Xaricdə təhsil alanlar üçün imtahan keçiriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xaricdə ali təhsil alanlar üçün peşə tanınması imtahanı keçiriləcək
Milli.Az xəbər verir ki, xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan sentyabrın 29-da keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi əsasında təşkil olunacaq. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların tanınması üçün namizədlərin imtahanda uğur qazanması tələb olunur.
İmtahan DİM-in elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçiriləcək. İmtahanda iştirak etmək üçün TKTA-da qeydiyyatdan keçmiş şəxslər imtahandan 5 gün əvvəl DİM-in internet saytında yerləşdirilən elektron xidmət vasitəsilə "İmtahana buraxılış vərəqəsi"ni əldə edə biləcəklər. Vərəqədə imtahanın keçiriləcəyi yer, bina, vaxt və digər zəruri məlumatlar əks olunacaq.
İmtahanda iştirakçılara ümumilikdə 30 test tapşırığı təqdim ediləcək. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək, səhv cavablara görə isə ümumi baldan 0,25 bal çıxılacaq.
Namizədin imtahandan uğurla keçməsi üçün ən azı 15 bal toplaması tələb olunur.
Müəllimlik üzrə namizədlərin ixtisas və peşə bilikləri, həmçinin verbal məntiqi təfəkkürü; mühəndislik üzrə ixtisas bilikləri, peşə səriştələri və məntiqi təfəkkürü; hüquq üzrə isə ixtisas bilikləri və verbal məntiqi təfəkkürü yoxlanılacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Pensiyalarla bağlı yeni xəbər - 152 min nəfər...
-
Səhiyyə Nazirliyindən yeni qərar: 3 dərman siyahıya salındı
-
Xaricdə təhsil alanlar üçün imtahan keçiriləcək
-
Qızılın qiyməti ucuzlaşdı
-
Bakının bəzi ərazilərində işıq 3 saatlıq kəsiləcək
-
“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - (Video)
XƏBƏR LENTİ
-
Nahidə Babaşlının nişanlısı ilə romantik rəqsi - (Video)
-
Pensiyalarla bağlı yeni xəbər - 152 min nəfər...
-
Peru İranın siyasətini pislədi - Əlaqələr kəsildi
-
Səhiyyə Nazirliyindən yeni qərar: 3 dərman siyahıya salındı
-
“48,5 faiz geyəm” – Baydenin oğlu
-
Sumqayıtda 63 yaşlı sürücü piyadanı vuraraq öldürdü
-
Türkiyədə iki gəmi toqquşdu - İtkin düşənlər var
-
Messinin xanımından duyğusal paylaşım
-
Trampdan İrana mesaj: “Qaçılmaz olanı gecikdirirlər”
-
Azərbaycan nefti 97 dolları keçdi
-
68 yaşlı Madonna fotoları ilə diqqət çəkdi
-
Xaricdə təhsil alanlar üçün imtahan keçiriləcək
-
"Allah eləməsin, Aqşin Fatehlə üzə-üzə gələm" - (Video)
-
Qızılın qiyməti ucuzlaşdı
-
Dünya bazarında neft bahalaşdı
-
Rüdiger millidən getdi
-
Rəşad Dağlının adı Ələkbərin nəmər siyahısında - (Video)
-
Bakının bəzi ərazilərində işıq 3 saatlıq kəsiləcək
-
Millimiz Türkiyəyə uduzdu
-
Goranboyda sursat anbarında partlayış olub - (Yenilənib)
-
100 yaşlı aktyor Dik Van Daykdan heyrətamiz məşq videosu
-
Bələdçilərə görə təyyarədə sifariş edilməməli olan yeganə içki
-
Azərbaycanda zəlzələ oldu
-
Metro təmirinə görə istifadəyə verilən ekspres avtobuslar sərnişinləri qane edir? - (Video)





