Bu gün Azərbaycanda Ramazan bayramı qeyd olunur.
Trend xəbər verir ki, müqəddəs Ramazan ayı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.
Ramazan ayı insanlara Allahı sevməyi öyrədir; onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmizvicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.
Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Deyilənlərə görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş verib. Bu gecə "leylətul-qadr" - qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır: "Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik; bu gecə 1000 aydan da qüdrətlidir. Mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıqdır, sülhdür" (97:1-5).
Orucluqda günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad arasında cinsi yaxınlıq və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, yolçular (səyyahlar) azad olunurlar. Orucluq Ramazan ayında təzə Ay çıxandan başlanır və 29-30 sutka davam edir. Quranda yazılır: "Yeyin, için, ta qara sap ağ sapdan seçilənədək, sonra qaranlıq düşənədək oruc tutun" (2:187).
Orucluq islamdan da əvvəl mövcud idi. Hələ qədim ərəblər öz allahları rizasına oruc tuturdular. Bu barədə Quranda deyilir: "Sizlərə oruc tutmaq buyrulduğu kimi, bizdən əvvəlkilərə də buyrulmuşdur".
Orucluq pəhrizi qurtarmaq - "id əl-fitr" bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Fitrə verərkən bütün ailə üzvləri nəzərə alınır. Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.
Ramazan bayramı Azərbaycanda iki gün qeyd edilir.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda Ramazan bayramı qeyd olunur
19 Avqust 2012 05:01
4 Şərh
Baxış: 22 219

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Niyyətlərinizə fokuslanın
-
Problemi qurumlar bir-birinin üstünə atsa da, sonu necə oldu?
-
Günün qoroskopu: Realist olun
-
İmtahandan əvvəl bu meyvəni yeyin - Zehniniz açılacaq
-
Bu tələbələr universitetdən KƏNARLAŞDIRILACAQ - AÇIQLAMA
-
Evdən qaçan 5 uşağı və 5 nəvəsi olan qadın TAPILDI: "Ərim məni bıçaqlayıb" - VİDEO
XƏBƏR LENTİ
-
Kişi-qadın münasibətində balansı necə qorumaq olar?
-
Bu 4 BÜRCDƏN əsl psixopat çıxa bilər: uzaq durun
-
Məşhur telefon markası fəaliyyətini dayandıracaq - FOTO
-
Kondisioneri əvəz edəcək yeni üsul - Evi anında soyuyur
-
57 yaşlı Nikol Kidman eyvanda qüsursuz bədənini göstərdi - VİDEO
-
Bu məhsul marketlərdən yığışdırılır - İçindən şüşə qırıqları çıxdı - FOTO
-
Ən cazibədar futbolçu FOTOları ilə azarkeşləri heyran etdi
-
“Vacib uğurdur” - Rəşad Sadıqov
-
Rusiya Xarkovu PUA-larla vurdu - onlarla yaralı var
-
Talıb Tale qızına onun adını qoyacaq - VİDEO
-
“Mançester Siti”dən ayrılacaq
-
"Bunu edəndən sonra özümü söyürəm" - Xuraman Şuşalı
-
Argentina sahillərində güclü zəlzələ oldu - yenilənib
-
Bakıda çoxmərtəbəli binada yanğın olub - VİDEO
-
Günün qoroskopu: Niyyətlərinizə fokuslanın
-
Bakının bu ərazisində nəhəng park salınır
-
Bakıda sevdiyi oğlandan ayrılan qadına bıçaqlı hücum oldu - VİDEO
-
Zəlzələdə çökmə riski olan binalar - Ekspert əhaliyə xəbərdarlıq etdi
-
Aqşin aparıcı Zaurları tənqid etdi: “Kişiyə yaraşan suallar deyil” - VİDEO
-
Bakıda ən ucuz ərazilər haradadır? - araşdırma - VİDEO
-
Xumar Qədimovanın efirdəki hərəkəti gündəm oldu - VİDEO
-
Təbriz təmilçisi “Traktor” ilk dəfə İran çempionu oldu
-
Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama - VİDEO
-
“Zirə” qələbə qazandı