Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Azərbaycanda 870 min təsərrüfat obyekti və təsərrüfat sistemi var ki, burada da fermerlər öz torpaqlarının gübrələnməsi prossesini fərdi olaraq həyata keçirirlər. Mütəxəssislərin fikrincə, hazırda gübrələmə sistemi mütəxəssislər tərəfindən nəzarət altında olmadığından bu prosses torpağın şoranlaşmasına, deqradasiyasına, münbitliyin itirilməsinə səbəb olur.
Bu gün heç də uyğun olmayan gübrələmə sistemi tətbiq olunur. Çünki fermerlər gübrənin nə vaxt və hansı şəkildə verilməsini, gübrənin təsirinin nədən ibarət olduğunu bilmirlər. Bunun nəticəsində də fermer istənilən miqdarda məhsul əldə edə bilmir və torpaqların münbitliyi günbəgün azalmağa doğru gedir. Torpaqşünas Elməddin Namazov bildirib ki, bitkilər üçün tətbiq olunan gübrələr əsasən azot, fosfor və kaliumdur. Onların da bir qismi şum altına verilməlidir ki, buna əsas gübrələmə deyilir. Digəri isə əkindən sonra verilən yemləmə gübrəsidir. Mütəxəssis qeyd edib ki, yüksək məhsuldarlıq üçün gübrələrin vaxtında verilməsi də tək şərt deyil və gübrələrlə yanaşı, torpağın müəyyən fiziki xassələri var ki, onlar da yaxşılaşdırılmalıdır. Eyni zamanda torpağın su, hava, istilik xassələri, məsaməlik, strukturun yaxşılaşdırılması rejimləri var ki, onlar da icra edildikdə torpaqdan yüksək məhsul əldə etmək mümkündür.
Müsahib bütün bunlarla yanaşı, fermerlər üçün həm də əlçatan və asan başa gələn üzvi gübrələrin verilməsinin əhəmiyyəti barədə danışıb:
"Torpağa təkcə mineral gübrələr vermək olmaz. Bununla yanaşı, üzvi gübrələr də vermək lazımdır. Bu həm də torpaqdan mineral gübrələrin yuyulub aparılmasının qarşısını alır. Həmçinin torpaqda mineral gübrə ehtiyatını saxlayır ki, növbəti illərdə bitkilər mineral gübrələrdən faydalana bilsin. Digər tərəfdən də üzvi gübrələrin özünün də getdikcə minerallaşması torpağı özünə qaytarır".
Tərəvəzlərin yetişdirilməsi zamanı bəzən gübrəni daha yaxşı nəticə verməsi üçün bitki yuvalarına verirlər. Elməddin Namazov deyir ki, əksər fermerlər bunun mahiyyətini bilmirlər. Bitkiyə təkcə azot, kalium və fosfor lazım deyil, eyni zamanda digər mikroelementlər, bor, dəmir, manqan kimi minerallar da lazımdır. Lakin bu gün fermerlər kifayət qədər məlumatlı olmadıqları üçün məhsuldarlığa təsir edən belə faktorları tətbiq etmirlər. Bəs fermer nə etməlidir?
"Kifayət qədər bacarıq və biliyə malik olmayan hər bir fermer mütəxəssisə müraciət etməlidir. Mütləq torpaqda qida elementlərinin miqdarını təyin etmək üçün analiz aparılaraq torpağın tərkibi müəyyənləşdirilməlidir. Daha sonra fermerə konkret müəyyənləşdirilmiş gübrələmə sxemi verilməlidir. Burada məqsəd təmiz, eyni zamanda yüksək məhsul əldə etməkdir. Bəzən fermerlər yüksək məhsul əldə etmək üçün yüksək dozada gübrələr verirlər ki, o da zəhərli məhsulun istehsalına gətirib çıxarır. Bu da hər birimiz üçün təhlükəli faktordur".
Müsahib bu gün respublikamızda gübrə istehsalının olmaması səbəbi ilə fermerlərin bu sahədə çətinlik çəkdiklərini də dilə gətirib. Qeyd edib ki, yerli resurslardan istifadə etməklə torpağın münbitliyini daha da yüksəltmək olar. Bildirək ki, torpağın gələcək nəslə ötürülməsi üçün onun münbit şəkildə saxlanması, çirkləndiricilərdən qorunması vacib şərtlərdəndir.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Gübrələmə prosesinin düzgün aparılmaması hansı fəsadlara yol açır?
15 Noyabr 2012 21:09
Baxış: 3 064

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Yaxşı məsləhət alın
-
ÜST-nin Azərbaycandakı nümayəndəliyi media nümayəndələri ilə bir araya gəldi - FOTOlar
-
Sözə Tanrının gözü ilə baxan adam.. - YUNUS OĞUZ - 65
-
İlham Əsgərova ağır itki - FOTO
-
Günün qoroskopu: Özünüzlə bağlı böyük bir qərar verə bilərsiniz
-
Azərbaycanda qadın sevgilisinə görə 6 uşağını atdı - efirdə yerə SƏRİLDİ
XƏBƏR LENTİ
-
"Qalatasaray"a Çalhanoğlu transferində böyük ƏNGƏL: Avropa nəhəngi də...
-
Tanınmış modeli İFŞA ETDİ: "O, həm Elşadla münasibətdə idi, həm də Dərya ilə"
-
Bakının bu rayonunda qəzalı binalar SÖKÜLÜR
-
General Qulamhüseynin vəfatı təsdiqləndi
-
Qurbanqulu Berdiməhəmmədov Zəfər parkını ziyarət edib
-
Reper Epi saxlanıldı
-
Bakı rus aparıcılardan imtina etdi - Proqramdan çıxardılar - FOTO
-
Rusiyada radarlardan itən helikopter tapıldı - Sağ qalan olmayıb
-
Qurbanqulu Berdiməhəmmədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
-
“Görüntülü zəng edirəm ki, üzümə deyin”
-
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
-
Leyla Əliyeva Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva ilə görüşüb
-
Ayşənin qətli ilə bağlı YENİ DETALLAR - Cemil izi itirmək üçün külli miqdarda pul verib
-
"Faladdin" həbs olundu - FOTO
-
Temperatur daha da artacaq - Küləyə aldanmayın
-
"Yuventus"dan Kenan Yıldızla bağlı son QƏRAR
-
"Paşinyanın başı kəsilsin" - Erməni keşiş - VİDEO
-
Xanım boksçumuz erməniyə qalib gələrək Avropa çempionu oldu - VİDEO
-
Çamadanda cəsədi tapılan Ayşənin polis əməkdaşı ilə son görüntüləri - VİDEO - FOTO
-
Prezident: Azərbaycan və Türkmən xalqlarını dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi
-
Məşhur model toya bu geyimdə gəldi, qonaqların gözü onda qaldı - FOTOlar
-
Azərbaycanda məktəbli qız vəfat etdi – FOTO
-
Bu il ali məktəblərə qəbul planı 90 faizdən artıq dolacaq - DİM sədri
-
İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub - FOTO