Milli.Az "İslam.az"a istinadən musiqinin təsirlərini təqdim edir.
1. Sinir sisteminin zəifləməsi
Simpatik və parasimpatik sinir sistemi arasında müvazinətin pozulması nəticəsində bədəndə yaranan müvazinətsizlik, sinir sisteminin zəifləməsinə gətirib çıxarır. Bu səbəbdən, musiqiçilərin (musiqi bilicilərinin) 80%-i sinir sistemi zəifliyinə düçardırlar.
Kolumbiya universitetinin professoru doktor Velf Adler sübut etmişdir ki, ən gözəl və ən ürəkaçıcı musiqi sədaları, insanın sinir sistemi üzərinə ən acı təsirləri bağışlayır. Xüsusilə hava isti olarsa, bu mənfi təsir daha da çoxalır. Ərəbistan və İranın bəzi şəhərləri kimi isti yerlərdə son dərəcə mənfi təsirə malikdir.
Doktor Adler musiqinin zərərləri haqda geniş bir yazı nəşr etmiş və Amerikada minlərlə insan onun ardıcılı olaraq, musiqini özünə haram etmişdir. Bunlar, mütərəqqi dünyanın bədbəxtçiliklərindən biri sayılan sinir sistemi zəifliyinin qarşısını almaq və cəmiyyətin qurtuluşu üçün, geniş bir layihə hazırlayaq Amerika senatoruna təqdim etmiş və bütün növ ümumi konsertlərin qadağan edilməsini istəmişlər.
Doktor Arnold Freydmani Nyuyork xəstəxanasının həkimi və başağrısı klinikasının baş həkimi, beyin dalğalarını təyinləşdirən elektron cihazların və minlərlə xəstə müraciətindən əldə etmiş təcrübəsinin köməyi ilə, sübuta yetirmişdir ki, psixoloji, zehni yorğunluqların və əsəbi başağrılarının əsas faktorlarından biri də, radio ilə yayımlanan musiqini dinləməkdir, xüsusilə də, diqqətlə dinləyənlər üçün.
Doktor Aleksis Karlın sözü
"Ümumiyyətlə, musiqi və konsertə qulaq asmaq, əsəb sistemində bir növ narahatçılıq yaradır. Bu təsir bəzən o qədər kəskindir ki, dinləyicini heyrətlənmiş bir şəxsə çevirir və ondan alınan fövqəladə təsir həmin əsəb korlayıcı amilin nəticəsidir. Aydındır ki, bu cür korlayıcılar xeyli ziyanlara malikdir və gücləndiyi təqdirdə hətta şüur və dərrakəni də, ifrat musiqi sədalarının cazibəsinin köləsi edə bilər. Bu zaman şəxs yaxşı və pisi bir-birindən ayırd edə bilməyəcək və yaramaz işləri həyata keçirməkdən çəkinməyəcək və o halda onun acı sonunu düşünməyəcəkdir".
2. Dəlilik
Musiqinin xarici təhriklərinin sinir sistemi üzərində yaratdığı yüksək təzyiq nəticəsində, insan şüur və düşüncə qüvvəsini əldən verir. Çünki insanın düşüncə qüvvəsi musiqi təhrikediciləri arasında əsirə çevrilir və tədricən ruhi və şüuri iğtişaşlara səbəb olur. Sonda isə musiqi insanın ağlını sıradan çıxararaq, belə şəxslərdə dəlilik əlamətlərini üzə çıxarır.
İndi isə belə ruhi çatışmazlıqların bir neçə nümunəsinə diqqət yetirin.
1 - Velik Stunez musiqi qrupunun təm-təraqlı konserti əsnasında, bir kişi həyəcanın şiddətindən soyunaraq dəlicəsinə vokala tərəf yola düşdüyü zaman polis tərəfindən yaxalandı.
2 - Bir milyon əlli min nəfər bir konserti dinlədikdən sonra, musiqinin onlarda yaratdığı həyəcan nəticəsində qəflətən bir-birlərinin üzərinə tökülərək səbəbsiz bir-birlərini yaralamağa, zədələməyə başladılar. Hadisə yerinə polis yetişənədək bir neçə nəfər bıçaqlanma nəticəsində həyatını dəyişdi, neçə qıza təcavüz edildi və xeyli sayda insan yaralandı.
3- Letil Rak ştatında bir cavan piyano öyrənirdi. Musiqi nəğmələri o cavanın ruhunda necə həyacan icad edirsə, heç bir səbəb olmadan öz yerindən qalxaraq on doqquz bıçaq zərbəsi ilə öz müəllimini öldürür.
4 - Musiqi dinləmək üçün Parisin meydanlarının birində toplaşmış cəmiyyət konsertdən sonra, necə həyəcana gəlmişdilərsə, vitrinləri sındıraraq mağazaları darmadağın etdilər və bir qrup yaralandı.
5 - Bethoven adlı məşhur musiqiçi 30 yaşında eşitmə qabiliyyətini bütünlüklə itirərək və sonda əsəb zəifliyindən dəli oldu.
3. Qan təzyiqi
Qan təzyiqini yaradan ən əsas amillərdən biri də, əsəb qıcıqlandırmaları və döyüntüləridir. Müasir dünyada çox yayılmış qan təzyiqinin səbəbləri haqda araşdırma aparan avropalı bir həkim, qan təzyiqi ölçən cihazı əlində açıb-bağlayır və eyni halda radionun düyməsini açıq saxlayırdı. O, müxtəlif musiqi proqramlarını dinlədikdən sonra, aşağıdakı nəticələri əldə edir:
A) Musiqi xoşagəlməz olduqda, qan təzyiqi artır və ruhun süstlüyü və narahatlığı ilə sonlanan sədaları eşitdikdə, qan təzyiqi həkimi vəhşiləşdirəcək həddə gətirib çıxarırdı.
B) Bir sıra musiqilər aramlaşdırıcı təsirə malik idilər və davam etdiyi müddətdə təzyiqi normal həddən aşağıya endirirdi (bu da təhlükəlidir).
4. Görmə qabiliyyətinin zəifləməsi
Qeyd etdik ki, simpatik və parasimpatik sinir sisteminin vəzifələrindən biri də, bəbəyi enəltmək və daraltmaqdır. Hansı ki, bu vəzifənin icrasındakı bacarıqsızlıq görmə qabiliyyətinin zəiflənməsində təsirə malikdir.
Haram musiqiləri dinləmək nəticəsində bu xəstəliklərə düçar olmuş şəxslər heç də az deyil, amma yoluxduqları bir sıra xəstəliklərin musiqiyə qulaq asmaq nəticəsində olduğuna diqqət yetirmirlər. Biz yalnız bu xəstəliklərə düçar olmuşlardan bir neçə nümunəyə işarə etməklə kifayətlənirik.
Alman musiqiçisi Fredrik Hendel, italyan müğənnisi Mariya Alna, fransız müğənnisi Muris Ravel hər üçü görmə qabiliyyətini əldən verdilər.
İsveçrəli musiqiçi Bax duyğu pozuntusuna düçar oldu, və gözləri tutuldu.
5. Mədə
Pop musiqisini dinləyən bir qrup gənc üzərində aparılan araşdırmalarda, bu nəticəyə gəlindi ki, mədə şirəsinin və kolidrikin ifrazı pop musiqini dinləyərdə, digərlərindən daha çox azalmışdır.
6. Ömrün qısalması
Musiqiçilərin, bəstəkarların və müğənnilərin çoxu təbii ömürlərinin yarısına da çatmamışlar. Musiqiçilərin ömürləri haqda aşağıda müşahidə etdiyiniz statistika, bu reallığı sübuta yetirir.
1. Məşhur musiqi ustadı Malbranı, 27 yaşında mahnı oxuyarkən infarkt vurmuşdur.
2. İtaliyalı mügənni Porqluzi, 26 yaşında
3. İtalyan müğənnisi Belini, 34 yaşında
4. Fransız müğənnisi Muris Jurber, 40 yaşında
5. Fransız müğənnisi Şusun, 30 yaşında
6. Fransız müğənnisi Nikladveqrini, 32 yaşında
7. Fransız müğənnisi Jar Bije, 37 yaşında
8. Alman müğənnisi Mendeles, 38 yaşında
9. Alman müğənnisi Hüqo Velf, 43 yaşında
10. Alman müğənnisi Maks Reger, 43 yaşında
11. İçveçrəli müğənni Muzart, 35 yaşında
12. İsveçrə müğənnisi Şubert, 31 yaşında
13. İsveçrə müğənnisi Laner, 42 yaşında
14. İran müğənnisi Həbib Səmai, 45 yaşında
Qeyd edək ki, bu statistika yalnız bu şəxslərdə məhdudlaşmır, bu sadəcə xeyli sayda olan fərdlərin kiçik bir hissəsidir.
Bu göstərici bir və ya iki nəfər olsaydı, "müstəsna hal təşkil edir" deyə bilərdik. Ancaq mülahizə etdiyiniz kimi, statistik göztərici bir çox musiqiçilərin ömürlərinin az olmasını göztərir.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Musiqinin insana hansı zərərləri var? - SİYAHI
25 Dekabr 2012 17:19
0 Şərh
Baxış: 5 348

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Enerji yüksəkdir
-
25 min manatlıq ziyan dəydi, günahkar kimdir?
-
Həmin "ÇEK"lər yenidən satılır - FOTOlar
-
"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...
-
BİABIRÇILIQ: canlı efirdə uşağın atası olmadığını öyrəndi - VİDEO
-
Qəbul imtahanlarına girəcək abituriyentlərin DİQQƏTİNƏ
XƏBƏR LENTİ
-
Elektromobillər bahalaşa bilər - VİDEO
-
Bu məşhur filmlər qadağan edilə bilər: "Harri Potter" də daxildir
-
Vasif Məhərrəmli: “Artıq heç kimin haqqında danışmayacağam”
-
Bir nəfərin aylıq xərci nə qədərdir? - VİDEO
-
13 yaşlı yeniyetmənin təsadüfi kəşfi gündəm oldu
-
Barmaq uclarındakı bu dəyişiklik ciddi xəstəliyin əlaməti ola bilər
-
Bu əl hərəkətini edə bilmirsinizsə, diqqətli olun – Beyin şişinin gizli əlaməti
-
Hamiləliyi dərmanla sonlandırmağın faciəvi fəsadları
-
Bu üsulla dərhal yuxuya gedəcəksiniz - Yuxu probleminə SON
-
Süni intellektin əvəz edə bilməyəcəyi 3 peşə - Gələcəyin sahələri
-
Xanımların DİQQƏTİNƏ: Keçən ilin günəş kremi bu gün sizi qorumaya bilər
-
Marsla bağlı daha bir fakt bilindi
-
İstanbulda zəlzələ oldu
-
Bakı-Quba yolunda ağır qəzada yaralananların kimlikləri açıqlanıb - FOTO
-
Trampın sevimli yeməyi bu imiş - FOTO
-
Bakıda daha bir söküntü - Sakinlər kompensasiyadan NARAZIDIR - VİDEO
-
Gəncədə ağır qəza - 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb - FOTO
-
Günün qoroskopu: Enerji yüksəkdir
-
Şəbnəmin atası ilə bağlı üzücü xəbər - VİDEO - FOTO
-
Bakıda məşhur restoranda yanğın - VİDEO
-
"20 min manata ikinci əl yox, yeni Çin avtomobili alınır"
-
Nuranəni öldürdükdən 1 gün sonra Kürə atıb - Yeni detallar - yenilənib - VİDEO
-
25 min manatlıq ziyan dəydi, günahkar kimdir?
-
Etibarnamə ilə maşın alanlar mütləq izləsin - VİDEO