Cəmiyyət

Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olundu

14 Aprel 2026 18:10
Baxış: 782
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub.

Milli.Az xəbər verir ki, Cəbrayıl Eldar oğlu Xanlarov və daxili xidmət general-mayoru Yusif Mahmud oğlu Nəbiyev Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavinləri təyin ediliblər.

Qeyd edək ki, Cəbrayıl Eldar oğlu Xanlarov 03.11.1972-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, iqtisad elmləri namizədidir.

Yusif Mahmud oğlu Nəbiyev 18.09.1982-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq üzrə fəlsəfə doktorudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.