İki xurma
Xurma bütün meyvələr kimi həm dadlı, həm də çox faydalıdır. Gündə bir-iki şirin və ətirli xurma yeməklə yalnız həzz almırıq, həm də öz qidamızı faydalı maddələrlə zənginləşdiririk.
İndi deyəcəksiniz ki, söhbət hansı xurmadan gedir? Elə hər ikisindən - həm birtoxumlu "Şərq xurması"ndan, həm də artıq "yerli" saydığımız yabanı xurmadan.
"Yerli" deyəndə, əslində bu xurmanın vətəni Çindir, oradan o, Şərqi Asiyaya yayılıb, sonra isə Yaponiyada yetirişdirilməyə başlanılıb. Yalnız 19-cu əsrin sonunda dünya xəbər tutub ki, xurmanın bu növü də varmış.
Yabanı xurmanın iki növü var və xalq nədənsə ona hələlik dəqiq bir ad qoymayıb (ruscadan qalma "karolyok" deyirlər, hətta "xirnik" deyən də var). "Şərq xurması"nın adı elmdə "Diospyros kaki"dir. Yabanı xurmalar isə "Diospyros lotus" və "Diospyros virginiana" adlanır. "Diospyros" yunanca "xurma" deməkdir.
Şərq xurması
Şərq xurmasının tərkibində 13-16 faiz qlükoza və fruktoza şəkəri, 0,8 faizədək üzvi turşular, aşı maddələri, karotin, C vitamini və yod birləşmələri olduğu üçün onun mühüm müalicəvi əhəmiyyəti vardır.
Şərq xurmasını zəiflik, qanazlığı, vitamin azlığı, xroniki mədə-bağırsaq xəstəlikləri zamanı yedikdə çox faydalıdır. O, həzm prosesinin fəaliyyətini artırır, maddələr mübadiləsini nizama salır, həmçinin triotoksikoz, ürək-damar sistemi xəstəliklərinin müalicəsinə yaxşı təsir göstərir.
Faydaları:
1. Beyini gücləndirir. Xurmada olan fosfor, beyinin ehtiyaclarını qarşılayır. Yorğunluğu aradan aparır. Xurmanın təsirli olduğu bir başqa sahə də sinir sistemimizdir. Xurmanın sakitləşdirici xüsusiyyəti var. Xurmadakı B1 və B2 vitaminləri zehni və sinir sistemini sakitləşdirir.
2. Öskürəyin dərmanıdır. Xurmanı ən yaxşı sinə dərmanı saymaq olar. Bəlğəmə, nəfəs borusu fəsadlarına və öskürəyə qarşı istifadə olunur. Qan damarlarını yumşaldır və damar sərtliyinin qarşısını alır. Ayrıca qanı təmizləyər və təzyiqi də nizamlayar.
3. Xolestrola qarşıdır. Qəhvə və yağ qandakı xolesterolun yüksəlməsinə səbəb olur. Ərəblər bol miqdarda qəhvə içirlər və maraqlıdır ki, araşdırmalarda ərəblərdə bu xəstəlikdən əsər olmadığı ortaya çıxmışdır. Bunun səbəbini araşdıran mütəxəssislər ərəblərin qəhvə və digər içkilərin yanında mütləq xurma yediklərini öyrəniblər.
4. Böyrək daşını əridir. Xurma böyrəklərin yuyunmasına da kömək edir böyrəklərin daha yaxşı işləməsini təmin edir. Böyrək iltihabına şəfa verir. Xurmanın suyu böyrək daşlarının da parçalanmasında çox faydalıdır. 6-7 ədəd xurma parçalanaraq bir stəkan suya qoyulandan bir neçə saat sonra süzülər və isidilərək gündə iki dəfə içilər. Bu 15 gün edilsə, böyrək daşlarını yox edər.
Mütəxəssislər xurmanın ac qarnına yeyilməsini məsləhət görürlər. Həmçinin qabıqlarında və tumunda də bol miqdarda vitamin olduğunu söyləyirlər. Toxumunun da sovurulmasını tövsiyə edirlər.
5. Gözləri qüvvətləndirir. Bu meyvədəki A vitamini gözləri qüvvətləndirir. Xurma xüsusilə gecə korluğu və digər göz xəstəklərinin qarşısını alir. Xurma göz sinirlərini qüvvətləndirir.
