Ölkə ikincisi Aylin uğurun sirrini açıqladı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi martın 9-da ölkə üzrə keçirilimiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Buraxılış imtahanında ölkə üzrə üç nəfər mümkün olan ən yüksək nəticəni göstərib. Region şagirdləri arasında da yüksək nəticə göstərənlər var.
Milli.Az xəbər verir ki, Trend Şəki-Zaqatala regionu üzrə ən yüksək nəticə göstərmiş Aylin Rəhimlinin imtahanla bağlı təəssuratlarını öyrənib.
Aylin Rəhimli Qəbələ şəhər V.Qəhrəmanov adına 1 saylı tam orta məktəbin şagirdidir. o, 298 ballıq nəticə ilə ölkə ikincisi olub.
Onun sözlərinə görə, imtahan çətin keçməyib:
"Yeganə problem düşündürücü suallar idi ki, bu da xeyli vaxt aparırdı. Əslində hədəfim 300 bal idi, lakin dediyim kimi vaxt məhdudiyyəti səbəbindən çox düşünməyə vaxtım olmadı. Amma, təbii ki, yüksək nəticə gözləyirdim".
Aylin Rəhimli bildirib ki, 3-cü ixtisas qrupu üzrə hazırlaş və Dövlət İdarəçilik Akademiyasında hüquq ixtisası üzrə təhsil almağı planlaşdırır.
Aylin qarşıdakı qəbul imtahanında da yüksək nəticə əldə etmək üçün çalışdığını deyir. O, fənnlər üzrə sualların çətinlik dərəcəsi haqqında da fikrini bölüşüb:
"Deyə bilərəm ki İngilis dili normal idi, Azərbaycan dilində düşündürücü suallar olsa da, həddən artıq çətin olduğunu deməzdim, riyaziyyatda da açıq suallar düşündürücü idi, digərləri isə rahat suallar idi".
"Ölkə ikincisi olmaq mənim üçün qürurdur. İmtahana hazırlaşan uşaqlara tövsiyəm o ola bilər ki, mümkün qədər diqqətlərini dərsə cəmləsinlər, hazırlaşdıqları fənlər üzrə çoxlu sınaqlar işləsinlər və ən önəmlisi isə öz potensiallarına inansınlar", - Aylin əlavə edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Düşmənə dərs verən bunlardır" - (Video)
-
“Biz qayıtmışıq!” – AzTV-dən Böyük Qayıdışla bağlı maraqlı videoçarx
-
Bu ərazidə qar örtüyünün hündürlüyü 39 santimetrə çatdı
-
“Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir? - Dosye
-
Pensiyalar bu tarixdə ödəniləcək
-
Prezident İlham Əliyev Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif edib
XƏBƏR LENTİ
-
Hava şəraitinə görə bu oyun təxirə salındı
-
ABŞ helikopterləri Hörmüz boğazında göründü - (Video)
-
İzmirdə fabrikdə partlayış - Ölənlər və yaralananlar var - (Yenilənib)
-
Bakıda güclü külək ağacı qaz borusunun üzərinə aşırdı: Avtomobil zədələndi - (Video)
-
Naxçıvanda ağır qəza - Xəsarət alan var
-
"Düşmənə dərs verən bunlardır" - (Video)
-
“Biz qayıtmışıq!” – AzTV-dən Böyük Qayıdışla bağlı maraqlı videoçarx
-
Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Tehran diplomatiyanı diktə ilə səhv salıb: Azərbaycan İrandan icazə almalı deyil!
-
Bu ərazidə qar örtüyünün hündürlüyü 39 santimetrə çatdı
-
Mərdəkan şossesində qəza baş verdi, yolda sıxlıq yarandı
-
Ərdoğan Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
-
“Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir? - Dosye
-
Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirdik - Ərdoğan
-
COP31 Türkiyədə öz işinə başlayıb
-
Pensiyalar bu tarixdə ödəniləcək
-
Prezident İlham Əliyev Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif edib
-
İllər əvvəlki fotoları gündəm oldu
-
Mingəçevirdə 27 yaşlı kişi bıçaqlandı
-
Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparacaq
-
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
-
Həmin ölkələrdən ödəniş tələb etdi: "Tramp olmasaydı, İsrail mövcud olmazdı"
-
Azərbaycanlı biznesmenin 141 milyonluq mülkünə həbs qoyuldu
-
“Şahzadə Mustafa”dan etiraf





