Cəmiyyət

Azərbaycanda tibbi müayinə kartı necə sifariş oluna bilər?

10 Dekabr 2012 15:26
Baxış: 4 030
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Azərbaycanda vətəndaşlar tibbi müayinə kartını artıq onlayn sifariş edə bilərlər.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, vətəndaşlar tibbi müayinə kartını e-xidmət vasitəsilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə getmədən onlayn sifariş verə bilərlər. Bunun üçün vətəndaşlar http://e-sehiyye.gov.az/az/register/tmks ünvanına daxil olmalıdırlar.

Kartların üzərində və çiplərində vətəndaşa aid şəxsi məlumatlarla yanaşı, onun ilkin və dövri tibbi müayinədən keçməsi barədə məlumatlar yerləşdirilir.

Kartlarda yer alan müayinələr barədə məlumatlar müayinələrin keçirildiyi tibb müəssisələrində kompüterlərə qoşulmuş kart oxuyucu qurğular vasitəsilə oxuna və dəyişdirilə bilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.