AZAL sərnişinlər üçün yeni xidmətləri istifadəyə verdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları 2026-cı ilin ilk altı ayı ərzində marşrut şəbəkəsinin genişləndirilməsi, donanmanın yeni nəsil hava gəmiləri ilə gücləndirilməsi, rəqəmsal xidmətlərin inkişafı və beynəlxalq tərəfdaşlıqların artırılması istiqamətində fəaliyyətini davam etdirib. Hesabat dövründə aviaşirkət həm əməliyyat göstəricilərini yaxşılaşdırıb, həm də sərnişinlər üçün bir sıra yeni xidmət və həlləri istifadəyə verib.
Milli.Az xəbər verir ki, bu müddətdə Azərbaycan Hava Yolları tərəfindən ümumilikdə 1,9 milyon sərnişinə xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5% artım təşkil edir. Beynəlxalq istiqamətlərə səyahət edən sərnişinlərin sayı 4% artaraq 1,6 milyona çatıb. Bundan əlavə, aviaşirkət tərəfindən ümumilikdə 8,462 reys yerinə yetirilib (7% artım göstərərək). Onlardan 6,566-sı beynəlxalq reys olub və beynəlxalq reyslərin sayı da 7% artıb. Həmçinin orta yüklənmə faktoru 79%, punktuallıq göstəricisi isə 81% təşkil edib.
2026-cı ilin ilk yarısında Azərbaycanın milli aviadaşıyıcısı marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm addımlar atıb. Belə ki, aviaşirkət Şımkentə birbaşa uçuşlara başlayıb, Aktöbə, Atırau, Brüssel və Qars istiqamətləri üzrə isə müntəzəm reyslər üçün bilet satışını açaraq sərnişinlər üçün yeni səyahət imkanları yaradıb. Hesabat dövrünün sonuna Azərbaycan Hava Yollarının müntəzəm marşrut şəbəkəsi 52 istiqaməti əhatə edib. Aviaşirkətin genişlənən marşrut şəbəkəsində sərnişinlər ən çox Moskva, İstanbul, Tbilisi, Təl-Əviv və Ankara şəhərlərinə səyahət etməyə üstünlük verib.
Eyni zamanda, donanmaya 3 yeni nəsil "Airbus" təyyarəsi - 2 "Airbus A320neo" və AZAL tarixində ilk "Airbus A321neo əlavə olunub və istismarda olan təyyarələrin ümumi sayı 29-a çatdırılıb.
Bununla yanaşı, ölkədaxili ən intensiv marşrutlardan biri olan Bakı-Naxçıvan-Bakı xətti üzrə 1,868 reys həyata keçirilib və 367,651 sərnişin daşınıb. Hər iki göstərici üzrə ötən ilin eyni dövrü ilə müqayisədə 10% artım qeydə alınıb. Ən yüksək əməliyyat yükü qeydə alınan gündə isə bu marşrut üzrə 25 reys icra olunub.
Cari ilin ilk 6 ayı ərzində Azərbaycan Hava Yolları sərnişin təcrübəsinin təkmilləşdirilməsi və rəqəmsal xidmətlərin genişləndirilməsi istiqamətində də bir sıra yenilikləri istifadəyə verib. Aviaşirkət onlayn əlavə baqaj xidmətinin 32 kiloqramadək genişləndirilməsini təmin edib, onlayn bilet alışı zamanı "Stopover" xidmətinin əlavə edilməsi imkanını yaradıb, "Rental Car" xidmətini istifadəyə verib. Eyni zamanda, Çin sərnişinləri üçün "Alipay" və "WeChat Pay", Özbəkistan vətəndaşları üçün isə "HUMO" və "UZCARD" ödəniş sistemləri ilə inteqrasiya həyata keçirilib. Bundan əlavə, Bakcell ilə əməkdaşlıq çərçivəsində aviaşirkətin sərnişinləri üçün xüsusi rouminq paketləri təqdim olunub.
Ötən dövr ərzində aviaşirkət uçuşların təhlükəsizliyini əsas prioritet kimi qoruyaraq əməliyyat fəaliyyətinin davamlılığını təmin edib.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
İsti havalarda dərman içənlərə xəbərdarlıq - (Video)
-
Azərbaycan səhiyyəsinə ağır itki - Əməkdar həkim vəfat etdi
-
Bakıda qadın maşına hücum çəkdi - Anbaan Video
-
Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir
-
Bakıda sərnişin taksi sifariş etdi: “Lamborghini” gəldi - (Video)
-
Azərbaycan təhsilinə ağır itki - (Foto)
XƏBƏR LENTİ
-
Ağdamda traktor minaya düşdü
-
Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
-
İsti havalarda dərman içənlərə xəbərdarlıq - (Video)
-
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
-
Putin: Kiyevə zərbələrin dayandırılması xahişi rəsmi kanallarla daxil olub
-
Azərbaycan səhiyyəsinə ağır itki - Əməkdar həkim vəfat etdi
-
Putin Moskvada Uitkoff və Kuşnerlə görüşdü
-
Sultanlar illər sonra görüşdü - (Foto)
-
Süleyman Şükürov Avropa çempionu oldu
-
Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)
-
Yunanıstanda qəzaya uğrayan qırıcının pilotları həlak olub
-
Tuğba Ekinçi saxlanıldı
-
“Sabah” “Zirə”ni darmadağın etdi
-
Xəyalə Quliyeva “Maşın şou”da qazandığı avtomobillə foto paylaşdı
-
Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"
-
Serhat Kılıç evində ölü tapıldı
-
"Yeşilçam"ın ulduzu Sibel Turnagöl indi görün nə işlə məşğuldur - (Foto)
-
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib
-
Orxan Hüseynli həbs edildi
-
Uruqvayda quş qripi xəbərdarlığı - Fövqəladə vəziyyət elan edildi
-
Rihannanın açıq-saçıq geyimi müzakirə yaratdı - (Foto)
-
Ukraynaya hücumlar dayandırıldı: Putindən orduya tapşırıq
-
Nadir illər sonra müəllimini tapdı
-
Şuşanın daşına adını yazan adam tarixə düşmür, tarixə əl qaldırır





