Cəmiyyət

Qaradağda əcnəbi şirkətdə yanğın baş verdi

19 İyul 2010 15:01
Baxış: 253
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Milli.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın hadisəsi iyulun 18-də saat 19:35 radələrində Dərin Özüllər Zavodunun ərazisində yerləşən "Bosh Şhelf" firmasına məxsus anbarda meydana gəlib.

Nəticədə 500 kvm. sahədə anbarın yanar konstruksiyaları və oradakı geyim əşyaları yanıb.
Faktla bağlı araşdırma aparılır.

Müəssisədəki mənbə Trend-ə məlumat verib ki, anbarda baş vermiş yanğın gecə saat 02:00-da söndürülüb, bazar ertəsi səhər saat 06:00-da isə yanğın tamamilə aradan qaldırılıb. Yanğından zərər çəkən olmayıb.

İlkin versiyaya görə, yanğın texniki səbəblərdən baş verib, çünki həmin anda obyektdə adam olmayıb.

"Yanğın "Bos Shelf"in reallaşdırdığı neft-qaz tikinti layihələrinin həyata keçirilməsinə təsir etməyib", - mənbə bildirib.

Hazırda yanğının baş verdiyi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun tikinti meydanında hadisənin səbəblərini aydınlaşdırmaq üçün "Bos Shelf" şirkətinin komissiyası işləyir. Eləcə də müəssisənin tikinti sahələrindəki yanğın əleyhinə avadanlıqlar yoxlanılacaq.

"Bos Shelf" "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində BP şirkətinin dayaq bloklarının tikintisi üzrə podratçısıdır. Şirkət layihə çərçivəsində altı dayaq bloku tikib. İndi "Bos Shelf" daha bir blokun tikintisinə hazırlaşır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.