Yabanı xurma
Yabanı xurma mövsümünə az qalıb, oktyabrdan bazarlara çıxmağa başlayacaq. Bu xurmada almadan 2 dəfə çox qida lifləri və faydalı mikroelementlər var.
O, həmçinin çoxlu miqdarda antioksidant daşıyıcısıdır. Xurma meyvəsində çoxlu maye, zülallar, karbohidratlar, üzvi turşular, aşı maddələr vardır. Bu meyvə, həmçinin kalium, kalsium, maqnezium, fosfor və dəmirlə, A, C, P vitaminləri ilə zəngindir.
Xurma dietik meyvədir - həzm pozğunluğunda tərkibində pektin olduğu üçün çox xeyirlidir. O, xalq tababətində mədə xəstəliklərində istifadə olunur. Tərkibində çoxlu miqdarda şəkərlər, əsasən, qlükoza və fruktozanın olması ürək-damar sisteminə yaxşı təsir göstərir və ürək əzələsini qidalandırır və bu zaman qlükozanın qanda səviyyəsi həddindən çox yüksəlmir. Lakin şəkərli diabetdə xurma qəbul etmək olmaz.
Xurmada olan maqnezium böyrəklərdə daş əmələ gəlmə ehtimalını azaldır
Xurmadakı A vitamini xərçəngdən müdafiə edir
C və P vitaminlri damarların zəifliyini azaldır
Sidik qovucu və tonuslayıcı xüsusiyyəti var
Əsəb sistemini sakitləşdirir
İş qabiliyyətini artırır
Bağırsaq və qızılı stafilokklara qarşı bakterisid təsirə malikdir.
Ürək- damar xəstəliklərinin profilaktikasında faydalıdır
Tərkibindəki çoxlu mikroelementlər həzmi yaxşılaşdırır
"Ekspress" qəzeti
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Meyvələrin müqayisəsi - hansı daha faydalıdır?
8 Sentyabr 2012 21:55
0 Şərh
Baxış: 27 367

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Yaxşı məsləhət alın
-
ÜST-nin Azərbaycandakı nümayəndəliyi media nümayəndələri ilə bir araya gəldi - FOTOlar
-
Sözə Tanrının gözü ilə baxan adam.. - YUNUS OĞUZ - 65
-
İlham Əsgərova ağır itki - FOTO
-
Günün qoroskopu: Özünüzlə bağlı böyük bir qərar verə bilərsiniz
-
Azərbaycanda qadın sevgilisinə görə 6 uşağını atdı - efirdə yerə SƏRİLDİ
XƏBƏR LENTİ
-
"Qalatasaray" rəhbərliyi İkardiyə qəzəbləndi
-
Bu rayonda su olmayacaq - Qəza baş verdi
-
4 kənd təcili boşaldıldı - Yanğın genişlənir
-
İran naməlum tanker ələ keçirdi - Saxlanılanlar var
-
Birinci Qarabağ müharibəsində itkin düşən daha bir hərbçi dəfn olunacaq
-
"Trampın üzünə telefonu qapadım" - BBC-nin müxbiri
-
İyulun 16-dan bu ölkəyə vizasız gedəcəyik
-
Klublar dünya çempionatında "qaz vurub, qazan doldurdular"
-
Dünya onu gözəlliyi ilə tanıdı - Bu FOTOları ilə interneti fəth etdi
-
Daha bir maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - VİDEO - FOTOlar
-
Tanınmış türkiyəli aktyor vəfat etdi - FOTO
-
MMA döyüşçüsü küçədə belə güllələndi - VİDEO
-
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib - FOTO
-
Azərbaycanda kütləvi dava - Xəsarət alanlar var
-
Azərbaycanda bu valyuta gözlənilmədən bahalaşdı - RƏSMİ
-
Bu kredit təşkilatı bağlandı - RƏSMİ
-
"Altı aydır sənsizəm" - FOTO
-
“Evlənmədim, çox xoşbəxtəm...” - Teymur Əmrah
-
Göbələk xərçəngin dərmanı imiş
-
Yuxuda tanımadığın biri ilə sevişmək nə deməkdir? – Maraqlı yozumlar
-
Gündə 1 stəkan iç - Min bir dərdin dərmanı...
-
Azərbaycanlı blogerin yarım milyonluq MAŞINLARI - FOTO
-
Yekaterinburqdakı Azərbaycan diaspor rəhbərinin oğlunun evində axtarış aparılacaq - yenilənib
-
Günün qoroskopu: Yaxşı məsləhət alın