AzərTAc xəbər verir ki, bağban Rafiq Xəlilov jurnalistlərə müsahibəsində narın vətəni sayılan Göyçayda 65 sortda narın yetişdirildiyini və bunların sırasına birinin də əlavə edildiyini bildirib. O, dünyada hind narı kimi tanınan və türklərin Qüdrət narı adlandırdığı yeni nar sortunu Göyçayda çətinliklə də olsa yetişdirərək ilk dəfə məhsul əldə etməyin mümkün olduğunu bildirib.
O, narın tumlarını xüsusi qablarda cücərtdiyini, şitillərini torpağa əkərək çoxaltdığını və xüsusi üsulla qulluq edərək məhsul əldə etdiyini bildirib. Hind narı qeyri-adi görünüşə, dada və rəngə malikdir. Bu ilin mayında əkilmiş nar şitilləri sarmaşıq şəkilində 6 metr hündürlüyə qədər qalxmış və iyulda çiçəkləyərək meyvə əmələ gəlib. Əvvəl göy rəngdə olan nar sonra saralaraq yetişməyə başlayıb. Hind narının dənələri qırmızı olsa da, adi nar dənələrindən 3 dəfə böyükdür. Bağban hind narının avqustda tam yetişdiyini və hər narın 3 gün ərzində dərilərək yeyildiyini bildirib. Hind narı tez yetişir və oktyabradək onu saxlamaq mümkündür. R.Xəlilov bu il ilk dəfə 70 hind narı şitilini əkərək becərdiyini və apardığı sınağın uğurlu alındığını bildirib. O, gələn il bu yeni nar sortundan olan ağacların sayını xeyli artırmağı, şitilləri və meyvəni bazara çıxarmağı planlaşdırır. Bağban fərdi vətəndaşların bağlarında hind narının kütləvi şəkildə əkilərək yayılması üçün iş aparacağını qeyd edib. Bağban qeyri-adi görünüşü olan hind narının hamını heyrətləndirdiyini, narı görmək və ondan dadmaq üçün çoxsaylı insanların müraciət etdiyini deyib. Rafiq Xəlilov hind narını noyabrda Göyçayda keçiriləcək növbəti nar bayramında geniş şəkildə ictimaiyyətə təqdim edəcəyini bildirib.
Qeyd edək ki, 35 ildir ki, bağbanlıq edən Rafiq Xəlilov şəxsi tingçilik təsərrüfatında 100-dən çox ağacın müxtəlif sortlarını müəyyən üsullarla artıraraq çoxaldır. Bu günədək bir çox yeni meyvə sortlarını ilk dəfə əldə edərək yetişdirməyə nail olan bağban Göyçay torpağı üçün xarakterik olmayan mərsin, istiot ağacı, ərəb xurması, kamelia, narıncı, konfet ağacı və digər meyvələri yetişdirib.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda ilk! - FOTO
25 Avqust 2012 17:16
0 Şərh
Baxış: 8 063

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yamalın dəyəri fantastik həddə
-
Vahid Əliyev Röyanı tənqid etdi: Atan soğan, anan sarımsaq... - FOTO
-
Gecənin "bomba" xəbəri: Osimhen uğrunda mübarizə qızışdı
-
İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib - FOTO
-
Günün qoroskopu:
-
Azərbaycanda Qurban bayramı qeyd olunur
-
Kimlər qurban kəsə bilər? - VİDEO
-
Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
-
Əməkdar artisti vəfat etdi - FOTO
-
Bu şəxslər yenidən həbs oluna bilər
-
Közərmə lampalarını satanları hansı cərimə gözləyir? - VİDEO
-
Dünya çempionatında daha bir komanda - tarixdə ilk dəfə
-
Qurban ətindən kabab etmək olarmı? - Çoxlarını maraqlandıran cavab
-
Xankəndidə “parad”da iştirak edənlərin adlarını açıqladı - məhkəmə
-
Leyla Axundzadə: "Müşfiq güllələnməyib, Mərəzədə ölüb" - FOTO
-
Təcridxanada məhbusun ciyəri qanadı, vəfat etdi
-
Türkiyədə çoxmərtəbəli bina yanır - 23 nəfər xəstəxanaya yerləşdirildi
-
Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
-
Aprel döyüşlərində aldığı tapşırıqları açıqladı - Məhkəmə
-
İlham Əliyevə təbriklər gəlməkdə davam edir - yenilənib
-
"Uzak şehir"in aktrisası məşhur aktyorla sevgildir - FOTO
-
Bu dəfə maksimum balı onlar topladı - Siyahı
-
"Kişi ciddi, qadın boşboğaz olmalıdır"
-
Azərbaycanın enerji üfüqləri: inamlı genişlənmə və maraqların balansı