Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ev heyvanları: onları necə qidalandıraq?
16 Noyabr 2012 12:42
20 Şərh
Baxış: 41 589
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İndi demək olar ki, əksər ailələr evində ev heyvanları saxlayır. Xüsusi qayğı və qulluğa ehtiyacı olan ev heyvanlarının düzgün qialanması isə onların həyatı üçün çox önəmlidir.
24 yaşlı Orxan Mustafayevin sözlərinə görə, saxladığı itə evdə bişirilən yeməklərdən və ya çiy ət verir: "Təbii qidalar hazırlara nisbətən daha çox vitaminlərlə zəngindir və belə qidaların heyvanlara xeyri də çoxdur. Lakin baytar mənə hazır qidalardan istifadə etməyi məsləhət görür ki, it xəstələnməsin, müxtəlif infeksiyalara tutulmasın. İki ildir it saxlayıram, amma indiyədək itin səhhəti ilə bağlı bir problemlə rastlaşmamışam. Ona görə də baytarın məsləhətinə baxmayaraq, hazır qidalara keçməkdə tərəddüd edirəm".
Paytaxtda fəaliyyət göstərən zoomağazalardan birinin satıcısı Səbinə Həsənovanın sözlərinə görə, bəzən ev heyvanlarına sahibləri evdə bişirilən qidalardan verirlər ki, bu da yolverilməzdir: "Çünki yağlı, duzlu qidaları heyvanlara vermək olmaz. Belə qidalar xüsusilə də yaşlı heyvanlar üçün təhlükəlidir. Heyvanlara onlar üçün nəzərdə tutulan qidalar vermək lazımdır. Heyvanlar üçün satılan hazır qidaların tərkibindəki mineral və vitaminlər onların gündəlik tələbatını tam ödəyir. Hazır qidalar xeyirli olmağı ilə yanaşı həm də doyumludur. Əgər adi ev yeməklərini yeyən it və pişik tez-tez acıyırsa, keyfiyyətli hazır qidalarla qidalananlar gündə iki dəfə aclıq hiss edir".
S.Həsənova bildirib ki, ev heyvanlarını yaşlarına görə fərqli yedizdirmək lazımdır. "Bala it və pişiklərə gün ərzində beş dəfə, bir yaşdan yuxarı isə iki dəfə yemək verilməlidir. Heyvanların qidalanması zamanı onu da bilmək vacibdir ki, ucuz və keyfiyyətsiz yemlər heyvanların böyrək və ciyərlərinə pis təsir edir", - deyən satıcı əlavə edib ki, bəzən heyvanlar yemlərdən zəhərlənə də bilərlər: "Ev heyvanı zəhərlənibsə, ona ev şəraitində hansısa dərmanları kor-koranə vermək olmaz. Dərmanlar mütləq baytarın məsləhəti ilə verilməlidir. Əks halda bu, pis nəticələnə bilər".
Baytar Nadir Babaxanov isə bildirib ki, hazır qidaları istifadə etmək çox rahatdır: "Ev heyvanlarına təbii qida vermək olar. Lakin yemin hazırlanması zamanı ehtiyatlı olmaq lazımdır. İt və pişiklər üçün yem mütləq təzə məhsullardan hazırlanmalıdır. Bu səbəbdən də hər gün bişirmək lazım olacaq. Həm də ola bilsin ki, verdiyiniz qidada heyvanlar üçün lazım olan vitaminlərin hamısı olmasın. Yaxşı olar ki, özünüz də yemə vitaminlər əlavə edəsiniz. Vitamin çatışmazlığı heyvanların görmə qabiliyyətində və s. orqanlarda problemlər yarada bilər".
Onun dediyinə görə, bəzi hallarda heyvanların böyrəklərində, mədədə, bağırsaqda problemlər özünü göstərir ki, bu zaman dietik yemlərdən istifadə etmək lazımdır. Dietik qidalara heyvanlar çox kökələn zaman da üstünlük verilməlidir. Belə ki, bəzən sahibi çox sevdiyindən heyvana çoxlu yemək verir ki, bu da heyvan üçün faydalı olmaq əvəzinə əks nəticə verir. Ev heyvanları üçün yaşına uyğun yem qabları və heyvana düzgün qida vermək qaydası olur ki, ona uyğun hərəkət etmək lazımdır. Xüsusilə heyvan quru yemlərlə qidalanırsa, su onun qida rasionunda vacib yer tutmalıdır. Ona görə də su qabını həmişə dolu saxlamaq lazımdır.
N.Babaxanov bildirib ki, daim təbii qida ilə qidalanan heyvanların hazır qidalara keçidi tədricən olmalıdır: "Heç olmasa, bir həftə heyvana təbii qida ilə yanaşı hazır qidanı az-az vermək lazımdır".
