Bakı–Tbilisi qatarlarında sərnişin yerlərinin sayı 2 dəfə artırılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Tbilisi-Bakı beynəlxalq marşrutu üzrə səyahət imkanlarının genişləndirilməsi və sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə qatarların tutumunun artırılması istiqamətində işləri davam etdirir.
Milli.Az xəbər verir ki, görülən işlər nəticəsində qatarların tərkibinə mərhələli şəkildə 2 ədəd komfort və 5 ədəd standart+ sinif vaqon əlavə olunub. Nəticədə sərnişin vaqonlarının sayı vaqon-restoran nəzərə alınmadan 6-dan 13-ə çatdırılıb, sərnişin tutumu isə 178-dən 386 yerədək artırılıb. Beləliklə, ilkin tutumla müqayisədə sərnişin yerlərinin sayı təqribən 120% artırılıb.
Əlavə vaqonların istismara verilməsi daha geniş seçim və daha çox sərnişinə səyahət imkanı yaradır.
Marşrut üzrə müşahidə olunan yüksək doluluq dəmir yolu ilə beynəlxalq sərnişindaşımaya marağın artdığını göstərir. İndiyə qədər bu marşrut üzrə 23 000-ə yaxın sərnişin daşınıb. Qatarların doluluq göstəricisi 100% olub.
Gürcüstandan Azərbaycan istiqamətində tələbatın olduqca yüksək olması səbəbindən satışa çıxarılan biletlər çox qısa müddətdə alınır. Belə tələbat fərqi xüsusilə yay mövsümündə və bayram günləri ərəfəsində daha aydın müşahidə edilir.
ADY Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərin satış dinamikasını, vaqonların doluluq səviyyəsini və sərnişin axınını mütəmadi olaraq təhlil edir. Bu təhlillərin nəticələrinə uyğun olaraq qatarların tərkibinin genişləndirilməsi və ya əlavə vaqonların istismara verilməsi və sərnişinlər üçün yeni imkanların yaradılması istiqamətində tədbirlər görülür. Bu proses Azərbaycan və Gürcüstan tərəflərinin texniki və əməliyyat hazırlığı, sərhəd və gömrük prosedurları, qatarın hərəkət qrafiki, stansiyaların imkanları və marşrut üzrə təhlükəsizlik tələbləri nəzərə alınmaqla həyata keçirilir, qarşı tərəflə zəruri razılaşdırmaların aparılması və bütün əməliyyat proseslərinin uyğunlaşdırılması tələb olunur. Bu səbəblərdən sərnişin yerlərinin sayı planlı və mərhələli şəkildə artırılır.
Azərbaycan Dəmir Yolları üçün prioritet təhlükəsizlik tələblərinə riayət etməklə mövcud tutumu mümkün olan ən qısa müddətdə artırmaqdır. Yaxın günlərdə Bakı-Tbilisi-Bakı marşrutu üzrə növbəti əlavə vaqonların istismara verilməsi üçün Gürcüstan tərəf ilə zəruri texniki və əməliyyat işləri aparılır.
ADY sərnişin tələbatını təhlil etməyə, mövcud resursları səmərəli şəkildə səfərbər etməyə və Bakı-Tbilisi-Bakı marşrutunun imkanlarını mərhələli şəkildə artırmağa davam edəcək.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
AMB qiymətli kağızların icarəyə verilməsi əməliyyatına başlayıb
-
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olunub
-
İtkin düşən çobanın anası kömək istədi: "Oğlum barədə məlumatı olan xəbər versin"
-
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib - (Foto)
-
İyulun 25-26-da güclü külək olacaq - Xəbərdarlıq
-
Elşad Abbasovun "Embafinans"dan gəliri açıqlandı - Nə qədər qazanır?
XƏBƏR LENTİ
-
AMB qiymətli kağızların icarəyə verilməsi əməliyyatına başlayıb
-
Ofis mebeli seçərkən qiymət və keyfiyyət balansı necə qurulmalıdır?
-
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olunub
-
İtkin düşən çobanın anası kömək istədi: "Oğlum barədə məlumatı olan xəbər versin"
-
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib - (Foto)
-
"5 ildir yanımızda olmasa da, qəlbimizdə yaşayacaq"
-
İyulun 25-26-da güclü külək olacaq - Xəbərdarlıq
-
Neymar tənqidlərə sərt cavab verdi
-
Özgür Özel və daha 91 deputat CHP-ni tərk etdi – Yeni partiya yaradılır
-
85 yaşlı Flora Kərimova ad günündə kövrəldi, səhhətində problem olsa da, rəqs etdi - (Video)
-
Elşad Abbasovun "Embafinans"dan gəliri açıqlandı - Nə qədər qazanır?
-
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - Dosye
-
Oğuzda əkin sahəsini yandıran şəxs müəyyən edilib
-
Pakistanda terror oldu: Çox sayda ölən və yaralanan var
-
Bakı–Tbilisi qatarlarında sərnişin yerlərinin sayı 2 dəfə artırılıb
-
Elxan Səmədov yenidən PFL prezidenti seçildi
-
"Bloqer" maskası düşəndə: Hüseynovla Sadıqlını susduran gerçək
-
“Transfermarket” dünya çempionatının rəmzi komandasını açıqladı
-
Hacıbaba Məmmədov teatr direktoru təyin olundu
-
Prezident İlham Əliyev Türkiyəyə yeni səfir təyin etdi
-
Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb
-
Azərbaycanlı aktyor 3 aya arıqlayıb belə oldu - (Video)
-
Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılıb, Özbəkistana təyin olundu
-
Bir teleqram Azərbaycanın elm tarixini dəyişdi





