Cəmiyyət

Bakıda yağışın fəsadları aradan qaldırılır - FOTO

6 Aprel 2026 11:21
Baxış: 456
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprelin 4-dən başlayaraq ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətinə istinadən əsasən Bakıda və Abşeron yarımadasında aprelin 5-6-da düşən yağıntının miqdarı 90 mm qeydə alınıb ki, bu da aylıq normanın 390%-ni təşkil edir. Yağan yağışlar isə  bir sıra fəsadlar törədib.

Milli.Az xəbər verir ki, bu günlərdə  Bakı Şəhər İcra Hakimiyyəti və onun tabeliyində olan strukturlar, rayon icra hakimiyyəti başçıları və onların aparatları gücləndirilmiş iş rejimində işləyirlər. 
Bakıətrafı qəsəbələrin kanalizasiya sistemi mövcud olmayan ərazilərində də subasma halları müşahidə edilir. Həmin yerlərdə də şəhərin kommunal xidmət əməkdaşları xüsusi vasitələrdən istifadə etməklə yağış sularını çəkir həmçinin zəruri hallarda insanları təxliyə edirlər. Ərazilərə su nasosları, xüsusi texniki qurğular və ehtiyac olan yerlərə ağır texnikalar cəlb olunub. 
Yağan yağış ətraf mühitə də ziyan verib. Belə ki, aprelin 5-də axşamdan aprelin 6-sı səhərə kimi intensiv yağışla müşayiət olunan külək nəticəsində ağacaşma halları da müşahidə edilib. Bununla bağlı ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin operativ qrupları fasiləsiz xidmət göstərir. Birliyin əməkdaşları çağırış olan ərazilərə gələrək  aşan ağacların götürülməsini təmin edib, lazımi tədbirlər görüblər. 
Yaranmış vəziyyətlə bağlı yerlərdə BŞİH-nin monitorinq qrupu çalışır. Onlar su yığılan əraziləri, problemli ünvanları müəyyənləşdirir, aidiyyəti qurumlara məlumat verirlər. 
Beləliklə, intensiv yağan yağışın törətdiyi fəsadları aradan qaldırmaq üçün Bakı şəhərinin bütün məsul qurumları koordinasiyalı şəkildə işləyirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.