Bu şəxslərə yeni cərimələr tətbiq olunacaq - 2 500 manat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Emal edilməmiş almazların dövlət orqanın rəyi olmadan idxalı və ixracına görə cərimələr müəyyənləşdiriləcək.
Milli.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi olmadan idxalı və ixracına görə fiziki şəxslər 550 manatdan 750 manatadək məbləğdə, vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə ediləcək.
"Qiymətli metallar və qiymətli daşlar haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi
Qanun layihəsinə əsasən, işlənməmiş və ya sadəcə yonulmuş, parçalanmış və ya qırılmış və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan qiymətli daşlar emal edilməmiş almazlar hesab ediləcək.
Qeyd edək ki, qanun qəbul edildikdən sonra "Emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi və emal edilməmiş almazın İxracı ilə əlaqədar "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydaları" təsdiq ediləcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib./Trend.Az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Qara Tofiq" vəfat etdi
-
Elşad Xosenin ölüm xəbəri yayılıb
-
Alimlər insan ömrünün maksimum həddini açıqladı - 150-190 il
-
Sabah çimərlikdə hava necə olacaq?
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıblar
-
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib - (Foto)
XƏBƏR LENTİ
-
Bu bürclər ehtiyatlı olmalıdır
-
80-ci illərin əfsanəvi ətirləri yenidən dəbdədir - 4 klassik qoxu
-
Səhərlər acqarına bunu etmək faydalıdır, yoxsa zərərlidir?
-
Pendiri daha uzun saxlamaq üçün sadə üsul
-
Çətin yuxuya gedənlərdə insult riski çox artır - Diqqət
-
Avqust üçün ən yaxşı – Qarpız pəhrizi
-
Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida
-
Avqust ayında bürcləri nələr gözləyir?
-
Yüksək təzyiqi olanlar üçün ən faydalı pendir
-
Dondurulmuş su butulkası otağı sərinləşdirə bilərmi?
-
Gecə qəhvə içməyin təsiri
-
"Onların yoxluğu dərin bir boşluqdur"
-
"Bala hatun" yeni serialda
-
Masallıda maşın aşdı - Xəsarət alan var
-
Bu bürclər üçün ağ günlər başlayacaq
-
Azyaşlı futbolçu faciəvi şəkildə öldü
-
Sənur Əzizov həbs edildi
-
Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı
-
Argentinada ən istedadlı gənc futbolçu qəzada öldü
-
Prezident İlham Əliyev Nəriman Həsənzadənin vəfatı ilə əlaqədar paylaşım edib - (Foto)
-
"Qara Tofiq" vəfat etdi
-
ABŞ 50 ölkə vətəndaşı üçün viza girovunu 20 min dollara qədər artırıb
-
"Nilay" "Kızılcık şerbeti"ndən gedir
-
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb





