Şuşada "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının möhtəşəm açılışı keçirilib - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qarabağın qədim torpağında - Şuşa şəhərində, məşhur Cıdır düzündə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə möhtəşəm IX "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının açılışı olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, festival təntənəli şəkildə start götürüb.
Ənənəvi olaraq festivalda təkcə Azərbaycanın incəsənət xadimləri deyil, həm də müxtəlif ölkələrdən musiqi kollektivləri və solistlər iştirak edirlər. Bu il festivalda ABŞ, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Yaponiya, Almaniya və digər ölkələrin nümayəndələri yer alıblar.
Festival "Mənim Azərbaycanım" rəqs kompozisiyası və görkəmli bəstəkar Cahangir Cahangirovun "Mənim cənnətim - Qarabağ" əsəri ilə açılıb. Qonaqlara milli və dünya musiqisinin şah əsərlərindən, incəsənət incilərindən ibarət rəngarəng proqram təqdim olunub.
Böyük qala-konsertdə tamaşaçıların alqış sədaları altında tanınmış sənətçilər və gənc istedadlar çıxış ediblər. Onların sırasında Azərbaycanın xalq artistləri Polad Bülbüloğlu, Tünzalə Ağayeva, Yusif Eyvazov, eləcə də əməkdar artistlər Azər Zadə, Elnarə Məmmədova, Elvin Hoca Qəniyev, Təyyar Bayramov yer alıblar. Konsertdə həmçinin aşıqlar - əməkdar mədəniyyət işçiləri Samirə Əliyeva və Əli Tapdıqoğlu, beynəlxalq müsabiqələr laureatları Camal Əliyev, Müşfiq Quliyev, Riad Məmmədov, İsmayıl Zeynalov, ifaçı Qabil Məmmədov və onun tələbələri, Mariinski Teatrının solisti Həmid Abdulov, yapon musiqiçi Kiyoşi Ohira, Almaniyanın "Reyn" operasının solisti Mara Hüseynova, türkiyəli ifaçı Uğur İşılak, eləcə də Azərbaycan Dövlət Rəqs Ansamblı, Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı, Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri, Qazaxıstanın "Turan" etno-folk ansamblı, Özbəkistanın "Şodlik" rəqs ansamblı və Türkmənistanın "Galkynyş" ansamblı çıxış ediblər. Bayram konserti "Qarabağ yallısı"nın ifası ilə yekunlaşıb.
İki gün ərzində Şuşa şəhərinin müxtəlif məkanlarında konsertlər və mədəni tədbirlər keçiriləcək. Festivalın məqsədi mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, musiqi əlaqələrinin möhkəmləndirilməsi və müxtəlif ölkələrin sənətçiləri arasında yaradıcılıq mübadiləsinin genişləndirilməsidir.
"Xarıbülbül" festivalı mədəni həyat üçün xüsusi əhəmiyyət daşıyır və təkcə beynəlxalq miqyaslı musiqi hadisəsi deyil, həm də Şuşa şəhərinin dirçəlişinin və Azərbaycanın zəngin musiqi irsinin qorunmasının simvolu kimi qiymətləndirilir.
Qeyd edək ki, festival ənənəvi olaraq Azərbaycanın mədəni paytaxtı olan Şuşada keçirilir və onun adı Qarabağın və Şuşa şəhərinin rəmzi hesab edilən xarıbülbül gülü ilə bağlıdır. Festivalın tarixi 1989-cu ildən başlayır, 1990-cı ildə isə beynəlxalq status qazanıb. Qarabağ münaqişəsi dövründə festivalın konsertləri Ağdam, Bərdə və Ağcabədidə keçirilib. Vətən müharibəsində qazanılan tarixi Qələbədən və torpaqlarımızın işğaldan azad edilməsindən sonra festival yenidən bərpa olunaraq Şuşada keçirilməyə başlanıb. Festivalın bəzi konsertləri Laçın şəhərində də təşkil olunub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Köhnə əşyaları atanlar bunu bilsəydi... - Evdəki əşyaların gizli dəyəri
-
"Düşmənə dərs verən bunlardır" - (Video)
-
“Biz qayıtmışıq!” – AzTV-dən Böyük Qayıdışla bağlı maraqlı videoçarx
-
Bu ərazidə qar örtüyünün hündürlüyü 39 santimetrə çatdı
-
“Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir? - Dosye
-
Pensiyalar bu tarixdə ödəniləcək
XƏBƏR LENTİ
-
Bu həftə ən çox qazanacaq bürclər
-
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Saatlarla oturanların diqqətinə
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
-
Tuncay Şamil 50-ci yubiley dünya çempionatının gümüş medalını qazandı
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi





