Möcüzəli dünyası olan uşaqlar nağıllara böyük maraq göstərirlər. Psixoloqların bildirdiyinə görə, uşaqlar artıq iki yaşından başlayaraq nağılları dərk edirlər. Qayğıkeş ailədə böyüyən uşaqlara adətən həyatının ilk aylarından nağıl danışırlar. Bunun da nəticəsində uşaqlar tədricən nağıllara öyrəşirlər. Nağıllar sayəsində uşaqların həyat, insanlar arasında olan münasibət haqqında ilkin təsəvvürləri formalaşır. Nağıl oyunlar qədər uşaqların normal böyüməsi və tərbiyəsi üçün vacibdir.
Psixoloq Leyla Kazımovanın sözləriə görə, nağıl uşağa gerçəkliyi anlamağa kömək edir. Həyatı, birdən-birə olduğu kimi uşaqlara göstərmək çətindir. Həm də bunun nəticəsində uşaq psixiki zədə ala bilər. Nağıllar isə onun dünyasını təkrarladığı üçün uşaq tərəfindən daha asan qavranılır: "İstənilən nağılda insanların bir-birinə və ətrafa olan münasibəti, davranışı verilir. Nağılların dili sadədir. Onu başa düşmək üçün uşaq özünü yormur. O, əylənərək eyni zamanda yeni şeylər öyrənir. Uşaq qadağaları, məsləhətləri sevmir, nağıl isə onu maraqlandıraraq düzgün düşünməyə kömək edir. Nağıllarda uşaqların diqqətini çəkən obrazlar yaradılır. Vacib informasiya isə öz-özünə mənimsənilir. Bununla yanaşı nağıllar uşaqların təxəyyülünü inkişaf etdirir. Uşaqlar bəzən özünü nağıldakı qəhrəmanın yerində hiss edir, bəzən isə özü yeni bir nağıl fikirləşir oradakı obrazları hərəkətə gətirir. O, müxtəlif hadisələr zamanı öz davranışını da fikirləşməyə başlayır".
Nağıllar vasitəsilə uşağa nəyin pis, nəyin yaxşı olduğunu izah etmək daha asandır. Uşaqda zövqün formalaşması üçün müxtəlif nağılların deyilməsi vacibdir. Psixoloq nəzərə çatdırıb ki, bu gün daha çox uşaqların intellektual səviyyəsinin yüksəldilməsinə diqqət ayrılır. Uşaqlar kiçik yaşlarından dərslər, intellektual çalışmalarla yüklənir. Amma çox kiçik yaşlarında uşaqları yükləmək olmaz. Onlar dərs oxumağa hələ hazır olmurlar. Belə ki, onların normal inkişafı üçün oynamaq, nağıllara qulaq asması vacib amildir. Balacalar mütləq bu mərhələni keçib tədricən böyüməlidirlər.
Nağıl uşağın yaşına və psixoloji inkişafına uyğun seçilməlidir. Artıq iki yaşında uşaq nağılda baş verən sadə hadisələri və obrazları yadında saxlaya bilir. Bu yaşda uşaqlar, xüsusilə də heyvanlarla bağlı nağılları dinləməyi sevir. Onlar həvəslə nağıldakı obrazların hərəkətlərini və sözlərini təkrarlayırlar. Nağıllarda təkrarlanan hadisələr daha yaxşı yadda qaldığından uşaqlar nağılların bu hissələrini xoşlayırlar. Nağıl kitablarının maraqlı və rəngli şəkillərlə tərtib olunması da nağılları daha yaddaqalan edir. Psixoloq məsləhət görür ki, valideynlər özləri nağıl danışarkən şəkil əvəzinə oyuncaqlardan istifadə edə bilərlər. Nağıl obrazı kimi oyuncaqların iştirakı uşaqların çox xoşuna gəlir.
İki və beş yaş arasında olan uşaqların təxəyyülü daha da inkişaf etdiyindən sehirli, macəralı nağıllara qulaq asa bilirlər. Lakin bu dövrdə uşaqda sehirli nağıllardakı mənfi obrazlara qarşı qorxu hissi yarana bilər. Həmsöhbətimizin dediyinə görə, valideynlər nağıl danışarkən uşaqların sevdiyi və sevmədiyi obrazlara fikir verməlidir. "Əgər uşaq hansısa bir obrazdan qorxursa, ona başqa nağıl danışmaq lazımdır. Uşaq nağıldakı hadisələri başa düşməyəndə isə ona hadisələri izah etməyə çalışılmalıdır", - deyən müsahibimiz əlavə edib ki, bəzi valideynlər uşaqlara nağıl danışmır və bunu mənasız bir məşğuliyyət hesab edir: "Bununla da onlar uşağın normal inkişafının qarşısını alırlar. Nəticədə uşaq daha çox böyüklərin baxdığı seriallara, filmlərə maraq göstərir ki, bu da onların gerçəkliyi vaxtından əvvəl yanlış anlamasına, düzgün nəticə çıxarmamasına səbəb olur".
