Cəmiyyət

Onlar 4 ildən bir "qocalırlar" - Azərbaycanda cəmi 5147 nəfərdir

13 Fevral 2026 11:00
Baxış: 897
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda 29 fevral tarixində doğulan 5147 nəfər Azərbaycan vətəndaşı yaşayır.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, onlardan 1359 nəfər 17 yaşadək, 413 nəfər 18-25 yaş, 681 nəfər 26-35 yaş, 1653 nəfər 36-55 yaş aralığında, 1041 nəfər isə 55 yaşdan yuxarıdır.

Qeyd edək ki, Yerin Günəş ətrafında fırlanması üçün 365,2422 gün lazımdır. XVI əsrdə başlayan Qərb təqvimində bir il 365 gün olaraq təyin olunur. İlin qalan 0,2422-si - 5 saat, 48 dəqiqə və 46 saniyə - dörd ildən bir əlavə gün hesab olunur. Bu tənzimləmə sayəsində saatlarımız Yerin fırlanmasına və fəsillərə uyğun olaraq qalır. Ona görə də, fevralda üç il 28 gün olduğu halda, təqvim dörd ildən bir 29-u göstərir.

Roma lideri Yuli Sezar astronomlara Roma təqvimini hazırlamaq tapşırığını verdi. Roma təqvimi 355 gündən və hər iki ildən bir əlavə ay 22 gündən ibarət idi. Təqvimin fəsillərlə harmoniyası tamamilə pozulmuşdu. Sezarın əmri ilə hazırlanan təqvimdə bir il 365 gün olaraq təyin olundu. Dörd ildən bir gün kimi bir neçə saat əlavə olunmağa başladı. Beləliklə, "sıçrayış ili" yarandı. Halbuki o dövrdə fevral ayı normal olaraq 29 gün, sıçrayış illərində isə 30 gün olurdu. Avqustda da 30 gün var idi. Tarixçilərin fikrincə, Roma İmperiyasının yeni başçısı olan və Yuli Sezar kimi önəmli şəxs olmağa çalışan Avqust uzun bir ayın onun adını daşımasını istəyirdi. Çünki Yuli Sezarın adını daşıyan iyul ayında 31 gün var idi. Bu səbəbdən də fevral ayı bir gün qısaldıldı və bununla da avqust ayına bir gün əlavə edildi.

Fevralın 29-da doğulanlar adətən doğum günlərini 28 fevral və ya 1 martda qeyd edirlər.

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.