Ramazanda şəhid ailələri metrodan pulsuz istifadə edə bilər? - RƏSMİ AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkələrdə şəhid ailə üzvlərinin metrodan ödənişsiz istifadə etməsi ilə bağlı məlumatlar paylaşılıb. Bunun da Ramazan bayramı ilə bağlı olduğu qeyd edilib.
Milli.Az xəbər verir ki, yayılan iddia ilə bağlı "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, metrodan ödənişsiz istifadə etmək hüququ olan sərnişinlərin əhatə dairəsi və bu hüququn əsasları aşağıdakı qanunvericilik aktları ilə müəyyən edilib:
Nazirlər Kabinetinin 19 oktyabr 2010-cu il tarixli 179 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakı Metropolitenindən İstifadə Qaydaları"nın 4.1.1-ci bəndinə əsasən sərnişinlər 7 yaşınadək uşaqlara görə gedişhaqqı ödəməmək hüququna malikdirlər;
xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları - "Polis haqqında" qanunun 38-ci maddəsinin IV hissəsinə əsasən xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları ölkə ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər;
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - "Hərbi qulluqçuların statusu haqqında" 25 dekabr 1991-ci il tarixli 36 nömrəli qanunun 6-cı maddəsinə görə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edirlər.
3 oktyabr 1997-ci il tarixli, 377-IQ nömrəli qanunla təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsanamənin 4-cü bəndinə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" 23 dekabr 2011-ci il tarixli 274-IVQ nömrəli qanunun 28.2-ci maddəsinə görə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər.
Qeyd edək ki, mövcud qanunvericilikdə şəhid ailələrinin metrodan pulsuz istifadə etməsi ilə bağlı hər hansı müddəa yer almır.
Aysel
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kür məcrasından çıxır - VİDEO
-
İmişlidə ağır qəza - ölənlər və yaralananlar var
-
“ay ərzində ən azı 1000 manat xərcləri çıxır” - 8 uşaqlı ailədən reportaj - VİDEO
-
Günün qoroskopu: Olduqca güclü təsir altındasınız
-
"Mançester Yunayted"dən yay transfer pəncərəsində böyük büdcə - siyahı
-
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
-
"Real Madrid" "Barselona"nın transfer hədəfinə elçi düşdü
-
Sezon finalını tezləşdirdilər
-
77 yaşlı kişini ildırım vurdu
-
FHN əhaliyə xəbərdarlıq etdi
-
Ağdama leysan yağır: küçələrdəki mənzərə... - VİDEO
-
Güclü sel bir gündə 3 körpünü dağıtdı - VİDEO
-
14 ildən sonra Premyer Liqanı tərk etdilər
-
Bakıda divar uçdu, avtomobillər əzildi - Video
-
"Demişəm, ölənə qədər sənə halallıq verməyəcəyəm"
-
Anqolada torpaq sürüşməsi olub - azı 28 nəfər ölüb
-
Keçmiş xəstəxana direktoru vəfat etdi - FOTO
-
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
-
ABŞ İranla danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Dünya Kubokunun rəsmi mahnısı "Dai Dai" təqdim olundu - VİDEO
-
Bakının 4 rayonunda qaz kəsiləcək - YENİLƏNİB
-
“Həmişə istəmişəm qızıl medalım olsun, atama həsr edim” - Şəhid qızı - VİDEO
-
Rusiya Kiyevə raket zərbəsi endirib - 4 nəfər ölüb, 100-ə yaxın yaralı var - YENİLƏNİB
-
Avtomobil obyektə çırpıldı - sürücü öldü - FOTO