Beş və yeddi yaş arasında olan uşaqlara isə istənilən nağılları danışmaq olar. Beş yaşından başlayaraq, uşaq artıq eşitdiyi nağılları danışmağa başlayır. Psixoloq bildirib ki, əgər uşaq bu dövrdə nağılları yadda saxlayıb danışa bilmirsə, ona nisbətən sadə nağılları danışmağa başlayın: "Əgər uşaq buna baxmayaraq, sözləri deməyə çətinik çəkirsə, demək onun psixoloji inkişafında problemlər var. Bu halda mütəxəssisə müraciət etmək lazımdır".
Onun dediyinə görə, uşaq özü oxumağı öyrənsə belə, ona nağıl danışmaq lazımdır: "Əgər uşaq bunu istəyirsə, onu nağıllardan birdən-birə ayırmayın. Nağılların birgə oxunması həm uşaqlar, həm də böyüklər üçün faydalıdır. Nağıllar böyüklər və balacalar arasında münasibətin düzəlməsinə, bir-birini daha yaxşı başa düşməsinə kömək edəcək".
Ekspress.az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ana mənə nağıl danış, yuxum gəlmir...
22 Dekabr 2012 12:20
0 Şərh
Baxış: 10 431

DİGƏR XƏBƏRLƏR
-
Din xadimləri yaslarda "ehsan"ın qalmasında niyə maraqlıdır və dövlət müdaxilə etməlidirmi?
-
Kondisioner alarkən bu nüanslara diqqət edin
-
Milli Məclis sədrinin təşəbbüsü ilə Şəmkirdə növbəti pulsuz hüquqi yardım aksiyası keçirilib - FOTO
-
Aşura günü nə vaxtdır?
-
Məşhur kosmetoloq fəaliyyətini dayandırdı, mərkəzi satışa çıxarıldı - FOTO
-
Azərbaycanda radiasiya təhlükəsi var? – AÇIQLAMA
XƏBƏR LENTİ
-
İstanbul nəhənglərinin keçmiş ulduzu başını BAĞLADI - FOTO
-
İlham Əliyev: Son 20 il ərzində biz Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq
-
Trampdan İsrail və İrana MÜRACİƏT
-
Prezident: “8 Noyabr” Elektrik Stansiyası Mingəçevirin Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək
-
Cahan Namazova Londonda keçirilən Golden Time Talent Festival ilk mükafatına layiq görülüb – VİDEO - FOTO
-
Prezident: “8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək
-
Bəzi qəsəbələrdə qaz olmayacaq
-
Milli Məclisin deputatına ağır itki üz verdi
-
Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı mərasimi keçirilir
-
İranla İsrail arasında atəşkəs elan olundu
-
Türkiyədə zəlzələ baş verdi
-
Lirə və avro bahalaşdı, dollar isə bu qiymətə satılır - RƏSMİ
-
Skuterin vurduğu aktrisa: "Gəldi evimə, üzr istədi"
-
Din xadimləri yaslarda "ehsan"ın qalmasında niyə maraqlıdır və dövlət müdaxilə etməlidirmi?
-
Məhərrəm ayı qabağı qızıl bazarında vəziyyət necədir? - VİDEO
-
Yayda şans bu bürclərin üzünə güləcək
-
Moruqla arıqlaya bilərsiniz
-
Paltaryuyan maşından gələn qoxunun qarşısını necə almaq olar?
-
“Yalı Çapkını”nın ulduzu brendlə 86 min manatlıq müqavilə imzaladı
-
Kondisioner alarkən bu nüanslara diqqət edin
-
Yer kürəsinin nüvəsindəki gözlənilməz kəşf alimlərin kainat anlayışını dəyişdirdi
-
Həyat və ölüm arasında üçüncü mərhələ də var?
-
Tramp: İran gözlədiyimizdən zəif reaksiya verdi
-
Nişan mərasimində DAVA - 3 nəfər SAXLANILDI - VİDEO