Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ayaqlarımızı ölümcül "tələ"dən necə xilas etməli?
7 Sentyabr 2012 13:19
34 Şərh
Baxış: 66 323
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Podaqra antik dönəmlərdən - Hippokratın zamanından məlum xəstəlikdir, elə adı da yunancadır: "ayaq üçün tələ" mənasını verir. Podaqradan bir çox məşhurlar əziyyət çəkiblər: dahi rəssam Mikelancelo, ingilis kapitalizminin siyasi atası Oliver Kromvel, kardinal Mazarini, fransız yazıçıları Stendal və Gi de Mopassan, rus yazıçısı Turgenev, alman dahisi Höte və s.
Ayağındakı xəstəlikdən ingilis həkimi T. Sidenhem də əziyyət çəkib və elə podaqranın təsvirini də ilk dəfə o, 1660-cı ildə verib. 20-ci əsrin ortalarındasa sübut edilib ki, xəstəlik sidik turşusunun artması ilə əlaqədar yaranır.
Ümumiyyətlə, podaqra maddələr mübadiləsinin pozğunluğu ilə müşayiət olunan xəstəliklər qrupuna daxildir. Bu xəstəlik zamanı orqanizmdə sidik turşusu mübadiləsi pozulur və nəticədə qanda sidik turşusu yüksəlmiş olur.
Podaqra xəstəliyi əsasən 40 yaşdan yuxarı kişilərdə, qadınlarda isə menopauzadan sonra rast gəlinir.
"Turşumuş" azar
Podaqranın əsas səbəbi genetik faktorla bağlıdır. Lakin xəstəliyin peyda olmasına digər amillər də (qeyri-düzgün qidalanma, alkoqol qəbulu və s.) öz "töhfə"sini verə bilir. Qidalanmanın xəstəlikdə rolu ilə bağlı bunu deyək ki, zəif purin əsaslı qidalanmaya malik Çində, Hindistanda və Afrika ölkələrində podaqranın nə demək olduğunu bilmirlər və yaxud bu azara çox az rast gəlinir.
Xəstəliyin statistikası son onillikdə podaqradan əziyyət çəkənlərin sayının artdığını göstərir. Həkimlər bunu bir çox faktorla əlaqələndirirlər: əhalinin maddi vəziyyətinin yaxşılaşması, qeyri-düzgün və normadan artıq qidalanma, azhərəkətli həyat tərzi, alkoqoldan istifadə, o cümlədən xəstəliyin diaqnozunun qoyulmasının asanlaşması. Podaqra inkişaf etmiş ölkələrda daha çox rast gəlinir.
Adətən qanda sidik cövhərinin artması podaqra xəstəliyinin simptomu kimi qəbul edilir. Lakin bu əlamət bir çox digər xəstəlikdə (psoriaz, qan xəstəlikləri və s.) və sağlam insanlarda da müşahidə oluna bilər.
Bununla belə, xəstəliyin kökünün araşdırılmasında orqanizmdə sidik turşusunun rolu ön planda tutulur. Purin (maddələr) mübadiləsinin son məhsulu sidik turşusu və onun duzlarıdır. Qidada bu maddələrin miqdarının çox olması, ət və ət məhsulları, paxlalılar və digərləri sidik turşusu miqdarını qanda artırmış olurlar.
Eyni zamanda orqanizmin elə xəstəlik və vəziyyətləri var ki, podaqra burada yalnız simptomdur. Məsələn: mieloleykoz, anadangəlmə və qazanılma ürək qüsurları, bəzi preparatlarla zəhərlənmələr, sidikqovucu preparatların qəbulu, riboksin və s.
Simptomları
Podaqranın əsas əlamətləri podaqrik düyünlər, podaqrit artrit, həmçinin sidik turşusu tərkibli kristal, duzlardan ibarət daşlardır.
Podaqrik artritin tipik tutması adətən, bir oynaqda, xüsusilə ayaq başbarmağı, aşıq-daban və diz oynağında baş verir. Ağrı tutması adətən səhər şişmiş oynaqda baş verir. Oynağın üstündəki dəri bənövşəyiyə çalan parıltılı rəngdə olur. Günortaya doğru ağrı azalır, lakin axşama doğru yenidən artmış olur. Belə gediş bir neçə həftə davam edir. Proses yenidən təkrarlandığı halda artıq digər oynaqlar da zədələnmiş olur, bu da sümüyün bir hissəsinin dağılmasına səbəb olur.
Qanda sidik turşusu həddindən artıq yığılarsa, o, böyrəyə urat daşları "tullayır": podaqra xəstəliyində yaranan daşlar böyrək çatışmazlığı və ölümə səbəb ola bilər.
Belə fatal sonucu olduğu üçün azarın baş qaldırmasının səbəbləri üzərində bir qədər də dayanaq. Əsas səbəb bir daha vurğulayaq ki, sidik turşusudur və o, nuklein turşularının (genlərdəki informasiyanı kodlaşdıran DNT) mübadiləsi nəticəsində əmələ gəlir. Nuklein turşuları yediyimiz qidaların hüceyrələrinin tərkibində də var. Normal halda sidik turşusunun artıq miqdarı böyrəklər vasitəsi ilə sidiklə xaric olunur. Lakin maddələr mübadiləsi pozulduğu halda sidik turşusu orqanizmdən kifayət qədər xaric ola bilmir və müxtəlif orqanlarda urat duzları şəklində toplanmağa başlayır. Sağlam insanın qanında sidik turşusunun miqdarı 4,0-4,5 mq olduğu halda, podaqra zamanı onun miqdarı 5,0-16 mq-dək yüksəlmiş olur.
Ağrının anatomiyası
Podaqra əmələ gəlmə mexanizminə görə iki (1-cili və 2-cili) qrupa ayrılır:
1-cili podaqra. Genetik defekt sayılır və sidik turşusunu həll olunan maddəyə çevirən fermentin olmaması nəticəsində yaranır. İzafi sidik turşusunun konsentrasiyası kritik həddə çatdıqda kristalların bir hissəsi böyrəklərdə daş şəklində, digər hissəsi də oynaqlarda toplanır. Mübadilə pozğunluğu olduğundan digər metobolik xəstəliklərlə - hipertoniya, artıq çəki və şəkərli diabetə meylliklə yanaşı addımlayır.
2-cili podaqra. Endokrin patologiyalar fonunda, böyrəklərin, qan-damar sisteminin xəstəlikləri, bəzi dərman preparatlarının qəbulundan sonra inkişaf edir. Bütün hallarda ya sidik turşusunun səviyyəsi yüksəlmiş olur, ya da onun orqanizmdən çıxarılması çətinləşir.
Ağrının mexanizmi: Oynaqlarda kristalların əmələ gəlməsi mexaniki olaraq oynaqların səthini zədələyir. Natrium uratın kristalları iynə kimi iti uclu olaraq oynaqlara batır və oynaqda iltihab əmələ gəlir. Bu, podaqranın əsas əlamətlərindən biridir. Əsasən ayaqlarda baş barmaqla ayaq darağı arasındakı oynaq, nisbətən az hallarda isə diz, baldır-topuq, dirsək oynağı, bilək vətərləri və daban vətərləri ətrafındakı oynaqlarda, qulaq seyvanlarında bərkimə müşahidə olunur. Baş barmaqla əl darağı arasında da rast gəlinir. Bu düyünlər 2-3 sm ölçüdə olur. Artrit kəskin ağrılarla, yüksək temperaturla, qızartı ilə müşahidə olunur.
Həddindən artıq qidalanma, alkoqol, xüsusilə pivə içmək, stress, soyuqlama və ya əksinə, isti hamam və ya sauna xəstəliyin kəskinləşməsinə gətirib çıxarır.
Böyrək üçün fəsadı: Sidik daşlarının əmələ gəlməsi böyrəklər üçün ağır simptomdur və müalicə olunmadıqda xroniki böyrək çatışmazlığına gətirib çıxara bilər. Böyrək fəaliyyəti pozulduğundan bu zaman arterial qan təzyiqi də yüksəlmiş olur.
Çarəsi
Xəstəlik ilk tutma ilə başlasa da, əslində uratların çökməsi prosesi illər öncəyə təsadüf edir. Qəfil baş verən və güclü ağrılarla müşayiət olunan tutmalar 3-4 gün davam edir və sonra keçib gedir. Əslində bu, xəstəliyin sonrakı inkişafı üçün çox təhlükəli olub xəstələri bir qədər arxayınlaşdırır və müalicə-profilaktika tədbirlərindən yayındırır. Mütəxəssislər qeyd edirlr ki, xəstələrin çoxuna bu diaqnozun qoyulması podaqranın başlanmasından 7 il sonra mümkün olur. Vaxt ötdükcə heç bir müalicə tədbiri görülmədikdə tutmalar daha tez-tez təkrar olunur, onlar arasındakı məsafə isə getdikcə azalmış olur. Nəhayət, heç bir tədbir görülmədiyi halda oynaqlardakı ağrılar daimi xarakter alır və xəstəni hər zaman müşayiət edir. Podaqra nəticəsində oynaqlarda yaranan bərkimələr tədricən böyüyür və oynaqların formasını dəyişir.
Bir daha qeyd edək ki, adətən podaqra tutmaları gecə vaxtı baş verir. Çox zaman buna həddindən artıq yemək, alkoqol (xüsusən pivə) qəbul edilməsi, stress və ya soyuqdəymə şərait yaradır.
Podaqranın müalicəsi qanda sidik turşusu miqdarının azaldılması, pəhriz və dərman terapiyasına əsaslanır.
Kəskin ağrı tutmaları zamanı ağrını kəsmək o qədər də çətin deyil. Əsas məsələ tutmalararası dövrdə xəstəliyi müalicə etməkdir ki, gələcək ağırlaşmaların qarşısı alınsın. Müalicənin effekti ilk növbədə pasientin özündən asılıdır:
* Kəskin tutma zamanı oynaq üzərinə buz qoyulmalı, ağrı azalandan sonra isə isti kompress edilməlidir.
* Şiddətli ağrılar olduqda ağrıkəsicilərdən, iltihab əleyhinə dərman maddələrindən istifadə etmək olar.
* Podaqranın müalicəsində əsas prinsip qanda sidik turşusunun səviyyəsini azaltmaqdır.
* Müalicənin erkən başlanması vəziyyəti xeyli yüngülləşdirir. Pasiyent qanın tərkibini daim nəzarətdə saxlamalı, bunun üçünsə gündəlik qida rasionuna diqqət yetirməkdir.
Podaqra yasaqları
Bu xəstəliyin müalicəsində pəhriz əsasdır və qanda sidik turşusunu azaltmaq üçün bir çox ləzzətli təamlardan imtina etmək lazımdır:
- Bütün subməhsullar (qaraciyər, böyrək, dil, beyin), cavan heyvanların əti, balıq, toyuq, hisə verilmiş kolbasalar, konservlər, ət və balıq bulyonları
- Göbələk və ondan hazırlanan hər növ qidalar, bütün paxlalı bitkilər (noxud, lobya, mərci), turşəng, brüssel və gül kələmləri
- Moruq və əncir
- Şokolad, çay, kofe, kakao və bütün alkoqollu içkilər
- Qidada xörək duzu azaldılmalıdır
- Xəmir xörəkləri, ketçup, çiy pomidor məhdudlaşdırmalıdır
- Süd və turş-süd məhsullarına da məhdudiyyət qoyulmalıdır. Qızardılmış və yağlı yeməklər sidik turşusunun çıxarılmasını ləngidir
- Podaqra həmçinin uzun müddət sidikqovucu preparatların, nikotin turşusunun qəbulundan sonra da inkişaf edə bilir.
"Ekspress" qəzeti

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əsl kərə yağı, yoxsa bitki yağı?
-
Qulaqdakı bu xətt infarkt riskini göstərir
-
Səhərlər etdiyimiz bu səhv sağlamlığa təsir edir
-
Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub - Polis insidentin qarşısını alıb - YENİLƏNİB VİDEO
-
Yayın vazkeçilməzidir, faydaları saymaqla bitmir
-
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
-
Şəhər həyatını tərk etdi - FOTO
-
Seçkilərin yekun nəticələri bu tarixdə açıqlanacaq
-
Tokayevin Paşinyana təbriki - Kremlə mesaj
-
Dünya çempionatının ilk matç tarixi qeyri-iş günü elan edildi
-
İnternat məzunu Səbinənin təmtəraqlı toyu: Tanınmış simalar onu tək qoymadı - VİDEO
-
Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq
-
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb - FOTO
-
“Real Madrid” onun üçün150 milyon ödəyəcək - FOTO
-
Pezeşkian Paşinyanı bu sözlərlə təbrik etdi
-
Tanınmış müğənninin evinə raket qalıqları düşdü - FOTO
-
“Barselona”nın növbəti baş məşqçi namizədi müəyyənləşdi
-
Azərbaycan ictimaiyyətinə ağır itki - FOTO
-
Vurulan gəmidə olan azərbaycanlının ailəsi danışdı: Hələ də xəbər yoxdur... - VİDEO
-
Bakının iki rayonunda işıq olmayacaq - YENİLƏNİB
-
Azərbaycan və Gürcüstan regional əməkdaşlıq məsələlərini müzakirə ediblər - FOTO
-
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib (FOTO)
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi - FOTO
-
"Başqası olsaydı, bəlkə də bu qədər üzülməzdim"