Kart ödənişlərində yeni QAYDA: Komissiyalara limit qoyulur?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddi təsdiqlənib.
Milli.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov qərar imzalayıb.
AMB interçeync haqlarına limit qoydu: kart ödənişləri obyektlər üçün daha sərfəli olacaq
Azərbaycan Mərkəzi Bankı ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeync (interchange) xidmət haqqının yuxarı həddini təsdiqləyib. Qərarı AMB sədri Taleh Kazımov imzalayıb. Yeni qaydalar 1 iyun tarixindən qüvvəyə minəcək.
Qərara əsasən, ölkə daxilində ödəniş kartları ilə aparılan əməliyyatlarda banklararası komissiyanın maksimal faizi fəaliyyət sahəsinə görə məhdudlaşdırılır:
Aptek, market və supermarketlərdə (müvafiq MCC kodları üzrə) - 1.25%
Yanacaqdoldurma məntəqələrində (Petrol kateqoriyası) - 0.75%
Digər ümumi kateqoriyalarda - 1.5%
Qərarda nəzərdə tutulmayan digər MCC kodları üzrə isə yuxarı hədd müəyyən edilmir.
İnterçeync nədir?
İnterçeync nağdsız ödəniş zamanı kartı buraxan bank (emitent) ilə ödənişi qəbul edən bank (ekvayer) arasında tətbiq olunan komissiyadır. Bu məbləğ birbaşa alıcıdan deyil, POS-terminal vasitəsilə ödənişi qəbul edən obyektin banka ödədiyi xidmət haqqından formalaşır və banklar arasında bölüşdürülür. Həmin vəsait bankların keşbek və loyallıq proqramlarının maliyyələşməsində də istifadə olunur.
Bu qərar nəyi dəyişir?
İndiyə qədər interçeync faizləri bankların daxili tarif siyasətinə uyğun dəyişə bilirdi və praktikada daha yüksək diapazonda tətbiq olunurdu. Yeni qərarla bu komissiyalara yuxarı limit qoyulur.
Bu dəyişiklik:
Obyektlərin banklara ödədiyi xərci azaldacaq,
Kartla ödənişdən yayınma hallarını minimuma endirəcək,
Nağdsız ödənişləri daha cəlbedici edəcək,
Tariflərin daha şəffaf olmasına şərait yaradacaq.
Mütəxəssislərin fikrincə, interçeync haqlarının məhdudlaşdırılması nağdsız dövriyyənin genişlənməsinə və kart ödənişlərinin daha geniş tətbiqinə müsbət təsir göstərəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Süni intellektin barmaq izinizi oğurlaya biləcəyi ortaya çıxdı
-
Qəhvənin toxunma qavrayışını dəyişdirə bildiyi məlum oldu
-
Hazır cavab dövrü: Süni intellekt asılılığı insan zəkasını gerilədir?
-
Tikə kabab marinadının 4 qızıl qaydası
-
Minillik ağacın gövdəsindən ev düzəltdilər
-
"Tesla"nın gizli mənası məlum oldu: İllərdir "T" hərfi hesab edirdik
-
Süni intellekt gələcəyin "qızıl" peşələrini seçdi: Ən çox qazandıracaq sahələr
-
Ağ Evin damına dronlar yerləşdiriləcək
-
“Niyə orada ölmədilər, Ermənistanda peyda oldular?”
-
“Yorğanımız heç vaxt ayrılmasın” - Ərini belə təbrik etdi
-
Bakı-Tbilisi-Bakı qatarının FOTOları
-
Günün qoroskopu: İmpulsiv alış-verişlərdən uzaq durmalısınız
-
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
-
Vens: İranla danışıqlarda irəliləyiş var
-
"Mançester Siti"də böyük təmizlik
-
26 mərtəbəli binanı 5 günə inşa etdilər
-
"Artıq üçüncü həftədir, güclə nəfəs alıram”
-
Moskva-İrkutsk reysində gərgin anlar - məcburi eniş edildi
-
Qurban Qurbanov: "Ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
-
Azərbaycanda dəhşətli qətl baş verdi
-
Xabi Alonso "Real Madrid"in ulduzunun transferini istəyib
-
“Piano Musiqisi Axşamı” adlı konsert proqramı təqdim olundu - FOTO
-
“Yerində olsaydım, onu stadionun yaxınlığına belə buraxmazdım”
-
Bakı-Tbilisi-Bakı qatarının qrafiki açıqlandı





