Cəmiyyət

Azərbaycanda yaşı 100-dən çox olan məktəblərin siyahısı hazırlanır

28 Noyabr 2012 14:45
0 Şərh     Baxış: 673
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Bu barədə çərşənbə günü Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, siyahının hazırlanmasında məqsəd həmin məktəblərin tarixini öyrənmək və onların yubileyini qeyd etməkdir.

Ölkə üzrə belə məktəblərin siyahısına hələlik 60-dan çox məktəb daxil edilib.

Nazirlikdən deyilib ki, Şəkidə yaşı 100-dən çox olan məktəblər daha çoxdur. Şəki şəhər 5 saylı orta məktəb 1831-ci (Azərbaycanın dahi mütəfəkkiri Mirzə Fətəli Axundov həmin məktəbdə təhsil alıb), rayonun Qoxmuq kənd məktəbi 1839-cu, Baş Göynük kənd məktəbi 1884-cü, Şəki şəhər 1 saylı orta məktəb 1897-ci, Daşbulaq kənd ümumi orta məktəbi 1899-cu, Baş Küngüt kənd orta məktəbi 1900-cü ildən fəaliyyət göstərir.

Siyahıya 1888-ci ildə Lahıc xeyriyyəçiləri tərəfindən yaradılmış İsmayıllı rayonun Lahıc qəsəbəsi tam orta məktəbi, İsmayıllıda 1881-ci ildə yaradılmış İvanovka kənd məktəbi, 1887-ci ildə yaradılmış Basqal kənd məktəbi, 1881-ci ildə yaradılmış İsmayıllı şəhər 2 saylı orta məktəbi də daxil edilib.

Siyahıda eyni zamanda, Neftçala rayonun Xıllı qəsəbəsi tam orta məktəbi (1897-ci il), Saatlı rayonun Əlisultanlı kənd tam orta məktəb (1904-cü il), Cəlilabad rayon Alar kənd Heydər Əliyev adına 1 nömrəli orta məktəb (1928), rus tatar məktəbi kimi fəaliyyət başlamış Astara şəhər 1 saylı orta məktəb (1904-cü il), Astara rayon Pensər kənd 2 saylı orta məktəb, Şuşa şəhər 1 saylı məktəb (1830-cu il), Şuşa rayonu Malıbəyli kənd 1 saylı orta məktəb (1830-cu il), Bərdə rayonu Ləmbəran kənd tam orta məktəb (1883-cü il), Bərdə rayonu Alpoud kənd orta məktəb (1883-cü il), Bərdə şəhər 2 saylı tam orta məktəb (1883-cü il), Ağdaş şəhər 3 saylı məktəb (1882-ci il), Quba şəhər 4 saylı orta məktəb (1896-cı il), Quba rayonu Rustov kənd orta məktəbi (1904-cü il), Alpan kənd orta məktəbi (1910-cu il), Xaltan kənd orta məktəbi (1904-cü il) s. məktəblərin adları yer alıb.

Bu məktəblərin bəzilərinin binaları bərpa edilib və onlar yarandıqları ildən indiyədək bir binada fəaliyyət göstəriblər. Bəzi məktəblər üçün isə yeni binalar inşa edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.