Baytarın sözlərinə görə, bəzən heyvanın iştahı itdiyi üçün onun qidasını dərhal dəyişdirmək fikrinə düşürlər. Bunu yanlış fikir sayan həmöhbətimiz bildirib ki, bunun əvəzinə heyvanı baytara aparmaq lazımdır: "Ola bilsin ki, səhhətində yaranan hansısa bir problemə görə heyvan yemək istəmir. Bu problemi aydınlaşdırmaq əvəzinə ona yeni yemlərin verilməsi onun orqanizminin stressə uğrayaraq daha da zəifləməsinə gətirib çıxarır".
Dediyinə görə, ev heyvanlarına onları bəsləyənlər çox sevdikləri, onlara daha çox qayğı göstərmək niyyətində olduqları üçün bəzən öz yedikləri, amma heyvanlar üçün çox təhlükəli olan yeməklər verirlər: "Xüsusilə də uşaqlar it və pişikləri sevdiyindən öz yediklərindən valideynləri qoymasalar belə gizlicə onlara da verirlər. Misal üçün saqqız, dietik tort və pirojnalar, şokolad və şokolad məhsulları, müxtəlif konfetlər ev heyvanları üçün təhlükəlidir. Şokolad və şokolad tərkibli məhsullar ev heyvanlarında aqressiya yaradır. Əsəb sisteminin pozulmasına, ürək fəaliyyətində problemlərin yaranmasına gətirib çıxarır".
Baytarın sözlərinə görə, şokolad itlərin xoşuna gəlsə də, əslində, bu, onlar üçün təhlükəlidir: "Şokolada aludə olan itlərdə qıcolmalar, qusma, susuzluq, aqressiya, sabit olmayan ürək döyüntüsü müşahidə olunur".
Bu baxımdan saqqızların da ev heyvanları üçün təhlükəli olduğunu deyən müsahibim qeyd edir ki, saqqızın tərkibindəki maddələr qanın tərkibindəki şəkəri azaldır: "Bu səbəbdən də itlər üçün təhlükəlidir. Saqqız həm də ev heyvanlarında iştahasızlıq, qusma, diareya, apatiya, qıcolmalar, sarılıq kimi səxtəliklər yaradır. Dietik tort və digər qənnadi məmulatlar da tərkibndəki maddələrə görə, heyvanlara mənfi təsir edir. Xüsusilə də çiy xəmirdən, mayadan ev heyvanlarını uzaq tutmaq lazımdır. Çiy xəmir qaz yaradır. Maya isə zəhərlənməyə səbəb olur. Bu baxımdan maya bütün heyvanlar üçün təhlükəlidir. İtlər bu məhsulu çox yedikləri üçün xüsusilə də onlara nəzarət etmək lazımdır. Belə ki, adi mayadan zəhərlənən itlər komaya düşə bilər".
"Ekspress" qəzeti

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əsl kərə yağı, yoxsa bitki yağı?
-
Qulaqdakı bu xətt infarkt riskini göstərir
-
Səhərlər etdiyimiz bu səhv sağlamlığa təsir edir
-
Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub - Polis insidentin qarşısını alıb - YENİLƏNİB VİDEO
-
Yayın vazkeçilməzidir, faydaları saymaqla bitmir
-
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
-
Şəhər həyatını tərk etdi - FOTO
-
Seçkilərin yekun nəticələri bu tarixdə açıqlanacaq
-
Tokayevin Paşinyana təbriki - Kremlə mesaj
-
Dünya çempionatının ilk matç tarixi qeyri-iş günü elan edildi
-
İnternat məzunu Səbinənin təmtəraqlı toyu: Tanınmış simalar onu tək qoymadı - VİDEO
-
Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq
-
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb - FOTO
-
“Real Madrid” onun üçün150 milyon ödəyəcək - FOTO
-
Pezeşkian Paşinyanı bu sözlərlə təbrik etdi
-
Tanınmış müğənninin evinə raket qalıqları düşdü - FOTO
-
“Barselona”nın növbəti baş məşqçi namizədi müəyyənləşdi
-
Azərbaycan ictimaiyyətinə ağır itki - FOTO
-
Vurulan gəmidə olan azərbaycanlının ailəsi danışdı: Hələ də xəbər yoxdur... - VİDEO
-
Bakının iki rayonunda işıq olmayacaq - YENİLƏNİB
-
Azərbaycan və Gürcüstan regional əməkdaşlıq məsələlərini müzakirə ediblər - FOTO
-
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib (FOTO)
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi - FOTO
-
"Başqası olsaydı, bəlkə də bu qədər üzülməzdim"