AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün tədbir təşkil edib.
Səhər yeməyi masası ətrafında keçirilən tədbirdə AQC İdarə Heyətini sədri Vüqar Oruc, sədrin müşaviri Asif İbrahimov, AQC Tikinti, Abadlıq və Köçürülmə Komissyasının sədri Elnur Fərzəliyev, AQC Daşınmaz Əmlak koordinatoru Şaiq Əliyev, AQC-nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Orxan Əli AQC sədrinin köməkçisi Ziya Mustafayev, ölkənin müxtəlif media qurumlarını təmsil edən 50-yə yaxın jurnalist iştirak edib. Görüşdə media ilə qiymətləndirmə sektoru arasında əməkdaşlığın inkişafı, ictimaiyyətin düzgün məlumatlandırılmasının əhəmiyyəti və qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Tədbirdə çıxış edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri təbrik edərək onların cəmiyyətin obyektiv məlumatlandırılmasında, şəffaflığın təmin olunmasında və ictimai rəyin formalaşmasında mühüm rol oynadıqlarını bildirib. O qeyd edib ki, media ilə sağlam əməkdaşlıq dövlət, biznes və cəmiyyət arasında etibarlı informasiya körpüsünün qurulmasına xidmət edir.
Vüqar Oruc vurğulayıb ki, AQC fəaliyyətinin geniş ictimaiyyətə çatdırılmasında, qiymətləndirmə sahəsində aparılan islahatların və yeniliklərin işıqlandırılmasında media nümayəndələrinin dəstəyi xüsusi əhəmiyyət daşıyır. O, bu istiqamətdə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib.
Səmimi mühitdə keçən tədbirdə jurnalistlərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və gələcək əməkdaşlıq imkanları ətrafında müzakirələr keçirilib.
Tədbirdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ilə əməkdaşlıq edən bir qrup media nümayəndəsi peşəkar fəaliyyətlərinə və qiymətləndirmə sahəsinin ictimaiyyətə çatdırılmasına verdikləri töhfəyə görə təşəkkürnamələrlə təltif olunub. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İyul ayının müavinət və təqaüdləri ödənildi
-
AMB qiymətli kağızların icarəyə verilməsi əməliyyatına başlayıb
-
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olunub
-
İtkin düşən çobanın anası kömək istədi: "Oğlum barədə məlumatı olan xəbər versin"
-
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib - (Foto)
-
İyulun 25-26-da güclü külək olacaq - Xəbərdarlıq
XƏBƏR LENTİ
-
DÇ-2026-da oynayan futbolçu "narkoman" çıxdı
-
33 təqsirləndirilən şəxs xaricdən Azərbaycana ekstradisiya edilib
-
Mina partlayışları nəticəsində bu il 2 nəfər həlak olub, 11 nəfər xəsarət alıb
-
Banqladeş Prezidenti istefa verdi
-
İyul ayının müavinət və təqaüdləri ödənildi
-
AMB qiymətli kağızların icarəyə verilməsi əməliyyatına başlayıb
-
Ofis mebeli seçərkən qiymət və keyfiyyət balansı necə qurulmalıdır?
-
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olunub
-
İtkin düşən çobanın anası kömək istədi: "Oğlum barədə məlumatı olan xəbər versin"
-
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib - (Foto)
-
"5 ildir yanımızda olmasa da, qəlbimizdə yaşayacaq"
-
İyulun 25-26-da güclü külək olacaq - Xəbərdarlıq
-
Neymar tənqidlərə sərt cavab verdi
-
Özgür Özel və daha 91 deputat CHP-ni tərk etdi – Yeni partiya yaradılır
-
85 yaşlı Flora Kərimova ad günündə kövrəldi, səhhətində problem olsa da, rəqs etdi - (Video)
-
Elşad Abbasovun "Embafinans"dan gəliri açıqlandı - Nə qədər qazanır?
-
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - Dosye
-
Oğuzda əkin sahəsini yandıran şəxs müəyyən edilib
-
Pakistanda terror oldu: Çox sayda ölən və yaralanan var
-
Bakı–Tbilisi qatarlarında sərnişin yerlərinin sayı 2 dəfə artırılıb
-
Elxan Səmədov yenidən PFL prezidenti seçildi
-
"Bloqer" maskası düşəndə: Hüseynovla Sadıqlını susduran gerçək
-
“Transfermarket” dünya çempionatının rəmzi komandasını açıqladı
-
Hacıbaba Məmmədov teatr direktoru təyin olundu





