Cəmiyyət

Azərbaycanda 39 dərəcə isti olacaq - Proqnoz

20 İyul 2026 12:43
Baxış: 1 791
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Milli Hidrometeorologiya Xidməti iyulun 21-nə olan hava proqnozunu açıqlayıb.

Milli.Az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində şimal-qərb küləyinin cənub-şərq küləyi ilə əvəzlənəcəyi ehtimal olunur.

Paytaxtda havanın temperaturu gecə 21-24 dərəcə, gündüz isə 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80 faiz, gündüz 45-55 faiz təşkil edəcək.

Ölkənin əksər rayonlarında da əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli yağıntı və dolu ehtimalı var. Bəzi dağlıq rayonlarda duman müşahidə edilə bilər.

Rayonlarda havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 34-39 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 13-18 dərəcə, gündüz 24-29 dərəcə isti gözlənilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.