Hazırlığa getmədən 300 bal topladı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb və 8 nəfər maksimum nəticə göstərib.
Milli.Az xəbər verir ki, həmin şagirdlərdən bəziləri sevincini "Qafqazinfo" ilə bölüşüb.
.jpg)
Bakı şəhəri, Akademik Z.Əliyeva adına liseyin şagirdi Ramal Adıgözəlli bildirib ki, o imtahana məsuliyyətlə hazırlaşıb.
"Əlbəttə İmtahan asan deyildi. Lakin zəhmətim nəticəsində yüksək nailiyyət əldə etdim. Hər şagird özündə bu gücü tapsa, bunun öhdəsindən gələ bilər. Əvvəlki uğurlarımı və əziyyətimi nəzərə alaraq yüksək nəticə gözləyirdim. Mənə görə, ilk uğurum BDU-nin nəzdində "Gənc İstedadlar Liseyinə" qəbul olmağım və universitet tərəfindən fəxri fərmanla təltif edilməyim idi. Mən həm də Akademik Zərifə Əliyeva adına liseyin 9-cu sinfinə qəbul imtahanında maksimum nəticə göstərərək ilk yeri qazanmışdım. Bundan əlavə riyaziyyat üzrə müxtəlif Beynəlxalq olimpiadalarda qızıl və gümüş medallara layiq görülmüşəm. Gələcək planım hüquq sahəsində uğurlu mütəxəssis olmaqdır", - deyə Ramal əlavə edib.
.jpg)
Bakı şəhəri, Akademik Z.Əliyeva adına lisey digər yüksəknəticəli şagirdi Denis Tişakov da yüksək nəticənin sirrini imtahanlara ciddi və məsuliyyətlə hazırlaşmaqda görür.
"Müəllimlərimin böyük dəstəyi, onların verdiyi bilik və motivasiya sayəsində özümü imtahana tam hazır hiss edirdim. Mövzuları müntəzəm şəkildə təkrar edir, hər bir fənn üzrə biliklərimi daha da möhkəmləndirməyə çalışırdım. İmtahan mənim üçün çox çətin olmadı, çünki hazırlıq prosesində bütün mövzular üzərində diqqətlə çalışmışdım. Qarşıma məqsəd olaraq yüksək nəticə qoymuşdum və bu nəticəni əldə edəcəyimə inanırdım. Buna görə də 300 bal toplamağı həm gözləyir, həm də buna ümid edirdim. Bu il informatika üzrə Respublika Fənn Olimpiadasında üçüncü yer tutaraq bürünc medal qazanmışam. Bu nailiyyət mənim üçün böyük sevinc və motivasiya mənbəyi oldu. Gələcəkdə əsas məqsədim informatika və proqramlaşdırma sahəsində bilik və bacarıqlarımı daha da inkişaf etdirməkdir. Növbəti Respublika Fənn Olimpiadasında qızıl medal qazanmaq və 11-ci sinif buraxılış imtahanında yüksək nəticə əldə etmək üçün əzmlə çalışıram", - deyə o vurğulayıb.
Bakı şəhəri, Fizika,riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Aydan Gülalıyeva isə sevincini belə ifadə edib:
.jpg)
"İmtahana özümün günlük hazırladığım planlar əsasında hazırlaşırdım. İmtahan mənə görə çətin deyildi, sadəcə diqqət tələb edən suallar var idi. Özümdən bu nəticəni gözləyirdim, çünki özümə güvənirdim. Gələcəkdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq ixtisası üzrə təhsil almaq istəyirəm".
.jpg)
Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Elmir Ağamalı isə məktəbdə həmişə əlaçı olduğunu vurğulayıb:
"Bütün fənləri eyni səviyyədə oxuyuram və həmişə əlaçı olmuşam. Liseyə qəbul olduqdan sonra dərslərimə daha böyük həvəslə yanaşmağa başladım. Mən Respublika Fənn Olimpiadalarının (RFO) finalçısı, eyni zamanda SAMSO beynəlxalq riyaziyyat olimpiadasının gümüş medalçısıyam".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək
-
Eviniz hər an saxta etibarnamə ilə satıla bilər - Ali Məhkəmədən İZAH
-
MİQ imtahanlarında yeni qayda
-
Bakıda qeyri-adi hadisə: Zibillikdən “Chevrolet Cobalt” tapıldı
-
Naxçıvana uçuşlar ləğv edildi
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
XƏBƏR LENTİ
-
"Zirə" klubu Rövlan Muradovla yollarını ayırıb
-
36 yaşlı modelin sirli ölümü: Çamadandan meyiti tapıldı
-
Fransada Ebola həyəcanı - İlk yoluxma halı qeydə alındı
-
Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək
-
“Artıq onun Bakıda neft emalı zavodları var” - Nəsrin Cavadzadə - (Foto)
-
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edildi - (Video)
-
FETÖ-yə qarşı növbəti əməliyyat - 128 nəfər həbs edildi
-
"Zəhranı xilas etmək üçün ciddi cəhd göstərilmədi" - Fərhad Mehdiyev
-
Eviniz hər an saxta etibarnamə ilə satıla bilər - Ali Məhkəmədən İZAH
-
Nehrəmli Nəimi Amiral ABŞ-nin Pakistandakı hərbi attaşesi oldu
-
MİQ imtahanlarında yeni qayda
-
Bakıda qeyri-adi hadisə: Zibillikdən “Chevrolet Cobalt” tapıldı
-
Sinoptiklərdən xəbərdarlıq: İyunun 25-də intensiv yağış və dolu gözlənilir
-
Naxçıvana uçuşlar ləğv edildi
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Uşaqlara Crocs ayaqqabılar geyindirməyin - Səbəb
-
Məktəb direktorluğu üçün elektron sənəd qəbulu 29 iyundan başlayır
-
Kredit borcu olan vətəndaşlara hansı güzəştlər ediləcək?
-
Avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş xilas edildi - (Video)
-
Bakı-Tbilisi qatarına biletlərin qiymətləri ucuzlaşdı - (Foto)
-
"Nəvələrimə smartfon vermirəm" - Qırğızıstan prezidenti
-
Xankəndidə kuryer işləyən tələbəni maşın vurdu
-
Füzulidə evin həyətindən kişi meyiti tapıldı
-
Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib - (Foto)





