Azərbaycanda fəaliyyət göstərən ali və elmi təhsil müəssisələrinin hansılarında doktoranturaya qəbulun mümkün olub-olmaması Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təhsil Nazirliyinin rəyləri, Nazirlər Kabinetinin qərarı əsasında müəyyənləşəcək.
Bu barədə APA-ya AMEA-nın Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlu Nazirlər Kabinetinin bu günlərdə təsdiqlədiyi "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları" haqqında məlumat verərkən deyib. Onun sözlərinə görə, doktoranturaların yaradılması haqqında vəsatət ali təhsil müəssisələrinin və elmi təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən Nazirlər Kabinetinə təqdim edilməlidir.
S. Abbasoğlu deyib ki, doktoranturada təhsil müvafiq proqramlar əsasında həyata keçiriləcək. Doktoranturada istehsalatdan ayrılmaqla əyani və istehsalatdan ayrılmamaqla qiyabi formada təhsil almaq nəzərdə tutulur. Doktoranturalara təhsili həyata keçirən ali təhsil müəssisələri, elmi təşkilatlar yüksək səviyyəli elmi və elmi pedaqoji kadr hazırlığını dissertantura yolu ilə də həyata keçirə biləcək: "Dissertantlıq yolu əvvəl var idi, yenə də saxlanılıb. Bundan sonra doktorantura ilə yanaşı, dissertantlıq yolu ilə kadr hazırlığını aparmaq mümkün olacaq".
Elmi katibin bildirdiyinə görə, fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3, qiyabi təhsilin müddəti 4 , dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4, qiyabi 5, dissertantlıq yolu ilə 3 ildir. Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsilin müddəti qanunvericiliyə uyğun olaraq, uzadıla da bilər.
Daha bir yenilik haqqında məlumat verən S. Abbasoğlu qeyd edib ki, doktoranturada dissertantlıq yolu ilə təhsilini başa çatdıran məzunlara təhsil aldıqları müəssisənin müvafiq arayışı və yaxud imtahanların verilməsi haqqında vəsiqəsi veriləcək: "Əgər kimsə doktoranturanı bitirib müdafiə etməyibsə də, ona bu təhsilin mərhələsini keçməsi haqqında bir arayış veriləcək. Bu arayış müsabiqə əsasında işə götürülməyə, kadr seçimində həmin şəxsə üstünlük verməyə imkan yaradacaq".
AMEA nümayəndəsi əlavə edib ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan, yaxud ali təhsilin ya magistratura səviyyəsini bitirən, ya da təhsili ona bərabər tutulan (əvvəllər 5 illik təhsil alanlar), tibbi təhsildə həkim və tibbi mütəxəssislər müraciət edə bilərlər. Doktoranturaya Azərbaycan vətəndaşları müsabiqə əsasında qəbul olunacaq. Doktoranturanın tam kursunu bitirən şəxs təkrar eyni ixtisas üzrə başqa doktoranturaya qəbul oluna bilməz.
S. Abbasoğlu qeyd edib ki, doktoranturaya sənəd qəbulunun payızda aparılması nəzərdə tutulur.
/APA/
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Doktoranturaya qəbul qaydaları açıqlandı
7 İyul 2010 19:25
Baxış: 3 151

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Sakitlik və struktur vacib olacaq
-
Qətlə yetirilən 32 yaşlı Əfsanənin FOTOsu
-
Kredit kartları ilə bağlı sərt QAYDALAR - yeni limit qoyuldu
-
Vətən müharibəsi iştirakçısı qəfil ÖLDÜ - FOTO
-
Xəstəxanadakı bu görüntülər MÜZAKİRƏLƏR YARATDI: xəstə yaxınları həkimlərə etiraz etdi
-
Kamaləddin Qafarov: “Böyük Qayıdış dövlətimizin prioritet proqramıdır”
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Sakitlik və struktur vacib olacaq
-
Afaqın qardaşının toyu oldu - məşhurlar axın etdi - VİDEO
-
Qətlə yetirilən 32 yaşlı Əfsanənin FOTOsu
-
Türkiyədə zəlzələ oldu
-
“Supertoys”dan yanğınla bağlı açıqlama
-
Azərbaycan güləşçiləri komanda hesabında dünya üçüncüsü olub - U20 dünya çempionatı
-
İki ölkə Ukraynaya "Patriot" sistemləri alacaq
-
“Sədərək”də yanğın davam edir - VİDEO
-
Zelenskidən ABŞ-nin Rusiyaya zərbəyə icazə verməməsinə reaksiya
-
Bu kənd məktəbinin bütün məzunları tələbə oldular
-
“Sədərək”də yanan mağaza ilə bağlı şok faktlar
-
DİM ali məktəblərə qəbul nəticələri ilə bağlı suallara aydınlıq gətirdi
-
Premyer Liqa: “Turan Tovuz” “Araz-Naxçıvan”a uduzdu
-
Zelenski Trampın nümayəndəsini ordenlə təltif etdi - VİDEO
-
“Barselona” XXI əsrdə klub rekorduna imza atdı
-
Ər-arvad lotereyada 1 milyard uddular - Pulu görün hara xərclədilər
-
Qızını tənqid edən izləyicini paylaşıb bunları yazdı
-
Yola günəbaxan tumları yığdı, məsuliyyətə cəlb edildi - VİDEO - FOTO
-
“İngilis pasportum olsa da, mən azərbaycanlıyam” - VİDEO
-
İtaliyada baş məşqçi öz futbolçusuna qırmızı vərəqə verilməsini tələb etdi - VİDEO
-
Pirə ziyarətə gedən iki qardaş və əmiləri faciəvi şəkildə öldü - YENİLƏNİB
-
"Sədərək"dəki yanğın bu səbəbdən olub - xəsarət alanların sayı 12 nəfərə çatdı - Yenilənib - FOTO
-
Türkiyəli aktyor 3 milyona EV ALDI - FOTO
-
Donnarummanın yeni klubu bəlli oldu