"Arzum"un işi ilə bağlı yeni iddia: Amal xuliqanlıq və narkotikə görə tutulubmuş... - (Fotolar)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"TikTok" fenomeni kimi tanınan İlduzə Hacıyevanın (Arzum) həbsindən sonra qəzada həyatını itirən Amal Məlikovla bağlı yeni məlumatlar ictimai müzakirələrə səbəb olub. Mərhumun əvvəllər xuliqanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edildiyi iddia edilir.
Milli.Az musavat.com-a istinadən bildirir ki, ABŞ-da yaşayan jurnalist Qənirə Ataş sosial şəbəkə hesabında məhkəmə sənədləri paylaşaraq Amal Məlikovun keçmiş məhkumluqları barədə məlumat yayıb.
Paylaşılan sənədlərə əsasən, Amal Məlikov 2021-ci ildə xuliqanlıqla bağlı cinayət işi üzrə təqsirli bilinib. Məhkəmə materiallarında onun başqa bir şəxslə birlikdə ictimai qaydanı kobud şəkildə pozmaqda, mübahisə və zor tətbiqi ilə müşayiət olunan hadisədə iştirak etməkdə günahkar sayıldığı qeyd olunur.
Bundan başqa, yayılan sənədlərdə bildirilir ki, 2022-ci ildə Amal Məlikovun üzərindən 2,262 qram heroin aşkar edilib. Bununla əlaqədar o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onun narkomaniyadan məcburi müalicəyə cəlb olunması barədə qərarın verildiyi göstərilir.
Qeyd edək ki, son günlər ölkə gündəmini zəbt edən qəza işi üzrə məhkəmə qərarı ilə "TikTok" fenomeni Arzum kimi tanınan İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm elan edildikdən dərhal sonra o, məhkəmə zalında həbs olunaraq cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.
Amal Məlikovla bağlı yayılan məhkəmə sənədləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bununla belə, hüquqşünaslar xatırladırlar ki, qəzada həyatını itirən şəxsin keçmiş məhkumluqları həmin yol-nəqliyyat hadisəsi üzrə məhkəmə tərəfindən qiymətləndirilmiş faktları və çıxarılmış hökmü dəyişdirmir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü





