Uşaq ailəyə himayəyə verildiyi kimi geri alına da bilər. Bu o hallarda baş verir ki, övlad götürən valideyn öz vəzifələrini yerinə yetirmir və valideyn öz hüququndan sui-istifadə edir. Ailə uşağa qarşı qəddar münasibət göstərdikdə, onu incitdikdə, istismar etdikdə uşağın geri alınması mümkündür.
Uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri (valideynlər sağdırsa, valideynlik hüquqlarından məhrum olunmamışdırsa, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə yol verilir.
Psixoloq Emil Behrudi uşaqların övladlığa götürülməsinin kiçik yaşlarından həyata keçirilməsinin uşaq üçün daha yaxşı olacağını güman edir. Uşaqların yaşı nə qədər az olarsa onların ailəyə adaptasiyası bir o qədər rahat olacaq və nəticədə uşaq özünü evindəki kimi hiss edəcək: "3-4 yaşına qədər olan uşaqları övladlığa götürmək ailə üçün də, uşaq üçün də rahat olur. Uşaq ailəni doğma ailəsi bilir və nəticədə ailədə heç bir problem yaranmır. Lakin yaşı çox olan və nəyin nə olduğunu dərk edən uşaqlar ailəyə öyrənənə kimi problem yaşayır, özünü narahat hiss edir və bu mərhələ onun həyatında iz buraxır. Amma yaşından asılı olmayaraq, uşaqlara qayğı göstərmək və onlara mehriban davranmaq hər bir ailənin, insanın borcudur".
Ekspress.az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Övladlığa uşaq götürmək istəyənlərin nəzərinə: asan deyil
22 Fevral 2013 15:02
2 Şərh
Baxış: 1 139

DİGƏR XƏBƏRLƏR
-
Sosial şəbəkələrdə vaxt keçirmək buna görə insanı yorur - Nevroloq açıqladı
-
Bu il yeni doğulan uşaqlara daha çox hansı adlar verilib?
-
Banklar keşbek faizlərini niyə azaldır? - AÇIQLAMA
-
Adı gələndə taksi sürücülərinin sifarişi ləğv etdiyi yol - 3 aydır ki...
-
Günün qoroskopu: Düşünülmüş impulslar uğur gətirəcək
-
"Xəzər" TV Trend İnformasiya Agentliyinin yaranmasının 30 illiyi münasibətilə reportaj hazırlayıb - VİDEO
XƏBƏR LENTİ
-
"Bu, məhəbbəti yox edir, boşanmalara səbəb olur"
-
“Formula 1”in Azərbaycanda turizmə təsiri: Hansı sahələrdə yeni imkanlar yaranır?
-
"Formula-1"ə hazırlıq başlayıb, bəzi küçələrdə hərəkət qismən məhdudlaşdırılacaq
-
Avropada ən populyar 10 maşın modeli
-
“Xosrov” həbs edildi
-
Rusiyada azərbaycanlı kişi dostununu arvadına görə cərimələndi
-
Valeri Meladzenin qızı bu səbəblə axtarışa verilib - FOTO
-
'WhatsApp"da kritik boşluq: Telefonunuz izlənə bilər
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Çinə səfərindən görüntülər paylaşılıb - VİDEO
-
Sosial şəbəkələrdə vaxt keçirmək buna görə insanı yorur - Nevroloq açıqladı
-
Ruben Vardanyanın məhkəməsi davam etdirilib - FOTO
-
Bu il yeni doğulan uşaqlara daha çox hansı adlar verilib?
-
"Qarabağ"ın "Çelsi" ilə oyunu bu stadionda keçirilə bilər
-
Mətanət İsgəndərli plastik əməliyyatdan sonra tanınmaz hala düdşü - FOTO
-
Ərdoğan ABŞ-nin qərarını tənqid edib
-
Evdə hazırlanan kolbasalarda bu infeksiya ola bilər - Açıqlama
-
Qarabağda döyüşən livanlı muzdlunun həbsxanada aclıq aksiyası keçirməsi yalandır
-
"Putin və Zelenski hələ görüşə hazır deyillər"
-
Rusiyada sim-kartların başqasına verilməsinə qadağa qoyuldu
-
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
-
Ərdoğan əlini buraxmadı, Pezeşkian isə farsca... - Video
-
Qayınanasının ona yazdığı mesajları paylaşdı - FOTO
-
Sabunçuda uşağa işgəncə verən qəyyum saxlanıldı
-
Belə yeməklərdən 4 saat sonra damarlar tıxanır - Diqqət!