Bu hallarda ər-arvad məsuliyyətə cəlb EDİLƏCƏK
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ali Məhkəmə ilk dəfə ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının pozulması və bu pozuntudan yaranan mənəvi zərərin ödənilməsi ilə bağlı hallara dair izah verib.
Milli.Az xəbər verir ki, "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" 24 dekabr 2025-ci il tarixli Plenum Qərarında ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının xüsusi növü kimi ər-arvadın şəxsiyyət hüquqlarının mahiyyəti və bu hüquqlara müdaxiləni qadağan edən hallar aydınlaşdırılıb.
Ər-arvadın şəxsiyyət hüquqlarına nikaha daxil olmaq hüququ, boşanmaq hüququ, ər-arvadın hüquq bərabərliyi, ailə daxilində qarşılıqlı yardım və hörmət gözləmək hüququ, sərbəst surətdə soyad, məşğuliyyət, sənət seçmək hüququ və ailə qanunvericiliyi ilə təsbit edilmiş digər qeyri-əmlak hüquqları aiddir.
Məişət zorakılığına məruz qoyma, psixi və fiziki şiddət, habelə təzyiq altında saxlama, ərin (arvadın) xəstəliyi, cərrahi əməliyyatı, müalicəsi ilə, arvadın hamiləliyi ilə maraqlanmamaqla onu köməksiz vəziyyətdə qoyma, ailə sirrini və ya ərin (arvadın) şəxsi sirrini yayma, şərəf və ləyaqətini alçaltma, uşağın biloji atası olmamasının müəyyən edilməsi, atalığa dair mübahisə açmaq hüququndan sui-istifadə ediməsi, hörmətsiz davranış sərgiləmə (iqtisadi, fiziki, sosial, emosional cəhətdən bəyənilmədiyini mütəmadi və ya kobud formada özünə və ya kənar şəxslərə bildirmə), saxta nikah baglama (etibarsız nikah), yaşadığı evdən qanuni əsaslar olmadan çıxarılma və ailə qanunvericiliyinə zidd olan digər davranışlar ər-arvadın şəxsiyyət hüququnlarını pozur və mənəvi zərərin vurulma əsasını təşkil edir.
Ər-arvaddan birinin heç bir qanuni əsas, o cümlədən digərinin razılığı olmadan şəxsi və ya ailə sirri təşkil edən məlumatları yayması qadağandır. Məsələn, şəxsi yazışmalar, keçmişi ilə bağlı məlumatlar, ər-arvad arasındakı şəxsi münasibətlər (emosional, cinsi və s.), ailədaxili davranışlar, uşaqların mənşəyi, övladlığa götürmə ilə bağlı məlumatlar, həmçinin ailə üçün məxfi və həssas xarakter daşıyan digər məlumatlar.
Atalığı mübahisələndirən şəxsin öz övladı kimi qəbul etdiyi, qayğı göstərdiyi, böyüməsində, təhsilində və tərbiyəsində iştirak etdiyi uşağın bioloji atası olmaması faktının müəyyən edilməsi, həmin şəxsin valideynik hüquqlarını pozmaqla yanaşı, işin hallarından asılı olaraq atanın şərəf və ləyaqətinin alçaldılmasına da səbəb ola bilər.
Atalığa dair mübahisə açmaq hüququndan sui-istifadə, bu tələbin qərəzli olaraq qaldırılması, habelə vicdansızcasına açıq-aşkar əsassız iddianın verilməsi isə işin hallarından asılı olaraq arvadın şərəf və ləyaqətinin alçaldılmasına, habelə digər şəxsiyyət hüquqlarının pozulmasına səbəb ola bilər.
Hörmətsiz davranış sərgiləmə - ər-arvaddan birinin digərini bəyənməməsini ləyaqətini alçaldacaq tərzdə özünə və ya kənar şəxslərə bildirməsində ifadə oluna bilər. Məsələn, ər-arvaddan birinin digərinin xarici görünüşünə lağ etməsi, lazımsız, dəyərsiz olduğunu bildirməsi və bu kimi ləyaqətin alçaldılmasına səbəb olan digər kobud ifadələr işlətməsi
Etibarsız nikah nəticəsində mənəvi zərərin ödənilməsi zamanı saxta nikahın bağlanmasında cavabdehin təqsiri, nikahın etibarsızlığını aradan qaldıran halların mövcudluğu, iddiaçının özünün nikah bağlanarkən etibarsızlıq şərtləri barədə məlumatlı olub-olmaması nəzərə alınır.
Ər-arvaddan birinin ayrılmaq və ya boşanmaq istəməsi, qanunla nəzərdə tutulmuş digər imkanlardan istifadə etməsi pozuntu hesab edilmir. Məsələn, nikah dövründə birgə əmlakın bölgüsü barədə iddianın qaldırılması və ya buna dair nikah müqaviləsinin bağlanmasının təklif edilməsi və digər bu kimi hüquqi imkanlardan istifadə qanunidir.
Bundan başqa, nikah münasibətlərinin faktiki pozulmasından sonra edilən bir sıra hərəkətlər də ər-arvadın şəxsiyyət hüquqlarının pozulması hesab edilmir və mənəvi zərərin vurulması əsasını təşkil edə bilməz. Məsələn, arvada (ərə) maddi yardım və qayğı göstərməmə, xəstəliyi ilə maraqlanmama və ər-arvad münasibətlərindən irəli gələn digər öhdəlikləri icra etməmə və s.
Mənəvi zərərin həcmi müəyyən edilərkən ümumi meyarlarla yanaşı xüsusi olaraq evliliyin müddəti, ər-arvadın yaşı, yenidən evlənmə imkanları, sağlamlıq vəziyyəti digər xüsusi hallar nəzərə alınır.
Xüsusi olaraq qeyd edilməlidir ki, şəxsin yalnız şəxsiyyət, yəni qeyri-əmlak hüquqlarının pozulması ona mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması birbaşa mənəvi zərərin yaranmasına səbəb olmasa da, bəzi hallarda mənəvi zərər vurulmasına gətirib çıxara bilər.
Ərin-arvadın bir-birindən aliment və əlavə xərclər almaq hüququ da əmlak hüquqlarıdır, bu hüquqların pozulması yalnız o halda mənəvi zərərə səbəb olacaq ki, şəxsiyyət hüquqlarının pozulmasına gətirib çıxarsın. Məsələn, arvadına (ərinə) aliment ödəmək öhdəliyi olan ərin (arvadın) bu vəzifəsini yerinə yetirməməsi nəticəsində maddi zərər yaranır, lakin alimentin ödənilməməsi nəticəsində əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan qarşı tərəfin müalicə ala bilməməsi səbəbindən səhhəti pisləşərsə, artıq mənəvi zərər əsası yarana bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Azərbaycanda Bilik Günüdür
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
XƏBƏR LENTİ
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib





